ABŞ defolt təhlükəsi ilə üz-üzə?
18.02.2023 [11:00]
MÜBARİZ
Dünyanın supergüc dövlətlərindən sayılan Amerika Birləşmiş Ştatlarından (ABŞ) defolt təhlükəsi xəbəri gəlib. Belə ki, ABŞ Konqresinin Büdcə Departamenti dövlət borcunun tavanının yüksəldilməyəcəyi təqdirdə ölkənin defolt riski ilə üzləşəcəyi barədə xəbərdarlıq edib. Proqnozlara görə ölkənin defoltu 2023-cü ilin iyul-sentyabr aylarında baş verə bilər. Bu barədə departamentin araşdırmasında göstərilib.
Defolt nədir?
Defolt (Default) - borclar üzrə faiz və ya əsas məbləğin ödənilməsinə dair öhdəliyin yerinə yetirilməsi imkanının olmamasıdır. Bu zaman iqtisadi subyekt tərəfindən pul və borc öhdəliklərindən qismən, yaxud tam imtina edilir. Adətən, ağır maliyyə böhranları səbəbindən iqtisadi subyektlər, xüsusilə dövlət defolta əl atır. Aşağı inkişaf səviyyəli ölkələr feskal imkanların məhdudluğu üzündən daxili borc öhdəlikli maliyyə alətlərinin geri alınmasından, eləcə də xarici borc öhdəliklərindən qismən, yaxud tam imtina etmiş olur ki, bu da dövlət borcunun defoltu adlanır. Defoltun texniki, korporativ, suveren kimi növləri fərqləndirilir.
Dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ öz tarixində ilk dəfə defolt riski ilə 2021-ci ilin payızında üzləşib. Həmin dövrdə Konqresin Nümayəndələr Palatası hökumətin borclanmasına dair həddin götürülməsi üzrə qanun layihəsinin lehinə səs verib (219-un 212-ə səs çoxluğu ilə). Bu və digər tədbirlər ABŞ-ın öz maliyyə öhdəliklərini vaxtında yerinə yetirə bilməsi üçün 2022-ci ilin dekabrına qədər hər hansı yuxarı hədd olmadan əlavə borc cəlb etməsinə imkan yaradıb. Ümumiyyətlə, ABŞ Konqresi 1960-cı ildən bəri 78 dəfə borc limitinin götürülməsinə dair qanun layihələri qəbul edib. Sonuncu belə hal 2019-cu ildə baş verib. Ən dramatik vəziyyətlərdən biri isə 2011-ci ildə yaranıb və Standard&Poors reytinq agentliyi tarixdə ilk dəfə ABŞ-ın kredit reytinqini aşağı salıb.
Federal büdcə tam şəkildə çökə bilər
İddia olunur ki, borc limiti dəyişdirilməsə, ABŞ hökumətinin borc almaq imkanları tükənəcək. Beləliklə, ABŞ-da defolt olacaq. ABŞ administrasiyası hazırda konqresmenləri hökumətinin borc limitlərini mümkün qədər tez artırmağa çağırır. Amma Respublikaçılar Partiyası ölkənin büdcə xərclərini azaltmaqda israrlıdır.
Departament, həmçinin dövlət büdcəsinin kəsirinin 2024-cü ildən 2033-cü ilə qədər ildə təxminən 2 trilyon dollar olacağını proqnozlaşdırıb. Qeyd olunub ki, kəsir 2033-cü ilə qədər 2,851 trilyon dollara və ya ÜDM-in 7,3%-nə çatacaq.
Verilən məlumata görə, 2023-cü maliyyə ili üçün büdcə kəsiri 1,410 trilyon dollar səviyyəsində proqnozlaşdırılır ki, bu da 2022-ci ilin göstəricilərini üstələyir. Boşluq ABŞ prezidenti Cozef Baydenin tələbə borclarını silmək planlarına görə genişlənib.
Daha əvvəl “American Greatness” yazıb ki, indiyə qədər 31,5 trilyon dolları keçmiş ABŞ dövlət borcunun artan həcmi yaxın gələcəkdə ölkənin federal büdcəsinin tamamilə çökməsinə səbəb ola bilər.
C.Bayden: Defoltun qarşısı alınacaq
ABŞ prezidenti C. Bayden defoltun qarşısının alınacağına söz verib. O qeyd edib ki, ölkənin dövlət borcu son 200 ildə yığılıb və hazırda bu rəqəm 31,4 trilyon dollara çatır. ABŞ prezidenti bu barədə Merilend ştatında keçirilən tədbirdəki çıxışında bildirib. C.Bayden
ABŞ-ın defoltunun fəlakət olacağını söyləyib. Bayden hesab edir ki, hadisələrin bu cür inkişafının qarşısını almaq üçün Konqres heç bir şərt olmadan dövlət borcunun tavanının artırılmasını təsdiq etməlidir.
Respublikaçıların mövqeyi isə tamam fərqlidir. Hələ yanvar ayında ABŞ Konqresində Respublikaçılar partiyasının üzvləri ölkənin dövlət borcunun səviyyəsinin dollar ifadəsində sabit dəyərlə əlaqələndirilməsindən imtina etmək təşəbbüsü ilə çıxış ediblər. Bunun əvəzinə onlar borc - ÜDM nisbətinə keçidi təklif edirlər. Qanunverici Brayan Fitspatrik 2008-ci ildə ABŞ-ın borcunun ölkənin ÜDM-in təxminən 40%-ni təşkil etdiyini vurğulayıb. 2023-cü ildə bu rəqəm 125%-dək yüksəlib.
Ekspertlər ABŞ-ın xarici borcunun artmasında Ukraynaya dəstəyin də az rol oynamadığını bildirirlər. Ukraynaya dəstək fonunda Pentaqonun xərcləri artır və beləliklə də ölkə əlavə borclanmaq reallığı ilə üz-üzə qalır. Qeyd edək ki, yaxın gələcəkdə ABŞ Ukrayna büdcəsini dəstəkləmək üçün daha 9,9 milyard dollar ayırmaq niyyətindədir. Bu barədə ABŞ Dövlət Departamentinin Digər Dövlətlərə Yardım İdarəsinin direktoru Dafne Rend bildirib. Xatırladaq ki, ABŞ indiyədək Ukrayna büdcəsini dəstəkləmək üçün artıq 13 milyard dollar xərcləyib.
Xəbər lenti
Hamısına baxSosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17

