Avrozonada inflyasiya artır
03.06.2022 [10:14]
M.FEYİZLİ
Azərbaycanda idxal inflyasiyası
Regional və qlobal miqyasda artan geosiyasi gərginliklər, xüsusilə də Rusiya-Ukrayna müharibəsi fonunda bütün dünyada arzuolunmaz proseslər müşahidə edilməkdədir. Bu gün müharibənin yalnız iki ölkə arasında və yalnız döyüş meydanında getdiyini söyləmək mümkün deyil. Qanlı müharibənin fəsadları daha geniş coğrafiyada - okeanın o tayında, Avropada, Afrikada, Yaxın Şərqdə özünü göstərməkdədir. Ölkələr və beynəlxalq təşkilatlar arasında münasibətlər arzuolunmaz məcraya yönəlib, qütbləşmə tendensiyaları daha da şiddətlənib. Baş verənlərin fəsadları həm də insanların gündəlik həyatı ilə bilavasitə bağlı olan istehlak bazarında hər ötən gün daha kəskin şəkildə hiss olunmaqdadır.
Bu gün müharibəyə cəlb olunan Rusiya və Ukrayna bütün dünyanın, o cümlədən də Avropanın ərzaq və qeyri-ərzaq məhsulları ilə təchizatında mühüm paya malik ölkələridir. Böyük dağıntılara məruz qalan Ukraynada istehsal imkanları məhdudlaşıb. Rusiyadan müxtəlif məhsulların ixracına sanksiyalar tətbiq edilir. Belə bir vəziyyətdə qlobal istehlak bazarlarında təklif tələbi qarşılamır. Digər tərəfdən, ayrı-ayrı ölkələr gözlənilən riskləri və təhdidləri nəzərə alaraq ehtiyaclarından artıq həcmlərdə ərzaq tədarük edirlər. Bütün bu kimi amillər də ərzaq məhsullarının qiymətlərində öz əksini tapır. Ötən il qlobal səviyyədə ərzaq məhsullarının qiymətləri 28% artıb, o cümlədən buğda 31,3%, qarğıdalı 44,1%, bitki yağları 65,8%, şəkər 37,5% bahalaşıb. Rusiya-Ukrayna müharibəsi ərzaq məhsullarının qiymətlərinin artmasına yeni təkan verib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) artıq bununla bağlı həyəcan təbili çalır. FAO ərzaq və yem qiymətlərinin yüksəlmiş baza səviyyələrindən daha 8-22% yuxarı qalxacağını proqnozlaşdırır. Hazırda buğdanın qiyməti son 14 ilin ən yüksək səviyyəsinə çatıb. Duru yağ qiymətlərində 30-50%-ə yaxın qiymət artımı müşahidə edilir.
Bu gün varlı Avropada inflyasiyanın tüğyan etməsi acı təəssüf hissi doğurur. “Qoca qitə” inflyasiya bataqlığına düşüb, desək, əsil həqiqəti ifadə etmiş olarıq. Verilən məlumatlara görə, son bir ay ərzində Avrozonada istehlak qiymətlərinin səviyyəsi illik müqayisədə 8,1 faiz artıb. Bundan əvvəlki rekord 2022-ci ilin martında qeydə alınıb və 7,4% təşkil edib.
Avropa İttifaqı (Aİ) məkanında inflyasiyanın artması enerji daşıyıcılarının bahalaşması ilə izah olunur. May ayında Avrozona ölkələrində enerji qiymətlərinin illik artımı 39,2% təşkil edib ki, bunun da mənfi təsirləri digər sektorlarda özünü çox gözlətməyib. Ən yüksək inflyasiya göstəriciləri Baltikyanı ölkələrdə - Latviya, Litva və Estoniyada müşahidə edilib (müvafiq olaraq 16.4%, 18.5% və 20.1%). Ən aşağı istehlak qiymətləri isə Maltada qeydə alınıb - 5.6%. Bundan əvvəl Avropa Mərkəzi Bankının (AMB) rəhbəri Kristin Laqard tənzimləyicinin ilin ikinci yarısında uçot dərəcəsini artırmaq planlarını açıqlayıb. Bu, Aİ məkanında 2011-ci ildən bəri ilk faiz artımı olacaq.
Yüksək İnflyasiya Mərkəzi Avropanın bir sıra ölkələrində, o cümlədən Çexiya, Slovakiya, Macarıstan və Polşada yoxsulluğun səviyyəsinin yüksəlməsinə səbəb olub. Məsələn, ötən ilin sonunda yoxsulluq həddindən aşağı gəliri olan çex ev təsərrüfatlarının xüsusi çəkisi 9 faiz idisə, indi bu rəqəm 16 faizə yüksəlib. Macarıstanda bu göstərici 14, Polşa və Slovakiyda 15 faiz səviyyəsindədir. Mütəxəssislər bəhs olunan ölkələrdə yoxsulluğun artmasını mənzil, enerji daşıyıcıları və qida məhsullarının bahalaşması ilə əlaqələndirirlər.
Qiymətlərin artması, həmçinin son aylarda Almaniya cəmiyyətində bir məyusluq, biznes sektorunda özünə inamsızlıq və qeyri-müəyyənlik yaradıb. İnvestorlar uzunmüddətli planlar qurmağa ehtiyat edirlər, çünki hər hansı sərmayə qoyuluşu düzgün hesablama aparılmasını tələb edir, lakin inflyasiya və qiymətlərin sürətlə artması buna imkan vermir.
Mənfi xarici təsirlər
2021-ci ildə respublikamızda istehlak qiymətləri 2020-ci ilə nisbətən təxminən 6,7 faiz artıb. Təəssüf doğuran haldır ki, qiymətlərin artım tendensiyası 2022-ci ilin arxada qalan dövrü ərzində də səngiməyib. Belə ki, cari ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2021-ci ilin müvafiq dövrünə nisbətən 12,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,4, qeyri-ərzaq məhsulları üzrə 6,4, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 10,2 faiz artıb. Bu ilin ilk 4 ayında Azərbaycana 105 milyon 270 min dollar dəyərində 308 min 43 ton buğda idxal edilib. 2021-ci ilin ilk 4 ayı ilə müqayisədə buğda idxalının həcmi 15,7% azalıb. Bir ton buğdanın idxal qiyməti (orta statistik dəyəri) ötən ilin ilk 4 ayında 254,5 dollar idisə, bu ilin sözügedən dövrü üçün 341,7 dollara yüksəlib. Bu isə idxal olunan buğdanın qiymətinin 34,2 faiz artması anlamına gəlir.
Respublikamızda da inflyasiyanın artması əsasən arzuolunmaz xarici təsirlərlə bağlıdır. Son illərdə Azərbaycan uğurlu siyasət sayəsində dünya birliyinə sıx inteqrasiya edib. Ölkəmiz istehsalını həyata keçirdiyi ayrı-ayrı məhsulları ixraca yönəldir, eyni zamanda, ehtiyac duyulan digər məhsulları idxal edir. Bu sıraya bəzi ərzaq məhsulları da daxildir. Bunun nəticəsi olaraq Azərbaycan da bütün dünyada tüğyan edən inflyasiyadan tam şəkildə kənarda qala bilmir. Hazırda respublikamızda müşahidə edilən qiymət artımı, çox doğru olaraq, idxal inflyasiyası kimi dəyərləndirilir.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

