Nəqliyyat sektorunda uğurlu əməkdaşlıq
25.08.2022 [07:25]
Nicat PAŞA
Azərbaycan-Türkiyə-Gürcüstan arasında nəqliyyat sektorunda sıx əməkdaşlıq formalaşıb. Bu xüsusda Azərbaycanın moderatorluğu ilə icrasına başlanılan Bakı-Tbilisi-Qars dəmir yolunun 2017-ci ildə istifadəyə verilməsi qarşılıqlı əməkdaşlığın yeni, daha aktiv mərhələyə keçməsində böyük önəm kəsb edir.
Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı anlaşma Gürcüstanda imzalanıb. Türkiyədə təməlqoyma mərasiminin keçirildiyi yolun açılış mərasimi isə 2017-ci ilin oktyabr ayının 30-da Azərbaycanda baş tutub.
Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun 504 kilometri isə Azərbaycan ərazisindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Biznesin inkişafı, qarşılıqlı faydalı əməkdaşlıq üçün Bakı-Tbilisi-Qars dəmir yolunun çox böyük əhəmiyyəti var.
Rəsmi statistik göstəricilərə əsasən 2021-ci ilin noyabrın 19-dək BTQ xətti ilə ümumilikdə 262 qatar, 26 min 214 konteynerlə 1 milyon 419 min 686 ton yük daşınıb. 2020-ci ildə pandemiya dövründə məlum səbəblərdən azalan daşımalar 2021-ci ildən etibarən yenidən artmağa başlayıb. Belə ki, 2020-ci ilin birinci rübündə Bakı-Tbilisi-Qars dəmir yolu ilə cəmi 78 min ton yük daşındığı halda, ötən ilin eyni dövründə BTQ xətti ilə daşınan yüklərin çəkisi 154 min 836 tona çatıb. Bu isə onu deməyə əsas verir ki, BTQ xətti ilə daşınmaların ümumi həcmi günbəgün artır.
Bugünkü geosiyasi reallıqlar fonunda Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat sektorundakı önəmi daha da artıb. Rusiya ilə Ukrayna arasında gedən müharibə səbəbindən hazırda yüklərin Rusiya ərazisindən daşınması təhlükəsizlik nöqteyi-nəzərindən arzuolunan deyil. Buna görə də Avrasiyada ölkələrlə daşıma şirkətləri yükləri əsasən Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən daşımağa üstünlük verirlər. Hər üç ölkənin siyasi rəhbərliyi nəqliyyat sektorunun dayanıqlı inkişafına yüksək siyasi iradə göstərirlər. Müşahidələr onu deməyə əsas verir ki, son vaxtlar artan yük axınının müqabilində Azərbaycan və Gürcüstanın müvafiq infra??rukturları artıq yük həcmlərini qəbul etməkdə çətinlik çəkirlər. Bu səbəbdən də mövcud infrastrukturun genişləndirilməsi zərurəti ortaya çıxır. Prezident İlham Əliyevin göstərişi əsasında Azərbaycan bu istiqamətdə işlərin həyata keçirilməsinə, infrastrukturun genişləndirilməsi işlərinə artıq başlayıb.
İki gün öncə isə Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat sahəsi üzrə məsul nazirlərinin üçtərəfli görüşü keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, görüş çərçivəsində Orta Dəhlizin potensialından geniş istifadə olunması və bu dəhlizin bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin artırılması, tranzit yükdaşımaları ilə bağlı vahid tarif siyasətinin formalaşdırılması məsələləri müzakirə olunub. Tranzit yük axınlarının sabit artımını təmin etmək üçün müştərək əməliyyatların sinxronlaşdırılmasının vacibliyi vurğulanıb.
Tərəflər Orta Dəhlizə marağın artdığını qeyd ediblər. Belə ki, 2022-ci ilin yanvar-iyun aylarında dəhlizlə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çox yük daşınıb. Qeyd olunub ki, Şimal-Qərb dəhlizinə tələbat ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən üç dəfə artıb.
Görüşdə vurğulanıb ki, Azərbaycan, Türkiyə və Gürcüstan Orta Dəhlizdə həyati əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürmə qabiliyyətinin artırılması istiqamətində səyləri gücləndirib. Birgə səylərin və səmərəli əməkdaşlığın nəqliyyat sahəsində qarşıya çıxan çətinlikləri aradan qaldıracağına əminlik ifadə olunub.
Nazir Rəşad Nəbiyev Gürcüstana səfəri zamanı Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə də ikitərəfli görüş keçirib.
Görüş çərçivəsində Poti və Batumi limanları ilə Ələt limanı arasında blok qatarın yaradılması, qrafiklərin uyğunlaşdırılması, vahid tariflərin müəyyən olunması müzakirə olunub və bu istiqamətdə müvafiq işlərin görüləcəyi razılaşdırılıb.
Görülən işlər onu deməyə əsas verir ki, yaxın gələcəkdə nəqliyyat sektorunda üçtərəfli əməkdaşlıq çərçivəsində daha da böyük uğurlar əldə olunacaq. Bununla da ölkələrimizin geosiyasi əhəmiyyəti artacaq və bizim üçün əlavə imkanlar yaradacaq.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

