Səudiyyə Ərəbistanı dollardan imtina edir?
26.01.2023 [10:43]
Ər-Riyadın qarşıdakı dövr üçün planlarında yeni əməkdaşlıqlar nəzərdə tutulur
Zaman-zaman gündəmə gələn dünya bazarında xarici ticarət əməliyyatlarında “dollardan imtina” məsələsi yenidən aktuallıq qazanır. Belə ki, Səudiyyə Ərəbistanı dollardan imtina edərək, xarici ticarət əməliyyatlarını milli valyutalarla həyata keçirməyə hazırlaşdığını bəyan edib.
Bu barədə Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd Əl-Cədaan Davos İqtisadi Forumunda çıxış edərkən deyib. Nazir bildirib ki, Səudiyyə Ərəbistanı bu məsələni ticarət tərəfdaşları ilə müzakirə etməyə hazırdır. Xarici ticarətdə avro, Səudiyyə rialı və digər valyutalar istifadə oluna bilər.
Yeni partnyor - ABŞ Çinə “dəyişilirmi”?
ABŞ-ın ən yaxın ticarət partnyorlarından sayılan Səudiyyə Ərəbistanının belə bir mülahizə ilə çıxış etməsi iqtisadçı ekspertlər tərəfindən birmənalı qarşılanmır. Bir qism mütəxəssislər bu faktı ABŞ-ın Avroasiya məkanında “nüfuzdan düşməsi”, bəziləri isə rəsmi Vaşinqtonun yeni tərəf müqabilləri ilə əvəz olunması kimi dəyərləndirir. Bu amil isə Səudiyyə Ərəbistanının Çin ilə müəyyən yaxınlaşmaları ilə izah edilir. Bəlli olduğu kimi, ötən ilin sonunda Çin Xalq Respublikasının sədri Si Cinpinin Səudiyyə Ərəbistanına üçgünlük rəsmi səfəri baş tutmuşdu ki, səfər çərçivəsində iki ölkə arasında 29 milyard dollar dəyərində 20 investisiya sazişi imzalanıb. Bu saziş son illər ərzində iki ölkə arasında xeyli dərinləşmiş ticarət, biznes və investisiya əlaqələrini əhatə edir. Xüsusi vurğulanmalıdır ki, Çin Səudiyyə Ərəbistanının xam neftinin əsas ixracatçılarındandır. 2021-ci ildə Səudiyyə Ərəbistanının bütün neft ixracının 25 faizindən çoxu məhz Çin tərəfindən idxal edilib. “Suudi Vision 2030” proqramı çərçivəsində tikilməkdə olan futuristik Neoma şəhərinin şaxələndirilməsi də layihənin prioritetləri sırasındadır.
Eyni zamanda, Si Cinpinin Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz və vəliəhd Məhəmməd bin Salmanla təkbətək və geniş tərkibdə görüşləri iki ölkə arasında münasibətlərin qarşıdakı dövrdə yeni səviyyəyə qalxmasına yol aça bilər. Ər-Riyad Çinin “Bir kəmər, bir yol” təşəbbüsündə daha fəal iştirak etmək niyyətini də açıqlayıb. Statistik məlumatlara baxdıqda, Səudiyyə Ərəbistanı ilə Çin arasında iqtisadi əməkdaşlığın sürətlə inkişafının da şahidi ola bilərik - ötən il qarşılıqlı investisiyaların həcmi 27 milyard dollara çatıb. Bu, Çinin ərəb ölkələrinə qoyduğu sərmayələrin 20,3 faizi deməkdir. Ümumilikdə isə Çinin 2005-2021-ci illərdə ərəb ölkələrində investisiyalarının həcmi 169,9 milyard dollara çatıb.
BRİCS-in “izi ilə”...
Digər amil isə BRİCS ölkələri ilə əlaqələndirilir. Qeyd edək ki, BRICS 2006-cı ilin iyununda Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində yaradılıb. Dünya əhalisinin 41,5 faizinin (3 milyard 21 milyon) yaşadığı BRICS ölkələrinin xarici işlər və maliyyə nazirləri hər il sammit keçirərək qlobal iqtisadi problemləri müzakirə edirlər. Qrup beş sürətlə inkişaf edən ölkədən ibarət olan bir qrupdur. 2011-ci ilə qədər təşkilatla bağlı BRIC abreviaturası istifadə olunurdu. BRIC-ə CAR-ın birləşməsiylə əlaqədar 18 fevral 2011-ci ildə, hind maliyyə nazirinin ərizəsi üzrə bundan sonra qrup BRICS adını daşımağa başladı. Goldman Sachs-ın fikrincə, 2050-ci ilə ümumi ölçü üzrə qrupun ölkələrinin iqtisadiyyatları dünyanın ən zəngin ölkələrinin iqtisadiyyatlarının ümumi ölçüsünü ötəcək.
BRICS üzvləri ən tez inkişaf edən böyük ölkələr kimi səciyyələnirlər. Əlverişli vəziyyət bu ölkələrə onlarda mövcud olan resursların dünya iqtisadiyyatı üçün böyük miqdarda əhəmiyyətini təmin edir:
Braziliya - kənd təsərrüfatı məhsuluyla zəngindir;
Rusiya - dünyada ən böyük mineral resursların eksportçusudur;
Hindistan - ucuz intellektual resurslar;
Çin - ucuz əmək resurslarının sahibidir;
Cənubi-Afrika respublikası - təbii resurslar.
Bu isə yeni dövrdə regional inkişafda yeni perspektivlər yaradır. Nəzərə çatdıraq ki, BRICS ölkələri də qarşılıqlı ticarəti milli valyutalarla davam etdirmək barədə razılıq əldə ediblər. Beynəlxalq ekspertlər hesab edirlər ki, BRICS ölkələri qarşılıqlı ticarət üçün vahid valyuta yarada bilsələr, ABŞ dollarının dünyadakı mövqeyinə güclü zərbə dəyəcək və onun dəyərdən düşməsi prosesi başlayacaq. Eyni zamanda, bu proses ABŞ-ın və ya Avropanın qeyd edilən regionlara hər hansı bir siyasi-iqtisadi təzyiqlərindən, tətbiq olunması ehtimalı yüksək dəyərləndirilən sanksiyalardan qaçış yolu kimi dəyərləndirilir. Səudiyyə Ərəbistanın da bu yoldan istifadəyə meylinin yaranması ümumi inkişafla ayaqlaşmaq kimi də xarakterizə oluna bilər.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

