Dövrün əsas tələblərindən biri!
11.12.2024 [08:25]
İKT-nin inkişafı prioritetdir...
Hər bir cəmiyyətdə informasiya texnologiyalarının rolu hədsiz dərəcədə böyükdür. İnformasiyalı cəmiyyətin inkişafı yeni texnologiyaların tətbiqi ilə sıx bağlıdır. Xüsusilə də yeni texnologiyaların tətbiqi, elektron xidmətlərin genişləndirilməsi ölkənin ümumi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə son illər respublikamızda informasiya texnologiyalarının tətbiqi ilə bağlı çox mühüm addımlar atılmaqdadır.
İKT-nin tətbiqinin genişləndirilməsi, elektron xidmətlərlə bağlı ciddi tədbirlərin görülməsi respublikamızın beynəlxalq hesabatlarda mövqeyinin yaxşılaşmasında mühüm rol oynayıb. Elektron xidmətlər dövlət orqanı ilə vətəndaş arasında qarşılıqlı münasibətlərin səmərəliliyinin və keyfiyyətinin artırılmasına, baş verə biləcək bütün neqativ halların qarşısının alınmasına, dövlət idarəetmə sisteminin ən müasir standartlar səviyyəsinə yüksəltməyə imkan yaradır. Son illər beynəlxalq təşkilatlar tərəfindən İKT ilə bağlı müsbət qiymətləndirmələr onu göstərir ki, Azərbaycan hökuməti qeyd olunan sahədə inkişafa təkan verən mühüm addımlar atıb.
İKT-nin ilkin dövrü
Azərbaycanda da İKT-nin inkişafı mühüm prioritetlərdəndir. Təbii ki, bu sahədə hələ də həllini gözləyən bir sıra problem mövcuddur və onlar həllini tapmadığı üçün bu sahənin inkişafı da ləngiyir. Bu amil cəmiyyətin də inkişafını ləngidən amillərdən birinə çevrilir. Nəzərə almaq vacibdir ki, XX əsrin sonlardan başlayaraq informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən biri olub. Dünya ilə ayaqlaşmaq üçün bu sahənin inkişaf etidirilməsi zəruridir. Bunun üçün müəyyən işlər görülsə də, Azərbaycanda bu sahə yenə də beynəlxalq standartların altında qərarlaşıb.
İnformasiya təhlükəsizliyi məsələsində də vəziyyət qənaətbəxş deyil. İnternet təhlükəsizliyi problemi, ciddi boşluq olduğu üçün bu sahədə ciddi problemlər qaçılmazdır. Bank hesablarından hakerlərin oğurladığı pullar, şəxsi hesabların dondurulması, sosial şəbəkə hesablarına kənar müdaxilələr, dövlət qurumlarının saytlarının dağıdılması və digər problemlər bu gün də narahatlıq yaradır.
Elektron dövlətin yaradılması
“Elektron Hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır. Ölkənin şəbəkələşməsi, vətəndaşların və təşkilatların bir-biri ilə onlayn əlaqələr yaratması, elektron imza texnologiyasının tətbiq olunması elektron dövlətin əlamətləridir. Elektron dövlət yaradılması qısa müddətin işi deyil. Bu, informasiya cəmiyyətinin formalaşması prosesinin bir təzahürü olaraq get-gedə dərinləşir, yeni texnologiyalar meydana çıxır, informasiya resurslarının sayı da, həcmi də artmaqda davam edir. İnsanlar informasiya texnologiyalarına yaxından bələd olur, onun imkanlarından yararlanırlar. Azərbaycanda bu iş tam qənaətbəxşdir.
İnformasiya müharibəsi...
Bir zamanlar silah gücünə həll edilən bəzi məsələlər bu gün informasiyanın köməyi ilə yoluna qoyulur. İnternet həm də getdikcə savaş meydanına çevrilir. İndi hər cür informasiyanı əldə etmək, yaymaq üçün texnologiyanın son uğurlarından istifadə edirik. Kompüter və internet isə sürətlə həyatımıza az qala hava, su kimi daxil olmaqdadır. Azərbaycanın informasiya təhlükəsizliyini təmin edən əsas amillərdən biri, Azərbaycan, onun tarixi, mədəniyyəti, siyasi sistemi haqqında informasiyaları, eləcə də Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdıracaq çoxlu sayda yaradılmış veb-saytların və səhifələrin olmasıdır. Azərbaycanda informasiya cəmiyyətinin formalaşması prosesində ölkənin milli informasiya təhlükəsizliyi sisteminin yaradılması, informasiya fəzasının təhlükəsizliyinin və vətəndaşların informasiya hüquqlarının müdafiəsinin təmin edilməsi İKT sahəsində fəaliyyət göstərən mütəxəssislər qarşısında duran əsas vəzifələrdən biridir.
Ölkənin hərtərəfli inkişafı üçün...
İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və demokratiyanın inkişafının əsas göstəricilərindəndir. Dünya bazarında elektron ticarətin rolunun artdığı müşahidə olunur və ümumiyyətlə, gələcəkdə ölkələrin rəqabət aparmaq qabiliyyəti onların informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadəsindən asılı olacaqdır.
Dünya təcrübəsi göstərir ki, informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə olunması ölkənin hərtərəfli inkişafına xidmət edir və məhz bu texnologiyalar əhalinin sosial-iqtisadi vəziyyətində mövcud olan problemlərin həll olunması və yoxsulluğun azaldılması üçün tutarlı vasitələrdəndir.
Yeganə BAYRAMOVA,
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
20 Yanvar 16:23
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Gündəm
20 Yanvar 11:51
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00

