Aşağı uçot dərəcəsi, bahalı kreditlər...
05.04.2024 [10:37]
Məlum olduğu kimi Mərkəzi Bankın (MB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 2024-cü il martın 29-dan etibarən 7,75%-dən 7,5%-ə, faiz dəhlizinin yuxarı həddi 8,75%-dən 8,5%-ə endirilib. Faiz dəhlizinin aşağı həddi isə dəyişməyərək 6,25% saxlanılıb. MB bu qərarı aşağı inflyasiya həddinin saxlanması, 2024-cü ilin ilk 2 ayında inflyasiya gözləntilərinin stabilləşməsi və qarşıdakı yaxın aylarda sabit qiymət indeksinin davam edəcəyi proqnozlarına əsasən qəbul edib. Eyni zamanda, 2024-cü ildə proqnozlaşdırılan inflyasiyanın hədəf diapazonda saxlanılması gözlənilir və faiz dəhlizinin və uçot dərəcəsinin hətta qarşıdakı aylarda yenidən azaldılması istisna edilmir. Çünki xarici və daxili amillərin ilin sonuna kimi əlverişli olacağı və inflyasiyanın normal həddə saxlanılacağı proqnozlaşdırılır ki, bu da Mərkəzi Bankın uçot dərəcəsini bir qədər də aşağı salmasına qərar verməsini şərtləndirə bilər.
Uçot dərəcəsinin azaldılması kredit faizlərinin aşağı salınmasına imkan verə bilərmi?
Mərkəzi Bankın son qərarından sonra vətəndaşları qayğılandıran əsas məsələlərdən biri bank kreditlərinin də aşağı salınacağı ilə bağlıdır. Çünki 7-8 faizlik dəhliz kreditlərin də müəyyən faiz nisbətində endirilməsinə imkan yaradır. Son bir ildə, MB uçot dərəcəsini bir neçə dəfə aşağı salıb, faktiki olaraq faiz dəhlizi 10 faizdən 7,5-ə faizə qədər endirilib. Bu bir il ərzində isə bankların kredit faizləri olduğu kimi qalıb, bəzi banklar faizləri cüzi - təxminən 1-1,5 faiz endirib. Bu, uçot dərəcəsinin enmə nisbətinə rəğmən çox azdır.
Beynəlxalq bank sektorunda, xarici bank bazarında adətən Mərkəzi Banklar uçot faiz dərəcəsini azaltdıqda, kredit faizlərində də enmələr müşahidə olunur. Ölkəmizdə isə sabit kredit stavkaları müşahidə olunmaqdadır. Bunun səbəbi faiz dəhlizinin aşağı salınmasından daha çox qiymətli kağızlar bazarını, notları və digər səhmlərin optimal gəlirliyini qoruyub saxlamaq və ya artırmaqdır. Kredit bazarı isə bankların öz səxavətindən asılı vəziyyətdədir.
Hazırda ölkə üzrə kreditlərin orta faizi təxminən 15-16 faizdir. Hətta, bundan yüksək faiz dəhlizi mövcuddur, xüsusilə də regionalarda 19 faizə çatır. Məsələn, Şirvanda 19.67, Qarabağda 19.32, Mil-Muğan iqtisadi rayonunda 19.13, Lənkəran-Astara iqtisadi rayonunda 19.1, Şirvan-Salyan iqtisadi rayonunda 18.75, Mərkəzi Aranda 18.59, Qazax-Tovuz iqtisadi rayonunda 18.42 faizdir. Halbuki bankların kreditləri aşağı salması üçün kifayət qədər imkanları var. Bankların kredit vermək üçün əsas mənbələrindən biri olan depozitlərin faizləri də buna imkan verir. Hazırda banklarda dollar faziləri 2-2,5 %-dən yüksək deyil, manat əmanətləri üzrə orta faiz dərəcəsi isə 7-8,5 %-ə bərabərdir. Ölkədə 4-5 bank əmanətləri 10 faizlə cəlb etsə də, əksər banklarda bu rəqəm 7-8, hətta 6 faiz təşkil edir. Ümumilikdə, hazırda depozitlərin orta faiz göstəricisi 8%-ə bərabərdir və kreditlərin orta illik faiz dərəcəsindən 2 dəfə aşağıdır. Buna görə də, kredit dərəcələrini ən azı 3-4 faiz endirmək olar.
Hazırda Azərbaycan banklarının kredit portfeli də hədsiz dərəcədə böyükdür və kredit vermək üçün qayğıları yoxdur. Bank sektorunun xalis mənfəəti son bir ildə əhəmiyyətli dərəcədə böyüyərək 1 milyard 75,9 milyon manata çatıb. Bu həcmdə mənfəət bankların kredit resurslarını təmin etməkdə nəhayətsiz portfelə malik olmasını təsdiqləyir. Banklar 2023-cü ildə kredit portfelinin az qala 50 faizə yaxın artması da onların kredit vermək çətinliyinin olmadığını göstərir. Həmçinin, 2024-cü il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinə dəyişikliklərdən sonra (102.1.22-ci maddə) yerli banklar və xarici bankların Azərbaycan Respublikasında fəaliyyət göstərən filialları tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik dividend gəlirləri gəlir vergisindən (10 faiz vergi) azad edilib və vergi güzəştləri banklar üçün yeni bir stimul yaradıb, vətəndaşların banklara daha çox əmanət qoyması təşviq edilməkdədir. Bu isə bankların daha çox qazanmasına, yəni kredit portfellərini daha da böyütməsinə səbəb olmaqdadır. Yəni bankların mövcud resursları ucuz kredit siyasətini həyata keçirməyə imkan verir, bahalı kreditlər üçün heç bir əsas yoxdur.
Bütün bunlar onu deməyə əsas verir ki, uçot stavkasının qənaətbəxş, bankların cəmi kredit resurslarının həcminin əlverişli olması banklar üçün kreditləri ucuzlaşdırmağa stimul verə bilər. Reallıq ondan ibarətdir ki, banklar dövlətin verdiyi resurslar hesabına, yəni Sahibkarlara Kömək Fondu və digər dövlət mənbələri ilə güzəştli kreditlərdən başqa, öz resursları hesabına 5 dəfə daha çox real sektora ucuz fazilərlə kredit yönəldə bilər. Mövcud iqtisadi şərait, bank sektorunun vəziyyəti, həyata keçirilən kredit siyasəti və digər amillər isə bank kreditlərinin bahalaşmasını deyil, əksinə daha da aşağı salınmasını diktə edir. Ona görə də, banklar kredit faizlərini daha da aşağı salmalı, iqtisadi dəyər yaradan sahələrin təşviqində güzəştli kredit həcmlərini və çeşidlərini artırmalıdır.
Elbrus
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

