Professor Qulu Məhərrəmliyə 70 illik yubiley təbriki
02.11.2024 [10:55]
Azərbaycanın müasir media və telejurnalistika ənənələrinin formalaşmasında xidmətləri olan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, qurumun Etika komissiyasının sədri, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsininin kafedra müdiri, əməkdar jurnalist, professor Qulu Məhərrəmlinin 70 yaşı tamam olur.
Qulu Məhərrəmli ölkəmizin televiziya məkanında böyük populyarlıq qazanmış onlarla proqram və verilişin, beynəlxalq festival və müsabiqələrdə nümayiş olunmuş çoxsaylı sənədli filmlərin, dövlət əhəmiyyətli tədbirlərdən, rəsmi toplantılardan canlı yayımlanmış reportajların və digər yaradıcılıq nümunələrinin müəllifidir.
Azərbaycanın efir məkanında siyasi publisistikanın formalaşmasında xüsusi rolu olan yubilyar demokratik düşüncəli milli telejurnalistikamızın bənzərsiz nümayəndələrindəndir. Peşəkarlığı, hadisələrə, ayrı-ayrı mövzulara yanaşma tərzi, ana dilimizə yüksək bələdçiliyi, ümumən, istedadı və işgüzarlığı, fəal ziyalı mövqeyi ona nəinki media cameəsində, eyni zamanda, bütövlükdə cəmiyyətdə rəğbət yaradıb. Əlbəttə, bu rəğbətin formalaşmasında başlıca amil AZTV-də yaratdığı və 12 il rəhbərlik etdiyi “Səhər” musiqili-informasiya proqramı olub.
Q.Məhərrəmli, həmçinin, sözün əsl mənasında, elm adamıdır, pedaqoqdur. Jurnalistika üzrə ilk elmlər doktoru adını daşıyan həmkarımızın araşdırmalarında peşənin, ümumən medianın nəzəriyyəsi, televiziya və radionun aktual elmi-nəzəri problemləri, ekran və efirin mürəkkəb dil sisteminin öyrənilməsi əsas yer tutub. O, bununla bağlı 30-dan çox kitabın, bir neçə monoqrafiyanın, dərsliklərin, dərs vəsaitlərinin və izahlı lüğətlərin müəllifidir. Həmkarımız, həmçinin, 60-a yaxın xarici ölkədə düzənlənmiş, jurnalistika və elmi-pedaqoji fəaliyyətlə bağlı, habelə, medianın aktual problemlərinin müzakirəsinə həsr olunmuş toplantılara qatılıb, Vətənimizi yüksək səviyyədə təmsil edib.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri zəngin və çoxşaxəli yaradıcılıq yoluna malik Qulu Məhərrəmlini 70 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı, yeni-yeni uğurlar və müvəffəqiyyətlər arzulayırlar.
Mətbuat Şurasının İdarə Heyəti
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10

