Kömür idxalına qadağa qüvvədə
09.08.2022 [11:03]
Avropa artan tələbatını hansı mənbələrdən qarşılayacaq?
MÜBARİZ
Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-dan və Avropa İttifaqı (Aİ) dövlətlərindən şimal qonşumuza qarşı yönəldilən sanksiyaların əhatə dairəsi genişlənməkdədir. Avqustun 1-dən etibarən isə Avropa məkanının bu ölkədən kömür idxalına qoyulan qadağa qüvvəyə minib. Bununla bağlı məlumat Avropa Komissiyasından verilib. Xatırladaq ki, belə bir sərt müddəa Avropa İttifaqında 2022-ci il aprelin 7-də qəbul edilmiş beşinci sanksiyalar paketində yer alıb.
Hədəf Rusiya iqtisadiyyatının nəfəsliyini daraltmaqdır
Bütövlükdə, müxtəlif mərhələlərdə reallaşdırılan və geniş əhatə dairəsinə malik olan sanksiyaların tətbiqində əsas məqsəd müharibə tərəfi olan Rusiyanın iqtisadiyyatının nəfəsliyini daraltmaqla onu tamam çökdürmək və bu ölkənin maliyyə imkanlarını məhdudlaşdırmaqdan ibarətdir. Atılan oxlar, necə deyərlər, hədəfə dəyməkdədir. Artıq qlobal sanksiyaların mənfi təsirləri Rusiya iqtisadiyyatında açıq-aşkar özünü göstərməkdədir. Şimal qonşumuzda bu ilin ikinci rübündə ÜDM 4.3 faiz azalıb. Rusiya Mərkəzi Bankının proqnozuna görə, üçüncü rübdə sanksiyalara məruz qalan iqtisadiyyat daha 7 faiz kiçiləcək.
Ölkənin milli valyutası da sanksiyalar fonunda dəyər itirmək tendensiyasını davam etdirir. Bir ay öncə rəsmi məzənnədə dollara nisbətən kursu 57 rubl olan Rusiya valyutası 7 faizə yaxın ucuzlaşıb. Rusiyanın enerji gəlirlərində hələlik kəskin azalmalar müşahidə edilməsə də, investorların ölkədən məsafə saxlamaları real sektora təsirsiz ötüşmür. Gələcək üçün proqnozlar daha bədbindir. Nəzərə almaq lazımdır ki, Avropa İttifaqı Rusiyadan neft idxalını ilin sonunadək 92 faiz azaltmaq niyyətindədir. Rusiyanın digər bir mühüm ixrac mənbəyi- qaz satışı üçün də gözlənilən çətinliklər artmaqdadır. Avropa ölkələri Rusiyadan azalan qaz həcmlərini digər mənbələrdən əldə etməkdən ötrü yollar aramaqdadırlar və bu axtarışlar nəticəsiz qalmır. Beləliklə, aydın şəkildə görünür ki, Rusiya həm ona olan güvəni, həm də ənənəvi ixrac bazarını, gəlirlərini itirir.
Növbəti güclü zərbə
Verilən məlumatlara görə, Rusiyanın hazırda mövcudluğu sübut olunan yeraltı sərvətlərinin ümumi dəyəri 30 trilyon dollar həcmində qiymətləndirilir. Böyük həcmlərdə neft, qaz, əlvan metallar ehtiyatlarına malik olan şimal qonşumuz kömürlə də zəngin bir diyardır. Təsadüfi deyildir ki, burada “qara kömürün üz ağartması” ifadəsi də tez-tez işlədilir. Rusiya kömür yanacağı ehtiyatlarına görə dünyada 3-cü, hasilata görə 6-cı yerdə gəlir. 182 milyard ton daş kömür ehtiyatı olan Rusiya yalnız ABŞ (445 milyard ton) və Çindən (272 milyard ton) geri qalır.
Kömür ixracı Rusiyanın əsas pozisiyalarından biri hesab olunur. Bu ölkə bərk yanacaq ixracında təxminən 300 milyon ton həcmlə dünyada 3-cü yerdə gəlir. Bu isə o deməkdir ki, şimal qonşumuzun gəlirlərinin formalaşmasında kömür də xüsusi rol oynayır. Avropa İttifaqı kömür idxalına qadağa qoymaqla Rusiyanın daha bir gəlir mənbəyini qapatmaq istəyir. Analitiklərin qənaətlərinə görə, avqustun birindən etibarən Avropa İttifaqı məkanında Rusiya kömrünün idxalının məhdudlaşdırılması şimal qonşumuzun gəlirlərinin azalmasında öz əksini tapacaq.
Avropa başqa qapıları döyür
Son illərdə “mavi yanacağın” təchizatında yaranan çətinliklər, o cümlədən də qiymətlərin kəskin bahalaşması ekoloji çağırışlara baxmayaraq, bütün dünyada kömürə tələbatın, necə deyərlər, səssiz artımına səbəb olub. Avropada kömür istehlakının artması fonunda sıfır emissiya hədəfinin arxa plana keçdiyi müşahidə edilməkdədir.
İndiyədək “qoca qitə” kömürə olan tələbatının yarıdan çoxunu sanksiyalar tətbiq etdiyi Rusiyadan idxal hesabına qarşılayıb. 2020-ci ildə Aİ-nin daş kömür idxalının 55,6 faizi Rusiyadan gəlib. Rusiyanı 17,2 faizlə ABŞ, 15,3 faizlə Avstraliya izləyir. Brüsseldə yerləşən “Bruegel” beyin mərkəzinin məlumatlarına görə, Aİ-nin Rusiyadan elektrik və istilik üçün istifadə edilən termal kömür idxalı 70 faizdır. Dəmir və polad istehsalında istifadə olunan metallurgiya kömüründə Aİ-nin Rusiyadan idxalı isə 20-30% civarındadır. Xüsusilə, Almaniya və Polşanın Rusiya termal kömüründən asılılığı yüksək səviyyədədir.
Avqustun əvvəlindən etibarən Rusiyadan kömür idxalının dayandırılması Avropa ölkələrində enerji təchizatı ilə bağlı narahatlıqları daha da artırıb. Hazırda “qoca qitə”də Rusiyadan idxalın dayandırılmasının hansı mənbələr hesabına əvəzlənəcəyi ilə bağlı intensiv müzakirələr aparılmaqdadır. Analitiklər bildirirlər ki, Aİ Rusiya kömürünü ABŞ, Avstraliya, Kolumbiya, Cənubi Afrika kimi digər təchizatçılardan idxalın artırılması hesabına qarşılamağa ümid bəsləyir. Bunun reallıqda nə dərəcədə mümkün olacağını isə zaman göstərəcək. Zamanın təkərləri isə çox sürətlə fırlanır. O amili də nəzərə almaq lazımdır ki, artıq payız-qış ayları da uzaqda deyil.
Xəbər lenti
Hamısına baxAnalitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50

