Üç mühüm məqam
20.07.2022 [09:58]
Azərbaycan Aİ-nin etibarlı tərəfdaşı elan olunub
MÜBARİZ
Azərbaycan-Avropa İttifaqı (Aİ) əlaqələri yüksələn xətlə inkişaf edir. Respublikamızın Avropa İttifaqının etibarlı tərəfdaşına çevrildiyi qurumun yüksək səviyyəli rəsmilərinin bu günlərdə Bakıda keçirilən görüşlərində bir daha vurğulanıb. İyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin imzaladıqları sənəddə üç mühüm məqam xüsusilə diqqət çəkir.
Enerji dialoqu
Son vaxtlarda Azərbaycanın və Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin Bakıya və Brüsselə tez-tez baş tutan səfərləri və bu səfərlər çərçivəsində müzakirələrin intensivləşməsi ikitərəfli siyasi dialoqun yüksək səviyyəsindən xəbər verir. Eyni zamanda, siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq ikitərəfli iqtisadi əlaqələr də uğurla inkişaf edir. Azərbaycanla Aİ arasında iqtisadi əlaqələr, ilk növbədə, çoxvektorlu olması ilə diqqət çəkir. İndiyədək ölkəmizlə qurumda təmsil olunan 9 dövlət arasında imzalanan strateji tərəfdaşlıq haqqında sazişlərdə iqtisadi sahədə ikitərəfli əlaqələrin genişləndirilməsini özündə ehtiva edən maddələr yer alıb. Rəqəmlərə istinadən deyə bilərik ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Aİ-nin Cənubi Qafqazda ümumi ticarət dövriyyəsində Azərbaycan lider mövqeyə malikdir. Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi 2021-ci ildə 15 milyard dollaradək yüksəlib. Bütövlükdə, ölkəmizin ixrac partnyorları arasında Aİ-nin üzvü olan İtaliya 48 faiz payla birinci sırada gəlir. Eyni zamanda, Avropa İttifaqının Cənubi Qafqazda ticarət dövriyyəsinin 2/3-i Azərbaycanın payına düşür.
Ölkəmiz Aİ üçün investisiya cəlbediciliyi baxımından da öz prioritetliyini qoruyub saxlayır. Qurum pandemiyadan əvvəl - 2019-cu ildə Azərbaycanda 2.6, Gürcüstanda 1.2, Ermənistanda isə cəmi 1 milyard avro həcmində sərmayə qoyuluşu həyata keçirib. Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata verdiyi bəyanatında təmsil etdiyi qurumun ölkəmizə sərmayə qoyuluşunu artırmağı hədəflədiyini diqqətə çatdırırb. “Biz 2024-cü ilə qədər 60 milyon avro həcmində Avropa İttifaqı sərmayəsini Azərbaycana yatıracağıq, iqtisadi və sərmayə planı 2 milyard avroya qədər əlavə sərmayənin səfərbər edilməsi potensialına malikdir. Həmin plan artıq icra olunur və Azərbaycanda təqribən 25 min kiçik və orta şirkətə dəstək verir. Həmçinin Bakı limanının dayanıqlı nəqliyyat qovşağına çevrilməsinə töhfə verilir”, - deyə Ursula Fon der Lyayen vurğulayıb.
Yuxarıda bəhs olunan Anlaşma Memorandumunun imzalanması ilə ikitərəfli əlaqələrin keyfiyyətcə yeni müstəviyə yüksəldiyini söyləmək mümkündür. Bəhs olunan sənəddə diqqət çəkən mühüm məqamlardan biri enerji dialoqudur. Hazırda artan geosiyasi gərginliklər səbəbindən “qoca qitə”nin enerji təhlükəsizliyinə ciddi təhdidlər yaranıb. Avropa İttifaqı üzv dövlətlərin qaz təchizatındakı kəsirləri yeni mənbələr hesabına aradan qaldırmağa çalışır. Azərbaycan “qoca qitə”nin ehtiyacını qarşılamağa geniş imkanları olan ölkədir. Respublikamız Avropa üçün yalnız yeni enerji mənbəyi deyil. Azərbaycanın üstünlüyü həm də ondadır ki, ölkəmiz Xəzər sahillərindən Avropanın mərkəzi hissəsinədək 3500 kilometr məsafədə uzanan müasir nəql marşrutunun - Cənub Qaz Dəhlizinin yaradılmasına nail olub. Bu kəmərlə artıq bir ildən çoxdur ki, Azərbaycana məxsus zəngin “Şahdəniz” yatağından qonşu Gürcüstana, Türkiyəyə və ayrı-ayrı Avropa ölkələrinə “mavi yanacaq” nəql olunur. Ötən il Avropa Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycandan 8 milyard kubmetrdən çox “mavi yanacaq” alıb. 2022-ci ildə bu həcmin 10, gələn ildən isə 12 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Yaxın bir neçə il ərzində isə bu həcmin 20 milyard kubmetrə çatdırılması hədəflənib. Buna nail olmaq üçün infrastrukturun ötürücülük imkanlarının artırılmasına ehtiyac var. Avropa İttifaqının rəsmisi bildirib ki, imzalanan sənədlə qurum Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı öhdəlik götürüb.
Onu da qeyd edək ki, “Şahdəniz” Avropaya qaz nəqli üçün yeganə mənbə olmayacaq. Azərbaycan “Şahdəniz” ilə yanaşı, yaxın gələcəkdə daha 5 yataqdan (“Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”) qaz hasil etməyə hazırlaşır. Beləliklə, respublikamızın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu daha da artacaq.
Bərpaolunan enerji sahəsində nəhəng potensial
Hazırda bərpaolunan mənbələrdən elektrik enerjisinin alınması qlobal trendlərdən birinə çevrilib. Yuxarıda bəhs olunan sənəddə ikinci mühüm məqam da məhz bərpaolunan enerji ilə bağlıdır. Qeyd olunduğu kimi, imzalanan Anlaşma Memorandumu ilə Azərbaycanla Avropa İttifaqı arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın möhkəm təməli qoyulub. Avropa İttifaqının rəsmisi belə bir möhkəm inamını ifadə edib ki, Azərbaycan yanacaq növlərinin təchizatçısı olmaqla yanaşı, tədricən Avropa İttifaqı üçün bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcək.
Avropa İttifaqının Azərbaycanın bərpaolunan enerji sektoruna böyük maraq göstərməsi isə heç də təsadüfi deyildir. Bu sahədə respublikamızın potensialı kifayət qədər böyükdür. Ölkəmizdə xarici investorların iştirakı ilə külək və günəş kimi mənbələrdən enerji istehsalına sərmayə qoyuluşu prosesinə başlanıb. Paralel şəkildə bir neçə stansiyanın tikintisi həyata keçirilir. Ölkənin bərpaolunan enerji mənbələrinin qiymətləndirilməsi nikbinlik üçün ciddi əsaslar yaradır. Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavat həcmində dəyərləndirilir. Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. Azərbaycan bərpaolunan enerjidən istifadə olunmasına üstünlük verməklə, qaz ixracını artırmağı hədəfləyib ki, bu da Avropa İttifaqı tərəfindən yüksək səviyyədə dəstəklənir.
İqlimlə bağlı məsuliyyət
Anlaşma Memorandumunda əksini tapan digər bir mühüm məsələ iqlimlə bağlı məsuliyyətdir. Müşahidə edilən kəskin iqlim dəyişikliyi fonunda qlobal miqyasda bu məsələnin də aktuallığı getdikcə artır. “Buraya metan qazının tullantıları da daxildir. Bizim Memorandum bütün qaz təchizatı zənciri boyu metan qazının tullantılarının azaldılması ilə bağlı öhdəlik nəzərdə tutur”, - deyə Ursula Fon der Lyayen vurğulayıb.
Avropa İttifaqının rəsmisi öz bəyanatında respublikamızı qlobal metan öhdəliyinə qoşulmağa dəvət edib. Qeyd edək ki, indiyədək sözügedən öhdəlik 119 ölkə tərəfindən dəstəklənib. Azərbaycan da bu sahədə böyük uğurlara imza atıb və öz təcrübəsini qlobal miqyasda bölüşə bilər.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41

