30 ildən sonra...
04.04.2024 [10:30]
Qarabağ və Şərqi Zəngəzurda iqtisadi artım əldə edilib
Elbrus Cəfərli
2023-cü ildə ölkəmizin iqtisadi rayonlarında iqtisadi artımın dinamikası üzrə statiska açıqlanıb. Ən yüksək artın nümayiş etdirən bölgə Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonları olub. Belə ki, həmin iqtisadi rayonlardan Qubadlıda iqtisadi artım 61 raiz, Ağdamda 53 faiz təşkil edib. Laçın və Kəlbəcərdə yaranmış əlavə dəyərin həcmi müvafiq olaraq 5 və 2,1 dəfə olub. Xankəndi və Ağdərədə əlavə dəyərin artımı baş verməyib, Xocavənd rayonunda isə 32 faiz geriləmə baş verib. Ümumilikdə, azad edilmiş iqtisadi rayonlarda ötən il inkişaf tempi digər bölgələrdən üstün olub.
Azad ərazilərdəki iqtisadi artıma hansı amillər təsir göstərib?
Məlumdur ki, azad edilmiş ərazilərdə son 3 ildə büdcə vəsaitləri hesabına, eləcə də dövlət-özəl birliyi sayəsində biznes sərmayələrinin qoyuluşları bu ərazilərdə tikinti-bərpa və qurucluq işlərinin sürətini hədsiz dərəcədə genişləndirib. Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarına davamlı kapital axını tikinti ilə yanaşı, digər sektorlarda da çoxalıb. Bu bölgə, ötən il Bakı-Abşeron iqtisadi rayonu istisna olmaqla həm də sərmayə qoyuluşlarında ölkə üzrə ilk yerdə qərarlaşıb. Azad edilmiş rayonlara 2023-cü ildə kapital qoyuluşlarının həcmi təxminən 5,5 milyard manat təşkil edib. Belə ki. Ötən il Laçına yatırılmış sərmayələrin həcmi 1,5 milyard manat, Kəlbəcərə 880 milyon min manat, Füzuliyə 677 milyon manat, Cəbrayıla 639 milyon manat), Şuşaya 623 milyon manat, Zəngilana 590 milyon manat, Ağdama 568 milyon manat kapital qoyulub. Nəticədə, Ağdam, Laçın, Kəlbəcər kimi rayonlarda iqtisadi artım daha çox böyüyüb. Həmin bölgənin iqtisadi artım baxımından geri qalan şəhər və rayonlarında - Xankəndi, Ağdərə və Xocavənddə isə tikinti işləri adətən bölgədə anti-terror əməliyyatlarının keçirilməsindən sonrakı dövrə, 2023-cü ilin sonlarına və 2024-cü ilin əvvəllərinə təsadüf edir ki, bu da bərpa-quruculuğa yeni start verildiyindən ötən ilin yekunları üzrə artıma təsir etməyib. Hazırkı tendensiya onu vəd edir ki, qeyd edlən şəhər və rayonlarda da aparılan quruculuq və tikinti layihələri əlavə dəyərin yaranmasına və artıma səbəb olacaq.
Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarında iqtisadi artımda təkcə tikinti layihələrinin rolunu qeyd etmək düzgün olmazdı, bu bölgəyə kapital qoyuluşları kənd təsərrüfatı, müxtəlif aqrar-sənaye layihələrini, biznes və xidmət sektorları üzrə işləri də əhatə etdiyindən yaranmış əlavə dəyərdə bu sahələrin də rolunu nəzərə almaq lazımdır. Xüsusilə də 2 il əvvəl fəaliyyətə başlamış Zəngilandakı “Dost Aqropark” layihəsi artıq öz müsbət nəticələrini verməkdədir. Bu ərazidə ötən il kənd təsərrüfatı məhsullarının istehsalı ümidverici göstəriclərlə yadda qalıb. Yaxud, Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” və Sənaye Parkının yeni formalaşan sənaye potenisalının imkanları böyüyür. Bu bölgədə Rusiyanın “Kamaz”, İtaliyanın “İveco” markalı avtomobilləri üçün servis mərkəzi yaradılıb və rezidentlərin sayı artmaqdadır. Artıq 5 sahibkarlıq subyekti Parkın rezidenti kimi, 1 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyata alınıb və investisiya təşəbbüsləri dayanmadan artır.
Eləcə də Qubadlı və Zəngilanda taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri, heyvandarlıq təsərrüfatları, həmçinin, Kəlbəcər və Laçında arıçılıq təsərrüftları yaradılıb. Türkiyə, İsrail, Rusiya və digər ölkələrə məxsus sahibkarlar bir neçə investisiya layihəsi icra etməkdədir. Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdə artıq sərmayə proqramlarının icrasına başlayıbdır. Türkiyənin “Eti Bakır A.Ş.” şirkəti Qaşqaçay filiz yatağında, “Artvin Maden A.Ş.” şirkəti Elbəydaş və Ağduzdağ filiz yataqlarında neçə aydır ki, fəaliyyət göstərir. Ağdam Sənaye Parkında işlərə start verilib.
Bütün bu amillər Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarının ilk iqtisadi artımının nümayişidir və bölgə artıq məhsul buraxlışı üçün hərəkətə gətirilib və işğaldan azad edilmiş ərazilər iqtisadi güc mənbəyi kimi ölkə iqtisadiyyatında əlavə dəyərin yaradılmasına inteqrasiya olunur.
Bu, nikbin iqtisadi başlanğıc azad ərazilərin tezliklə ölkənin digər rayonları ilə nisbətdə daha güclü aqara-sənaye bölgəsinə çevriləcəyini şərtləndirir. Bölgədə icra edilən iri investisiya proqramları azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyasını təmin etməklə ölkə üzrə yaradılan əlavə dəyərin təxminən 20-25 faizinin formalaşmasına səbəb olacaq.
Xəbər lenti
Hamısına baxDünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Siyasət
11 Sentyabr 09:45
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16

