AMB uçot faiz dərəcəsini dəyişəcək?
25.10.2022 [10:35]
Nicat Dilqəmli
Azərbaycan Mərkəzi Bankı (AMB) həftə sonu, daha dəqiq desək, oktyabrın 28-i uçot faiz dərəcəsinə dair qərarını açıqlayacaq. AMB-nin İdarə Heyətinin yeni sədri Taleh Kazımov isə faiz parametrlərini hələ ki, dəyişməyib. Bu ilin sentyabrın 1-dən faiz parametrlərində aşağı hədd 4.00%, yuxarı hədd 9.25% və uçot faiz dərəcəsi 7.75%-dir. AMB-nin son iclasında bildirilib ki, pul siyasətinə dair növbəti qərarlar qlobal mühitdə gedən proseslərin ölkə daxilindəki inflyasiya proseslərinə və maliyyə bazarlarına təsirləri, habelə daxili və xarici risk amillərinin balansı nəzərə alınmaqla qəbul ediləcək.
Mərkəzi Bank uçot stavkasını necə dəyişəcək? Uçot dərəcəsi artırılacaqmı?
Məsələ ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, Mərkəzi Bankın uçot stavkası müəyyənləşdirildiyi zaman burada, həm inflyasiya səviyyəsi, həm də digər makroiqtisadi göstəricilər nəzərə alınır: “Eyni zamanda, tərəfdaş ölkələrdəki vəziyyət, o cümlədən, həmin ölkələrdə də uçot stavkası ilə bağlı dəyişikliklər də əsas faktorlardan biridir. Amma bütün bunlarla yanaşı, digər mühüm məqamlardan biri də Mərkəzi Bankın uçot stavkasının valyuta, o cümlədən, məzənnə siyasətinə necə təsir göstərməsidir. Hələlik Mərkəzi Bankın uçot stavkası ilə həm kredit bazarında olan faiz dərəcələri arasında fərq var, eyni zamanda məzənnə siyasətinə təsirləri birbaşa deyil. Amma bununla belə, təbii ki, hər bir ölkə üçün uçot stavkası çox önəmlidir. Bir tərəfdən Azərbaycanın ixracatı baxımından ölkəyə daxil olan valyutanın həcmi kifayət qədər böyükdür, bu da makroiqtisadi stabillik baxımından vacib şərtlərdən biridir”.
V.Bayramov bildirib ki, hələlik uçot stavkasının ciddi dəyişimi üçün zəmin yoxdur: “Doğrudur, inflyasiya səviyyəsi proqnozlaşdırılandan daha yüksəkdir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, son 9 ayda 13.4 faiz inflyasiya qeydə alınıb və bu da inflyasiya səviyyəsinin yüksək olduğunu göstərir. Lakin bütün bunlarla yanaşı, digər mühüm məqam məhz Mərkəzi Bankın uçot stavkasının ciddi dəyişimi üçün zəminin olmamasıdır. Ona görə də, gözlənilir ki, Mərkəzi Bank uçot stavkasında hələlik kəskin dəyişikliklərə getməyəcək və təbii ki, indiki halda bu, makroiqtisadi stabilliklə bağlıdır. Mərkəzi Bank çalışmalıdır ki, uçot stavkası ilə həm məzənnə, həm valyuta, həm də kredit bazarına birbaşa təsir göstərə bilsin və uçot stavkası daha aktiv şəkildə alətə çevrilə bilsin”.
Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyəti pul siyasəti qərarları ilə bağlı planlaşdırılan 8 iclasdan 6-sı keçirilib və sonuncu dəfə mart iclasında uçot dərəcəsi artırılıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46

