ASCO istiqrazları nə vəd edir?
29.12.2022 [10:42]
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 100 milyon ABŞ dolları dəyərində “ASCO istiqrazları” dövriyyəyə buraxılıb. Bu məqsədlə “ASCO istiqrazları - Uğurlu gələcəyə birgə yelkən açaq!” şüarı ilə tədbir keçirilib.
Belə ki, 100 min ədəd emissiya edilən istiqrazın hər birinin nominal qiyməti 1000 dollardır. Qiymətli kağızlar 5 il dövriyyədə olacaq. Onların illik gəlirliliyi 6%-dir. Faizlər ildə iki dəfə 6 aydan bir olmaqla ödəniləcək.
Borcu olmayan şirkətin qiymətli kağızlarını alın!
ASCO-nun istiqrazlarının təqdimat mərasimində qurumun sədri Rauf Vəliyev potensial investorlara müraciət edərək deyib: “ASCO istiqrazlarına pul yatıran investorlar, demək olar ki, borcu olmayan şirkətin qiymətli kağızlarını alacaq. Siz proqnoz marjası 20 %, real marjası isə 30 % olan, borcunun kapitalına nisbəti 1%-dən aşağı olan, borcunun aktivlərinə nisbəti 40 % proqnozlaşdırıldığı halda 1%-dən aşağı olan şirkətin istiqrazlarını alırsınız”.
ASCO-ya sədr gələndə bir hədəfim vardı
Səhmdar cəmiyyətinin sədri istiqrazların ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə verəcəyini, vətəndaşlar üçün mənfəətli və etibarlı investisiya imkanları yaradacağını söyləyib. Onun sözlərinə görə, əldə olunan gəlir yeni tipli böyük gəmilərin alınmasına yönəldiləcək.
“ASCO 8 ildir ki, mənfəətlə işləyir. Gələndə bir hədəfim var idi. O da qurumun IPO-ya getməsi idi. İstiqraz buraxılışı bu istiqamətdə ilk addımdır. Bilirdim ki, bu proses çətindir və bəlkə də, biz o günü görməyəcəyik. Amma gələcək nəsillər görəcək. Amma şükürlər olsun ki, biz ilk mərhələni görə bildik və istiqrazları buraxdıq. Şükürlər olsun ki, 2014-cü ildən bəri biz mənfəətlə işləyirik. Hazırda 15-ə yaxın gəmimiz dünya sularında üzür”,- deyə sədr vurğulayıb.
Bundan başqa, ASCO 100 milyon ABŞ dolları dəyərində istiqrazları satdıqdan sonra daha 50 milyon dollarlıq istiqraz buraxacaq. Məqsəd daha geniş bazarlara çıxış əldə etmək və bu ili 70-75 milyon manat mənfəətlə başa vurmaqdır.
Qeyd olunub ki, ASCO istiqrazları üzrə faiz ödənişləri ödəmə mənbəyində tutulan vergidən azaddır. Onları həm ilkin, həm də təkrar bazardan almaq mümkündür. Bunun üçün yaxın 2 ay ərzində “PAŞA Kapital İnvestisiya Şirkəti”nə müraciət edərək abunə yazılmaq lazımdır. İstiqrazların ilkin bazarda yerləşdirilməsi başa çatdıqdan sonra investorlar onları istədikləri vaxt ölkədə fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək sata bilərlər. www.ascoistiqraz.az saytına daxil olmaqla və yaxud 1548 nömrəsinə zəng vurmaqla ətraflı məlumat əldə etmək mümkündür.
Öz növbəsində, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov tədbirdə çıxış edərək bildirib ki, bu il holdinqin şirkətləri, o cümlədən ASCO mənfəət üzrə rekord göstəricilərə nail olub. Onun sözlərinə görə, ASCO ölkəmizdə uğurla fəaliyyət göstərən şirkətlərdən biridir.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxElm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42

