İqlim dayanıqlılığı üçün insan inkişafı...
20.11.2024 [10:12]
Yüksəksəviyyəli iclas keçirildi
Noyabrın 18-də COP29 çərçivəsində iqlim dayanıqlılığı üçün insan inkişafı üzrə Bakı Təşəbbüsünə dair yüksəksəviyyəli iclas keçirilib. Tədbir Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, COP29 Sədrliyi, UNESCO, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, UNICEF, Asiya İnkişaf Bankı və Yaşıl İqlim Fondunun dəstəyi ilə baş tutub. İclasın əsas məqsədi insan inkişafına investisiya qoyulmasının iqlim dayanıqlılığının təmin edilməsində mühüm əhəmiyyətini vurğulamaq olub.
İqlim təhsilinin planetin qorunmasında rolu...
Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, iqlim dəyişikliyi ilə mübarizədə keyfiyyətli təhsilin bütün səviyyələrə inteqrasiyası böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə mübarizədə elm və təhsilin rolu mühümdür.
Nazir vurğulayıb ki, orta təhsil səviyyəsindən ali təhsil proqramınadək iqlim mövzuları təhsil proqramlarımıza daxil edilib. Emin Əmrullayev erkən yaşlardan tədris olunan iqlim təhsilinin şagirdlərə planetin qorunmasında öz rolunu dərk etməyi öyrətdiyini söyləyib. Nazir iqlim dəyişikliyi sahəsində müəllimlərin hazırlığının gücləndirilməsi istiqamətində görülən işlərin artırılmasının vacibliyini vurğulayıb.
Bundan başqa, Emin Əmrullayev iqlim savadlılığı göstəricilərinin qlobal miqyasda inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Nazir əlavə edib ki, təhsil iqlim dəyişikliyinin reallıqlarına uyğunlaşma, dayanıqlılıq və innovativ həllər üçün əsas baza rolunu oynamalıdır. Emin Əmrullayevin sözlərinə görə, Azərbaycan olaraq biz bu yeni göstəriciləri təklif etməklə qlobal təhsil sistemlərinə iqlim savadlılığının inteqrasiyası istiqamətində cəsarətli bir addım atmış olduq.
Dayanıqlı təhsil sisteminin qurulması
Emin Əmrullayev həmçinin qeyd edib ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda dayanıqlı təhsil sisteminin qurulmasına böyük diqqət yetirilir. O, bildirib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, həmin ərazilərdə məktəb infrastrukturunun bərpasına və dirçəldilməsinə, dayanıqlı inkişafın təşviqinə və dayanıqlılığın yaradılmasına diqqət yetirilib.
Tədbirdə çıxış edən COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib ki, qlobal iqlim probleminin ən kritik və bir-biri ilə əlaqəli olan aspektlərindən sayılan insan inkişafı təhsil, səhiyyə, sosial müdafiə, bacarıqlar və məşğulluq kimi sahələri əhatə edir. Yalçın Rəfiyev iqlim dəyişikliyinin həyatımızın hər tərəfinə - sağlamlığa, təhsilə, əmək bazarına və ən əsası gələcək nəsillər üçün mövcud olan imkanlara təsir göstərdiyini qeyd edib. Onun sözlərinə görə, qlobal istiləşmə ilə bağlı çağırışlara cavab vermək üçün insan inkişafına sərmayə qoyulmalıdır və bu investisiya həyatın ən erkən mərhələlərində başlamalıdır ki, uşaqların və gənclərin təhsil, səhiyyə və bacarıqların inkişafı yolu ilə güclənməsi təmin edilsin. Bu investisiya təkcə dayanıqlılığa aid deyil, həm də iqlim dəyişikliyinin təsirlərinin azaldılması səylərini əhatə etməlidir.
Yalçın Rəfiyev iqlim dayanıqlılığı üçün insan inkişafı üzrə Bakı Rəhbər Prinsiplərini elan edib. O, bildirib ki, bu prinsiplər iqlim strategiyalarında insan inkişafı üzrə fəaliyyətin istiqamətləndirilməsi üçün əsas rol oynayacaq, iqlimlə bağlı fəaliyyətin əsas hərəkətvericiləri kimi bu sahələrdə inteqrasiya olunmuş yanaşmanı təşviq edəcək.
Ətraf mühit savadlılığının artırılması
Tədbirdə “Beynəlxalq qiymətləndirmə çərçivəsində ətraf mühit savadlılığının ölçülməsi” mövzusunda yüksəksəviyyəli panel keçirilib. Panel sessiyasında beynəlxalq ekspertlərin iştirakı ilə PISA kimi qiymətləndirmələrin şagirdlərdə ətraf mühit savadlılığının artırılmasındakı rolu ətraflı müzakirə edilib.
Sessiyada İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer PISA-nın yeni göstəricilərinin şagirdlər arasında iqlim dəyişikliyi savadlılığını necə qiymətləndirə və təşviq edə biləcəyinə dair təqdimatla çıxış edib.
Andreas Şleyxer bildirib ki, Azərbaycan tərəfindən irəli sürülən və təşəbbüs göstərilən bu göstəricilər şagirdlərin ətraf mühit bilikləri və problem həlletmə bacarıqlarını qiymətləndirmək üçün geniş çərçivənin təqdim olunmasını hədəfləyir.
Panel sessiyası Elm və Təhsil Nazirliyi ilə OECD arasında şagirdlərin PISA çərçivəsində iqlim savadlılığını qiymətləndirmək üçün razılaşmanın imzalanması ilə yekunlaşıb. Razılaşma qlobal səylərin iqlim savadlılığının təhsilə inteqrasiyasına yönəlməsi baxımından mühüm addım olaraq qiymətləndirilir.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

