"Əsrin müqaviləsi" Azərbaycanın inkişafında mühüm rol oynayır
13.09.2011 [10:33]
Məlum olduğu kimi bugükü Azərbaycanın inkişaf və tərəqqisində ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası mühüm rol oynayır. Məhz bunun nəticəsidir ki, xalqımız hər il 20 sentyabr tarixini- 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”ni böyük bayram kimi qeyd edir. Azərbaycanın firavan gələcəyinin qurulmasında başlıca rol oynayan bu müqavilə, uğurlu neft strategiyası Ulu öndər Heydər Əliyevin müdrik, uzaqgörən və qətiyyətli siyasətinin bəhrəsidir.
Azərbaycanın müstəqilliyinin ilk illərində dərin siyasi-iqtisadi böhranla üzləşmişdi. 1991-1993-cü illərdə hakimiyyətdə olan qüvvələrin səriştəsiz fəaliyyəti nəticəsində ölkəmiz bütün istiqamətlərdə uğursuzluqlara düçar olurdu. Məhz belə bir şəraitdə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmasından sonra-1993-cü ilin iyunundan başlayaraq, Azərbaycan dövlətçiliyinin xilası və ölkəmizin inkişafı istiqamətində mühüm qərarlar qəbul olundu, böyük dəyişikliklərə start verildi. Ulu öndərin ölkəyə rəhbərliyi sayəsində siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı. ölkə daxilində mövcud olan problemlərin tədricən aradan qaldırılması, iqtisadiyyatın inkişaf yoluna qədəm qoyması Azərbaycanın xarici siyasətdə də daha fəal və qətiyyətli addımlar atmasına imkan yaradırdı.
ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu yeni neft strategiyası bu gün ölkəmizin müstəqilliyinin möhkəmlənməsi, təhlükəsizliyinin etibarlı təmin olunması, zəngin və qüdrətli dövlətə çevrilməsi, eləcə də, regionun və dünyanın enerji təhlükəsizliyində əsas yer tutan dövlət kimi nüfuzunun artması ilə nəticələnib. Son illər Azərbaycanda dövlət müstəqilliyi möhkəmlənib, cəmiyyətdə demokratiya və iqtisadiyyatda bazar münasibətləri daha da inkişaf edib, dünya iqtisadiyyatına inteqrasiya sürətlənib.
Neft və qaz ehtiyatlarının işlənməsi, həmçinin onların dünya bazarlarına ixracı üzrə nəhəng layihələrin həyata keçirilməsi sayəsində Xəzər regionu XXI əsrdə dünyanın əhəmiyyətli regionlarından birinə çevrilib.
Ulu öndər Heydər Əliyev tərəfindən aparılan müdrik siyasət sayəsində 20 sentyabr 1994-cü ildə ‘’Xəzərin Azərbaycan sektorunda yerləşən Azəri, çıraq və Günəşli (dərin hissəsi) yataqlarının (AçG) işlənməsi və hasilatın pay bölgüsü’’ üzrə birinci saziş imzalandı. Sonralar bu saziş ‘’Əsrin müqaviləsi’’ adı ilə tanındı. Bu saziş xarici şirkətlərə Azərbaycanda yeni sazişlərin imzalanması üçün geniş yol açdı. 1994-cü ildən bu vaxta qədər ARDNŞ və xarici neft şirkətləri arasında karbohidrogenlərin kəşfiyyatı, hasilatı və məhsulun pay bölgüsü prinsipi üzrə 30-dan çox saziş imzalanıb.
Neft müqavilələrinin bağlanmasının Azərbaycan Respublikasına və onun vətəndaşlarına nələr vəd etdiyi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib: “Son illərdə həyata keçirilən neft strategiyası bu yolun düzgün olduğunu bir daha sübut etdi. Amma, bu, heç də o demək deyil ki, biz gələcəyimizi də yalnız neftlə bağlamaq istəyirik. Neft faktoru bizim üçün vasitədir. Müstəqilliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində bir vasitədir. Yəni biz bu vasitədən istifadə edirik.
Neftin o vaxt qiyməti olur ki, neft hasil edilir, nəql edilir, satılır və bundan gəlir əldə olunur. Yerin, suyun altında istifadəsiz olan neftin heç bir qiyməti yoxdur. Bəziləri deyirlər ki, ona dəyməyək, onu gələcək nəsillərə saxlayaq. Bu, çox yanlış, populist fikirdir.
Yenə də deyirəm, neft bizim üçün vasitədir. Mən hesab edirəm ki, biz bu vasitədən çox səmərəli istifadə etdik. Azərbaycan artıq dünyada tanındı. ölkəmizə milyardlarla dollardan artıq sərmayə gətirilib qoyuldu. Azərbaycan öz iqtisadiyyatının neftlə bağlı olan digər sektorlarının da xeyrini götürdü, orada inkişaf müşahidə olundu. Azərbaycanda infrastruktur, xidmət sektoru sahəsində böyük irəliləyiş var. Minlərlə gənc vətəndaşımız xarici ölkələrdə, yaxud da xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən şirkətlərinin təşkil etdiyi kurslarda öz təhsilini təkmilləşdiribdir”.
Onu da vurğulayaq ki, neft sazişlərinin həyata keçirildiyi dövrdə neft sənayesinin infrastrukturu xeyli dərəcədə təzələnib, yeni, güclü infrastrukturu yaranıb. Bundan əlavə, ölkə iqtisadiyyatının digər sahələrinə sərmayələr axını təmin edilib, Azərbaycan yeni, müasir texnologiyalar əldə edib. Təbii ki, neft startegiyasının uğurla həyata keçirilməsi nəticəsində müxtəlif sənaye və xidmət sahələrində minlərlə yeni iş yeri açılıb. Bu gün neft satışından Azərbaycan dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da geniş sosial proqramları həyata keçirməyə, əməkhaqqını və pensiyaları artırmağa, imkansız ailələrə, müharibə əlillərinə və qaçqınlara daha çox kömək etməyə imkan verir.
Bütövlükdə, Ulu öndərimizin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində güclü iqtisadi potensial yaradılıb və bu da ölkənin müstəqilliyini bundan sonra da qoruyub möhkəmlətməyə imkan verəcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45

