Uçot dərəcəsinin azaldılması...
06.02.2024 [10:30]
Əlverişli kredit şərtləri vəd edir
Elbrus CƏFƏRLİ
Mərkəzi Bankın (MB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 2024-cü il fevralın 1-dən etibarən 8 faizdən 7.75 faizə, faiz dəhlizinin aşağı həddi 6.5 faizdən 6.25 faizə, faiz dəhlizinin yuxarı həddi isə 9 faizdən 8.75 faizə endirilib. Qərar ölkədəki mövcud inflyasiya hədəfləri dəhlizinə və gözləntilərə, eləcə də valyuta bazarında vəziyyətə əsasən qəbul edilib. Belə ki, MB bu qərarın qəbul edilməsi zamanı baza ssenari kimi 2023-cü ildə 12 aylıq inflyasiya göstəricini nəzərə alıb ki, həmin dövrdə istehlak qiymətləri indeksi 2.1 ???? təşkil etməklə hədəf diapazonunun aşağı hissəsində formalaşıb. Ümumilikdə, ötən il qiymət indeksi 8,8 faiz təşkil edib və 2020-ci ildən sonra inflyasiya ilk dəfə olaraq ikirəqəmli həddən birrəqəmli həddə düşübdür.
Mərkəzi Bank uçot dərəcəsini niyə azaltmağa qərar verdi?
İnflyasiyanın azalmasında əsas rol oynayan xarici və daxili amillərin təsirləri də ötən dövrdə yumşalıb. Dünya əmtəə, xüsusilə də ərzaq qiymətlərinin davamlı azalması, beynəlxalq daşıma xərclərinin pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşması, ticarət tərəfdaşlarında həyata keçirilən sərt pul siyasəti və nominal effektiv məzənnənin bahalaşması inflyasiya idxalına azaldıcı təsir göstərib. Belə ki, qlobal iqtisadi aktivliyin zəifləməsi, eləcə də qlobal əmtəə, enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi ölkəyə inflyasiya idxalını məhdudlaşdırıb, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə ərzaq qiymətləri indeksi dekabrda illik əsasda 10,1 faiz azalıb. Azərbaycanda inflyasiyanın tərkibində xarici amilin, xüsusilə də ərzaq inflyasiyanın əsas yer tutmasını nəzərə alsaq, qiymət indeksinin aşağı düşməsində məhz qlobal ərzaq qiymətlərindəki səngimələr mühüm rol oynayıb. Bu tendensiya 2024-cü ilin yanvar ayında da baş verib və hazırda qlobal miqyasda ərzaq mallarının qiymət sabitliyi davam edir, hətta əksər mal qrupları üzrə ucuzlaşma nəzərə çarpır, xüsusilə də buğda və un məmulatlarında, digər yeyinti mallarında qiymətlərin yeni enişi müşahidə edilir. Məhz bu amillər Azərbaycanı xarici inflyasiya təzyiqlərindən neytrallaşdırır və Mərkəzi Bankın arxayınçılığı da məhz budur. Ona görə də uçot dərəcəsinin növbəti azalmasına qərar verilib.
İllik inflyasiyanın dinamikasında, yəni azalmada daxili amillərin də mühüm rolu olub, həyata keçirilən antiinflyasiya siyasətinin təsirləri ilə azalıb. Hökumət tərəfindən görülən işlər, o cümlədən “İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi istiqamətində əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin Sərəncamında nəzərdə tutulmuş tədbirlərin icrası inflyasiyaya azaldıcı təsir göstərməkdədir. Eləcə də Azərbaycanın daxili bazar amili də ötən ilin yekununda qanedici olub. Daxili valyuta bazarında tarazlığın qorunduğu şəraitdə manatın nominal effektiv məzənnəsi 2023-cü ildə 20 faizdən çox möhkəmlənib. Profisitli xarici ticarət balansı şəraitində il ərzində Mərkəzi Bankda keçirilən valyuta hərraclarında təklif tələbi üstələyib. Bu səbəbdən Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olubdur. MB-nın valyuta ehtiyatları 2023-cü ildə 28 faiz və ya 2,5 milyard dollar artaraq 11,5 milyard dollara çatıb.
Uçot dərəcəsi 2024-cü ildə yenidən aşağı salına bilərmi?
Uçot dərəcəsi ilə bağlı növbəti qərarlar yenə də xarici və daxili amillərə uyğun olaraq müəyyənləşəcək. Uçot dərəcəsi təbii ki, xarici bazarlar, ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilir. Əgər inflyasiya səviyyəsi yüksəlirsə, Mərkəzi Bank uçot dərəcəsini yüksəldir və əksinə, inflyasiya səviyyəsi endikcə, uçot dərəcəsi də endirilir. Xarici faktorlarda əsas rol oynayan mal və əmtəələrin, xüsusilə də qlobal ərzaq bahalaşması gözlənilmir. Doğrudur, geosiyasi amillər risk olaraq qalır, ancaq enerji daşıyıcılarının ucuzlaşması tendensiyası, sənaye və xammalların qiymətində sabitlik beynəlxalq qiymət bazarlarını təhdid etmir.
Daxili amillərə gəlincə, hökumət inflyasiya ilə mübarizə tədbirlərini 2024-cü ildə də prioritet kimi diqqətdə saxlayacağını bəyan edib və iqtisadi siyasətin əsas çərçivə hədəflərinə uyğun olaraq bütün iqtisadi qurumlar bu prosesə cəlb edilib. Qiymət bazarlarında ən önəmli nüanslardan biri olan süni qiymət artımlarının qarşısının alınması da yaddan çıxmamalıdır. Əlbəttə ki, 2024-cü ildən qüvvəyə minəcək Rəqabət Məcəlləsi də süni qiymət artımlarının qarşısının alınmasında mühüm rol oynayacaqdır.
Bu ssenariyə uyğun olaraq Mərkəzi Bank 2024-cü ildə antiinflyasiya xarakterli pul siyasətini və inflyasiyaya təsir imkanlarını artırmaq istiqamətində tədbirlərini davam etdirəcək. Pul siyasəti alətləri bank sisteminin likvidlik mövqeyi və risklər balansı nəzərə alınmaqla tətbiq edilir. Ümumilikdə, inflyasiya mühitində azaldıcı amillərin güclənməsi və inflyasiya gözləntilərinin sabitləşməsi cari ilin sonuna və 2024-cü ilə illik inflyasiyanın hədəf daxilində formalaşmasını proqnozlaşdırmağa əsas verir. Hökumətin illik inflyasiya proqnozlarına görə, 2024-cü ildə inflyasiyanın 5.3 faiz təşkil edəcəyi gözlənilir.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar xarici və daxili inflyasiya amillərinin dəyişməsindən asılı olaraq veriləcəkdir. Qərarlar qəbul edilərkən ölkədə pul siyasətinin ötürücülüyünün xüsusiyyətləri, maliyyə bazarlarında, o cümlədən valyuta bazarında gedən proseslər də nəzərə alınacaqdır. Sözsüz ki, inflyasiya səviyyəsi sabit qalsa və daxili valyuta bazarındakı təklif və tələb amili ümidverici olsa, Mərkəzi Bank uçot dərəcəsini qarşıdakı aylarda yenidən azaldacaq.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

