Uğurlu əməkdaşlıq modelimiz...
18.07.2024 [11:00]
Azərbaycan dövləti beynəlxalq aləmdə böyük nüfuza malikdir
Milli maraqlara söykənən xarici siyasət kursumuz nəticəsində bu gün Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən ən etibarlı tərəfdaşlardan biri kimi qəbul olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən uğurlu xarici siyasət kursu ölkəmizə dünyanın müxtəlif dövlətləri və təşkilatları ilə həm sosial, həm hərbi, həm siyasi, həm də iqtisadi sahələrdə əməkdaşlıq əlaqələrini günişləndirməyə imkan verir. Bu isə nəticə etibarı ilə dövlətin beynəlxalq nüfuzunun artmasını şərtləndiri. Ölkəmiz üzvü olduğu beynəlxalq təşkilatların fəaliyyətində aktiv iştirak edir, üzərinə götürdüyü missiyanın öhdəsindən layiqli şəkildə gəlir. Təşkilatdaxili münasibətlərin daha da dərinləşməsinə, əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsinə töhfələr verir. Həmçinin Azərbaycanın üzv olduğu və rəhbərlik etdiyi təşkilatların bir sıra mühüm tədbirləri məhz ölkəmizin paytaxtında keçirilir ki, bu da respublikamızın regional və qlobal müstəvidə aparıcı rolunun ən bariz göstəricilərindəndir.
Ölkəmiz beynəlxalq siyasi münasibətlər çərçivəsində həll olunan məsələlərdə fəal iştirak edir, həmçinin xüsusi nüfuza sahib olan beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verir. Bu gün müasir geosiyası reallıqda Cənubi Qafqaz lideri Azərbaycandır. Bunun da əsas meyarı uğurlu, xarici siyasət, iqtisadi inteqrasiya, siyasi sabitlikdir.
Beynəlxalq arenada özünəməxsus yer...
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən politoloq İlyas Hüseynov bildirib ki, İkinci Qarabağ müharibəsi fonunda Cənubi Qafqazda geosiyasi mənzərə kökündən dəyişib: “Azərbaycanın istər regional, dövlət istər dünya birliyinə inteqrasiyası çox mühüm məsələdir. Məlumdur ki, 44 günlük müharibədə qələbəyə qədər bu bir başqa istiqamət idi, indi artıq şanlı qələbəmizdən sonra inteqrasiya məsələsi daha da gündəmdədir. Çünki Azərbaycanı artıq qalib və paralel olaraq enerji təhlükəsizliyinin təminatçısı olan bir dövlət kimi qəbul edirlər. Azərbaycan dünyanın əksər dövlətləri ilə, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq təşkilatı, Türk Dövlətləri Təşkilatı, Avropa İttifaqı və başqa beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir. Bu gün Azərbaycan beynəlxalq arenada söz sahibidir. Türk Dövlətləri Təşkilatı çərçivəsində Türkdilli dövlətlərlə qarşılıqlı münasibətimizin möhkəmlənməsi, Prezidentimizin Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğı?ı?tan kimi ölkələrə işgüzar səfərləri və həmin dövlətlərin rəhbərlərinin Azərbaycana səfərləri, işğaldan azad olunmuş ərazilərdə müxtəlif infrastrukturlarının açılışında iştirak etməsi birliyimizin dünyaya uğurlu nümayişidir. Bu əlaqələr genişmiqyaslıdır və çoxşaxəli xarakter daşıyır. Məsələn, hərbi sahədə Türk ordusu modelində ordu quruculuğu işləri uğurla davam etdirilir”.
Müstəqil daxili-xarici siyasət kursu ...
İ.Hüseynov qeyd edib ki, son vaxtlar ölkəmiz enerji təhlükəsizliyi sahəsində Avropa üçün istinad ünvanına çevrilib: “Bu sahədə Serbiya, Ruminiya, Bolqarıstan, Macarıstan, Slovakiya və digər dövlətlərlə uğurlu əməkdaşlığımız qurulub. Gürcüstan, Ruminiya və Macarıstan hökumətləri arasında “Yaşıl Enerji” sahəsində starateji tərəfdaşlıq sazişi var. Məlumdur ki, bir sıra dövlətlər Ermənistandan vasitə kimi istifadə edərək Azərbaycanın beynəlxalq səviyyədə inkişafına mane olmağa çalışır. Lakin Azərbaycanın dönməz daxili və xarici siyasəti var. Bu siyasət müstəqildir. Ona görə də biz əlaqələrimizi öz prinsiplərimiz və milli maraqlarımız müstəvisində qururuq. Ən bariz nümunə kimi ölkəmizdə keçirilməsi nəzərdə tutulan COP29 da dövlətlərin, bir sıra beynəlxalq təşkilatların Azərbaycana gəlməsi çox mühüm əhəmiyyət kəsb edir. Təbii ki, inteqrasiya prosesində diaspora təşkilatlarının da rolu mütləq şəkildə nəzərə alınmalıdır”.
TDT-nin inkişafına töhfə...
Politoloqun sözlərinə görə, Azərbaycan Prezidenti hər zaman sübut edib ki sözü imzasıdır: “Bu gün Azərbaycan və Türkiyə arasındakı münasibətlər strateji müttəfiqlik səviyyəsinə, qardaşlıq bağlarına söykənir. Bu əlaqələr strateji xarici siyasət, hərbi müdafiə, sənaye, iqtisadiyyat və bir çox sahələri əhatə edir. Dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə Türk Dövlətləri Təşkilatının güclənməsi istiqamətində ardıcıl addımlar atır. Beləliklə də təşkilatın daha da güclənməsinə töhfə verir”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18

