Arpa ölkədən necə çıxarılır?
14.06.2022 [10:25]
İşbazların “arpa ixracı” əməliyyatı
MÜBARİZ
Son vaxtlarda müşahidə edilən bir sıra arzuolunmaz proseslər, artan geosiyasi gərginliklər, xüsusilə də Rusiya-Ukrayna müharibəsi fonunda qlobal ərzaq bazarında qıtlıq və qiymətlərin kəskin artması müşahidə edilir ki, bu da dünya ölkələrini özlərinin qida təhlükəsizliyinə diqqəti artırmaq çağırışı ilə üz-üzə qoyub. Bunun nəticəsidir ki, hazırda ayrı-ayrı ölkələr hətta ehtiyaclarından artıq həcmdə ərzaq məhsulları tədarük edirlər. Eyni zamanda, beynəlxalq qurumlar böyük həyəcanla payız aylarından etibarən qlobal səviyyədə ərzaq çatışmazlığı və ciddi böhran xəbərdarlıqları səsləndirməkdədirlər. Bütövlükdə, dünya üzrə iki milyonadək insanın aclıq təhlükəsi ilə üzləşəcəyi bildirilir.
Hökumətin qabaqlayıcı tədbirləri
Bəhs olunan kədərli reallıq fonunda Azərbaycan hökuməti Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq qabaqlayıcı tədbirlər görür və ölkənin ərzaq ehtiyatlarını artırmağa çalışır. Nazirlər Kabineti minimum istehlak səbətinə daxil olan ərzaq məhsullarının, onların istehsalında istifadə olunan xammalların ölkədən ixracının məhdudlaşdırılmasını özündə ehtiva edən qərar qəbul edib. Paralel şəkildə, təşviq yolu ilə yerli istehsal dəstəklənir, sahibkarlara verilən subsidiyaların həcmi artırılır ki, onlar daha çox həcmlərdə məhsul istehsal etsinlər. Eyni zamanda, daxili bazara ciddi nəzarət olunur. Mütəmadi qaydada 12 məhsul üzrə monitorinqlər aparılır, qıtlıq yaradanlar və qiymət artımına yol verənlər cəzalandırılırlar. Bütün bunlarıın nəticəsidir ki, indiyədək ölkənin ərzaq bazarında qiymətlərdə artım müşahidə edilsə də, qıtlıq yaranmayıb.
İşbazların bulanıq suda balıq tutmaq sevdası
Sadalanan reallıqlar fonunda bir sıra işbazlar bulanlıq suda balıq tutmaq və qaz vurub qazan doldurmaq sevdasına düşüblər. Belələri Nazirlər Kabinetinin müəyyənləşdirdiyi məhdudiyyətdən yayınmaq üçün müxtəlif yollara əl atırlar. Bu cür əyri yollardan biri də dənli bitkilərin doğranaraq emal məhsulu adı altında kütləvi ixracıdır.
Məsələ ilə bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından “Yeni Azərbaycan”a ünvanlanan məlumatda həyəcan təbili çalınır. Məlumatda oxuyuruq: “Quşçuluk sektoru da, heyvandarlığın digər sahələri kimi, yem təchizatında böyük ölçüdə idxaldan asılıdır. Buna görə də dünya bazarında baş verən proseslər quşçuluq təsərrüfatlarının yem təchizatında əksini tapır. Son aylarda Ukraynadan buğda, qarğıdalı, günəbaxan yağı ixracının dayanması, Rusiyanın ixraca kvota və əlavə rüsumlar tətbiq etməsi, digər ixracatçı olan Qazaxıstanın da buğda ixracını məhdudlaşdırması, həmçinin digər səbəblərdən dünya bazarında taxılın qiyməti kəskin yüksəlib. Bundan əlavə, Rusiya rublunun məzənnəsindəki möhkəmlənmə qiymətləri daha da yüksəldib. Bu bahalaşma fonunda quşçuluq müəssisələri yem tələbatının ödənməsi üçün yerli istehsal olan arpadan istifadəni genişləndirməyə çalışırlar. Lakin son həftələrdə biz təəccüb doğuran faktla üzləşmişik: ölkədə arpa tapmaq demək olar ki, mümkün olmur. Araşdırmalarımız zamanı məlum oldu ki, arpanın dən formasında Azərbaycandan ixracına qoyulan qadağadan yayınmaq üçün bir sıra işbazlar onu xırdalayaraq kütləvi şəkildə qonşu ölkələrə, xüsusilə də İrana və onun üzərindən İraqa ixrac edirlər”.
Qurumdan bildirilib ki, haqqında bəhs olunan “ixrac”ı rəsmi statistikadan da izləmək mümkündür. Belə ki, Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsasən, 2021-ci ilin ilk 3 ayında Azərbaycandan xaricə 1 kq belə “Digər arpa” ixrac olunmadığı halda, 2022-ci ilin eyni dövründə 17427,84 ton belə məhsul ixrac edilib. Məlumatda vurğulanıb: “Qısa bir araşdırmadan sonra biz aydınlaşdırdıq ki, dən şəklində arpa ixracı qadağan olunduğuna görə işbazlar onu kiçik qırıntılara bölərək, “emal sənayesi məhsulu” adı altında Azərbaycandan çıxarırlar. Halbuki emal sənayesi məhsulu üçqat emaldan keçmiş məhsullar hesab olunur.
Bildiririk ki, hazırda quşçuluq təsərrüfatlarında yem təchizatı ilə bağlı ciddi problemlər var. Yerli istehsal məhsulu olan arpanın kütləvi şəkildə ixracı bizim problemlərimizi daha da kəskinləşdirir. Biz eyni halın yaxın günlərdə buğda, qarğıdalı və çovdarla bağlı da yaranacağını gözləyirik. Buna görə də ölkənin müvafiq qurumlarına müraciət edərək bu qeyri-qanuni, çirkin məqsədlərlə həyata keçirilən ixracın qarşısının alınmasını xahiş etmişik. İnanırıq ki, səlahiyyətli qurumlar yerli istehsalçıların əsaslı narahatlığını düzgün qiymətləndirməklə müvafiq addımların atılmasını təmin edəcəklər”.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

