Dollarla bağlı son qərar nəyi dəyişəcək?
15.12.2023 [11:10]
Xeyli vaxt idi ki, dünyada nəzərlər Amerika Birləşmiş Ştatlarında (ABŞ) mərkəzi bank funksiyasını yerinə yetirən Federal Ehtiyat Sisteminə (FED) yönəlmişdi. Burada dollarla bağlı veriləcək qərar narahatlıqla gözlənilirdi. Nəhayət, dekabrın 12-13-də keçirilən iki günlük iclasda dollarla bağlı vacib qərar verildi. Bu barədə FED-in saytında yerləşdirilən məlumatda bildirilib.
Üçüncü dəfə dəyişməyən uçot dərəcəsi
Qeyd edək ki, FED-in bu il son iclasında uçot dərəcəsini 5,25-5,5 faiz səviyyəsində saxlayacağı gözlənilirdi. Treyderlər göstəricinin 0, 25 faiz bəndi artırılaraq 5,5-5,75 faizə çatma ehtimalını cəmi 1,8 faiz qiymətləndirmişdilər. Böyük çoxluğun ehtimalları özünü doğruldub. Belə ki, ABŞ Federal Ehtiyat Sistemi baza dərəcəsini illik 5,25-5,5 faiz səviyyəsində saxlayıb. Qərar yekdilliklə qəbul edilib və qəbul olunan qərar əksər analitik və iqtisadçıların gözləntiləri ilə üst-üstə düşüb.
FED həmçinin 2023-cü il üçün ABŞ ÜDM-in artımı ilə bağlı proqnozunu 2,1 faizdən 2,6 faizə qədər yaxşılaşdırıb. 2024-cü il üçün proqnoz 1,5 faizdən 1,4 faizə endirilib. 2025-ci il üçün iqtisadi artım proqnozu 1,8 faiz səviyyəsində saxlanılıb, 2026-cı il üçün isə 1,8 faizdən 1,9 faizə qaldırılıb.
ABŞ-da 2023-cü ildə işsizlik proqnozu 3,8 faiz səviyyəsində saxlanılıb. Bildirilir ki, 2024-2026-cı illərdə bu rəqəm 4,1 faiz olacaq. ABŞ-da 2023-cü ildə inflyasiya proqnozu 3,3 faizdən 2,8 faizə, 2024-cü ildə 2,5 faizdən 2,4 faizə, 2025-ci ildə 2,2 faizdən 2,1 faizə dəyişdirilib. “Komitə uzun müddət ərzində maksimum məşğulluğa və 2 faiz inflyasiyaya nail olmağa çalışır. Bu məqsədlə federal fondların faiz dərəcəsi üçün hədəf diapazonunu 5,25-5,5 faiz səviyyəsində saxlamaq qərarına gəlib”, - deyə hesabatda bildirilir. Bununla da FED ardıcıl üçüncü dəfə uçot dərəcəsini dəyişməz saxlamaq qərarına gəlib.
Hazırda ABŞ-da əsas müzakirələr tənzimləyicinin dərəcəni indiki diapazonda nə qədər saxlayacağı və gələn il necə dəyişəcəyi ətrafında aparılır. “Reuters”in sorğusunda iştirak edən 102 iqtisadçıdan 52-si uçot dərəcəsinin ən azı 2024-cü ilin iyuluna qədər azalmayacağına inanır. Respondentlərin demək olar ki, dörddə üçü (102 nəfərdən 72-si) bütün gələn il ərzində faiz dərəcəsinin 100 faiz bəndi azalaraq 4,25-4,5 faizə endiriləcəyini gözləyir. Eyni zamanda, ekspertlər ilin birinci yarısında sentyabr sorğusu ilə müqayisədə daha az faiz endirimi gözləməyə başlayıblar.
Müqayisə üçün bildirək ki, bundan əvvəl FED sərt pul siyasəti həyata keçirirdi. Sərt pul siyasəti aparılmasında əsas məqsədin yüksək inflyasiyanın cilovlanması olduğu bildirilirdi. Məlum səbəblərdən qlobal enerji bazarında yaranan vəziyyət neft ixrac edən ölkələrin iqtisadiyyatları üçün müsbət hal olsa da, neft idxal edən Qərb ölkələri üçün mənfi hala yol açdı. Belə ki, neft-qaz təchizatında yaranan çətinliklər Avropa İttifaqı ilə ABŞ-da son 40 ilin ən böyük inflyasiyasına səbəb oldu.
Belə bir şəraitdə ölkələr sərt pul siyasətinə keçid etməyə qərar verdilər. Bunun fəlsəfəsi belədir: Valyutalar bahalaşdıqca alıcılıq qabiliyyəti aşağı düşür, mal və xidmətlərə tələbat azalır və prosesin məntiqi nəticəsi olaraq əmtəələrə yüksək qiymətlərin tətbiqi mümkünsüz hala gəlir. Qeyd olunanların təsdiqi olaraq bildirək ki, ABŞ əsas uçot dərəcəsini 0,25 faizdən - 5,25 faizə, Avropa İttifaqı isə 0 faizdən 4,25 faizə qədər artırıb.
Görünür, qlobal bazarlarda müşahidə edilən son proseslər FED-in dekabr iclasındakı qərarına öz təsirini göstərib. Məlum olduğu kimi, hazırda qiymətlərin artım tendensiyası müəyyən qədər səngiyib, hətta ayrı-ayrı mallar və xidmətlər üzrə aşağı düşüb. FED də dolların uçot dərəcəsi ilə bağlı 2023-cü ilin son qərarını verərkən istehlak bazarındakı bu tendensiyanı nəzərə alıb.
Manatı nə gözləyir?
FED-in dollarla bağlı son qərarı fonunda “Manatı nə gözləyir” sualının aktuallığı artıb. Yaşanan narahatlığın mühüm səbəblərindən biri onunla bağlıdır ki, ABŞ valyutası dünyanın əksər ölkələrində olduğu kimi, respublikamızda da idxal-ixrac əməliyyatlarında geniş istifadə olunur. Məzənnə dəyişikliyi sahibkarların gəlirlərində və yaxud xərclərində mütləq öz əksini tapır. Digər tərəfdən, dünya bazarlarına neft, qaz kimi mühüm enerji daşıyıcıları məhsulları çıxaran ölkəmizin valyuta gəlirlərinin formalaşmasında dollar seqmenti üstünlük təşkil edir. Eyni zamanda, Azərbaycanda ənənəvi olaraq əhali yığımlarının bir hissəsini dollarla edir.
Ancaq FED-in son qərarı ilə bağlı xüsusi narahatlıq keçirməyə lüzum yoxdur. Azərbaycan üzən məzənnə rejiminə tam şəkildə keçid etməyən ölkədir. Belə ki, Azərbaycanın dərin məzmunlu sosial siyasətinə uyğun olaraq manatın məzənnəsi Mərkəzi Bank tərəfindən məqsədyönlü şəkildə tənzimlənir. Artıq neçə illərdir ki, dolların uçot dərəcəsi dəyişdirilsə də, manat öz stabilliyini qoruyub saxlayır ki, bu əhalinin sosial vəziyyətinə müsbət təsir göstərməklə yanaşı, milli valyutamıza inamı artırır.
Ekspertlərin də bildirdikləri kimi, indiki reallıqlar fonunda manatın məzənnə dəyişiklikləri gözlənilmir. Ölkəmizin, o cümlədən də Mərkəzi Bankın kifayət qədər valyuta ehtiyatları formalaşıb. Bunun nəticəsi olaraq hərraclarda dollara tələbat artıqlaması ilə ödənilir. Hələlik Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də gələn il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq
Dollara tələbatın artmasında mövsüm amilləri
Bəs, son günlərdə ölkə üzrə dollara tələbatın artmasını hansı şərtlər diktə edir? Bununla bağlı sualımızı cavablandıran Milli Məclisin deputatı Vüqar Bayramov dollara tələbatın artmasında mövsümü amillərin əsas rol oynadığını bildirib: “Dollara tələbin artması daha çox mövsümi faktorlarla bağlıdır. Belə ki, dekabrda həm biznesin, həm də vətəndaşların xarici valyuta tələbi yüksəlir. Öncədən proqnozlaşdırıldığı kimi, dekabrda dollara tələbin artması gözlənilən idi. Belə ki, dövlət və özəl müəssisələrin və eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlar ilə bağlı olaraq xarici səfərlərin çoxalması dollara tələbi artırır”.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxAnalitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20

