Enerji gəlirləri artıb: vəsait hansı istiqamətlərə yönəldiləcək?
21.09.2022 [11:15]
Nicat PAŞA
Dünyada baş verən geosiyasi proseslər fonunda Azərbaycan iqtisadiyyatı inkişaf dinamikasını qoruyub saxlamağı bacarır. Bu, istər neft-qaz, istərsə də qeyri-neft sahəsində əldə olunan gəlirlərin artmasında özünü aydın şəkildə göstərir. Hərbi-siyasi proseslərin davamlı hal alması səbəbindən dünyada neftin qiymətinin mütəmadi olaraq dəyişikliklərə məruz qalması ölkəmizin iqtisadiyyatına da birbaşa təsir edir. Neft-qaz sahəsində gəlirlərin artmasının nəticəsi olaraq bu gün proqnoz ediləndən daha artıq göstəricilərə şahidlik etmiş oluruq. Neft gəlirlərinin 60 faizdən çox, qaz ixracından əldə olunan gəlirlərin isə 300 faizdən çox artması ölkəmizin iqtisadi göstəricilərinin artmasına səbəb olan əsas amillərdəndir.
Dünən Energetika Nazirliyindən verilən məlumata görə, cari ilin 8 ayında Azərbaycanda hasil edilmiş 21,8 milyon ton neftin 17,6 milyon tonu ixrac edilib: “Ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz artımla hasil edilmiş 30,6 milyard kubmetr qazın isə 14,4 milyard kubmetri ixrac olunub. Beləliklə, cari ilin 8 ayında Azərbaycanın neft və qaz ixracından əldə etdiyi gəlir 24,3 milyard manat olub. Qeyd edək ki, ötən ilin eyni dövründə müvafiq göstərici 11,3 milyard manat idi. Ötən illə müqayisədə 2022-ci ildə Azərbaycanın neft gəlirləri 61,5 faiz, qaz ixracından əldə etdiyi gəlirlər isə 340 faiz artıb”.
Gəlirlərin artması ölkə iqtisadiyyatına və eyni zamanda, əhalinin gəlirlərinə necə təsir edəcək? Enerji gəlirlərinin artması hansı dividentlər qazandıracaq?
Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirib ki, enerji gəlirləri Azərbaycanın ixracatında və eyni zamanda, digər makroiqtisadi göstəricilərdə xüsusi paya malikdir: “Nəzərə alsaq ki, enerji gəlirlərimizin artması ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradır və bu, nəticə etibarı ilə Dövlət Neft Fondunun aktivlərinin artmasına və Fond tərəfindən dövlət büdcəsinə transferlərin zamanında edilməsinə imkan yaradır. Büdcə gəlirlərində də neft sektorunda daxilolmalar xüsusi paya malikdir - bu gün fiskal gəlirlərimizin təxminən 45 faizi məhz neft sektorunun payına düşür. Bu, eyni zamanda, dövlət büdcəsinə gəlirlərinin təmin edilməsi baxımından da vacibdir. Bu baxımdan neft və qaz gəlirlərinin artması bir tərəfdən dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına imkan yaradır, digər tərəfdən, sosial paketlər daxil olmaqla, büdcədən fərqli istiqamətlərdə daha çox vəsaitin ayrılmasını təmin edir”.
V.Bayramovun sözlərinə görə, bu, sosial təminat tədbirlərinin gücləndirilməsinə şərait yaradır: “Və nəticə etibarı ilə nəzərə alsaq ki, 2023-cü ilin dövlət büdcəsində də həmin gəlirlər və xərclərdə artımlar nəzərdə tutulub və bu da təbii ki, sosial istiqamətdə daha çox vəsaitin ayrılmasına imkan yaradacaq. O baxımdan neft gəlirlərimizin artması bir tərəfdən qeyri-neft sektorundakı islahatların dərinləşməsi və bütövlükdə enerjidən kənar sektorların inkişafının stimullaşdırılması və dəstəklənməsinə imkan yaratmaqla yanaşı, eyni zamanda sosial təminat tədbirlərinin gücləndirilməsinə şərait yaradır”.
Xəbər lenti
Hamısına baxSiyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35

