Rubl dəyərini niyə itirir?
08.07.2023 [11:50]
Çox doğru olaraq maliyyə bazarı lakumus kağızına bənzədilir. Ölkələrdə, yaxın regionlarda, bütövlükdə, qlobal miqyasda baş verən hadisələrin, kataklizmlərin əks-sədasını məhz maliyyə sektorunda daha tez müşahidə etmək mümkündür. Rusiya rubullunun məzənnə həssaslığı nümayiş etdirməsi buna əyani sübutdur. Rusiya-Ukrayna müharibəsi başlayandan bəri rubl dəyər itirməkdə davam edir.
Rublun məzənnəsində anti-rekord
Son 2 ayda rubl dollara nisbətən 14.0 faiz ucuzlaşıb. Bu günlərdə isə rublun ucuzlaşması daha da sürətlənib və bu sahədə anti-rekord qeydə alınıb. İyunun 6-da qonşu ölkədə 1 avronun birja kursu 102 rublu ötüb. Bir dollar isə dünən 93 rubla dəyişdirilib. Xatırladaq ki, iyunun 1-də Rusiyada 1 Avropa valyutası 86,6 rubla, 1 ABŞ dolları isə 71,8 rubla ticarət edilirdi.
Bəs rublun məzənnə itkisində anti-rekordun qeydə alınması, ucuzlaşmanın sürətlənməsi hansı amillərlə şərtlənir? Bir sıra analitiklər rubulun son ucuzlaşmasının iyunun 24-nə keçən gecə “Vaqner” hərbi birləşməsinin təsisçisi Yevgeni Priqojinin səsləndirdiyi bəyanatlardan sonra baş verdiyinə diqqət çəkirlər. Məlum olaylardan dərhal sonra bir sıra iri banklar kəskin məzənnə dəyişikliyi ediblər. Belə ki, “Raiffeisenbank”da rəsmi məzənnə 97.55 rubl/dollar və 106.4 rubl/avro, VTB-də - 94.5 rubl/dollar və 102.5 rubl/avro, “Qazprombank”da - 97.3 rubl/dollar və 104.3 rubl/avro, “Alfa-bank”da - 96.77 rubl/dollar və 106.21 rubl/avro , “MTS-bank”da - 95.65 rubl/dollar və 104.1 rubl/avro təşkil edib.
Bununla belə, məlum hadisələrin rublun kəskin məzənnə dəyişikliyinə məruz qalmasının əsas səbəbi kimi izah etmək doğru olmazdı. Bu, olsa-olsa keçici ajiotaj yarada bilərdi. Biz isə müşahidə edirik ki, rublun məzənnəsi “Vaqner” hadisələrinin üstündən günlər keçdikdən sonra da səngimir.
Rublun kəskin məzənnə itkisi, heç şübhəsiz ki, müharibə fonunda kollektiv Qərbdən Rusiyaya qarşı tətbiq edilən sanksiyalardır. İndiyədək 11 mərhələdə tətbiq olunan sanksiyaların əhatə dairəsi kifayət qədər genişdir. Sanksiyaların bir qismi Rusiyanın maliyyə, o cümlədən də bank sektoruna aiddir. Müharibədən əvvəlki mərhələdə Rusiyanın əsas valyuta gəlirləri enerji resurslarının ixracından formalaşırdı. İndi sanksiyalar səbəbindən bu ölkədən qoca qitəyə enerji məhsullarının ixracı əhəmiyyətli dərəcədə azalıb. Xatırladaq ki, 2022-ci il dekabrın 5-də Rusiya neftinə tətbiq edilən embarqo qüvvəyə minib və həmin gündən etibarən Rusiyadan gələn neftin qiyməti bir barel üçün 60 dollar səviyyəsində müəyyən edilib. Üçüncü ölkələr isə Rusiya neftinin ixracına 60 dollarlıq yuxarı tavan qiyməti müəyyənləşdirildikdən sonra bu qiymətdən baha neft almağa tələsmirlər. Beləliklə, Rusiyanın gəlirləri azalır. 2023-cü ilin birinci yarısında Rusiyanın büdcəsinə neft və qaz sənayesindən daxilolmalar 46,9% azalaraq bir il əvvəlki 6,376 trilyon rubla qarşı 3,382 trilyon rubl təşkil edib. 2023-cü ilin iyun ayında gəlirlər may ayı ilə müqayisədə 7,3% azalaraq 528,6 milyard rubl olub. Eyni zamanda, 2022-ci ilin iyun ayı ilə müqayisədə müvafiq göstərici 26,4% azalıb. Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, yanvar-iyun aylarında neft və kondensat üzrə hasilat vergisi (MET) 1,73 dəfə azalaraq büdcəyə 2,984 trilyon rubl, ixrac rüsumu 105,9 milyard rubl (3,25 dəfə azalma) gətirib. Əlavə gəlir vergisi isə 2,54 dəfə azalaraq büdcəyə 403 milyard rubl gətirib. Qaza görə ixrac rüsumlarının yığılmasından büdcə gəlirləri 4,9 dəfə - 241,2 milyard rubla qədər azalıb.
Aydın şəkildə görünür ki, sanksiyalar Rusiyanı getdikcə daha çox dərəcədə sıxır və onun manevr imkanlarını daraldır. Hazırda qonşu ölkənin maliyyə-bank sektoru ciddi təzyiq altındadır. Ölkədə valyutaya olan tələbat tam şəkildə ödənilmir. Belə bir şəraitdə həmçinin möhtəkirlər də valyuta bazarına özlərinin mənfi təsirlərini göstərirlər. Tələb təklifi daha çox üstələdikcə, milli valyuta da bir o qədər dəyər itirir.
Rusiya MB-nin nikbinliyi nə dərəcədə əsaslıdır?
Bu arada Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina nikbin açıqlamaları ilə gündəmə gəlib. Onun sözlərinə görə, ölkənin maliyyə stabilliyinə risklər yarandıqda təmsil etdiyi qurumun intervensiyaların vasitəsilə rublun məzənnəsinə təsir göstərmək imkanları var. O bu fikirləri iyulun 6-da maliyyə konqresində ifadə edib. “Bizim ü?ün rublun bütün kursu məqbuldur. Biz onu pul-kredit siyasətində nəzərə alırıq”, - deyə E.Nabiullina bildirib.
Rusiya Mərkəzi Bankının rəhbəri əlavə edib ki, hazırda ölkənin maliyyə stabiliyi üçün risklər müşahidə edilmir. E.Nabiullina bundan əvvəl vurğulamışdı ki, rublun zəifləməsi xarici ticarətin dinamikası ilə bağlıdır. O bildirib ki, rublun üzən məzənnəsi Rusiya iqtisadiyyatı üçün müsbət bir haldır və milli iqtisadiyyatın xarici şokları “asan həzm etməsinə” imkan verir.
Manata hansı təsirlər ola bilər?
Bəs qonşu ölkənin maliyyə bazarında müşahidə edilən proseslər milli valyutamıza necə təsir göstərə bilər? Bu sualla Milli Məclisin deputatı Vüqar Bayramova müraciət etdik. Onun sözlərinə görə, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Rusiya Azərbaycanın ən böyük idxalçı tərəfdaşı və qeyri-neft ixracatında əsas partnyordur. “Bu baxımdan, Rusiya pulunun manata nisbətən dəyər itirməsi Azərbaycanın ixrac edilən qeyri-neft məhsulların rubl ifadəsində bahalaşmasına səbəb olur. Bu isə qeyri-neft ixrac imkanları baxımından arzuolunan deyil”, - deyə Milli Məclisin deputatı bildirib.
V.Bayramovun sözlərinə görə, tədiyə balansında profsit və əsas tərəfdaş ölkələrdə kursun dəyişməsi manatın nominal effektiv məzənnəsini bu ilin ilk 5 ayında 5.1% möhkəmləndirib. Qeyd edək ki, tədiyə balansındakı profisitin əsas səbəbi enerji məhsullarının ixracatıdır. Bu aspektdən, ixracatın strukturunun keyfiyyət baxımdan daha da təkmilləşdirilməsi prioritetdir. Fikirlərinə davam edən V.Bayramov vurğulayıb: “Rusiya da daxil olmaqla, qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə, hazırda ölkəmizdə valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Amma Azərbaycanda hələ tam üzən məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olaraq qalmaqdadır”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

