Ermənistanın müharibə cinayətlərinin ifşası!
28.01.2025 [09:17]
İnformasiya savaşı davam edir...
44 günlük Vətən müharibəsinin nəticələri dövlətimizin milli gücünü, xalqımızın isə mübarizə əzmini, sarsılmaz həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Möhtəşəm qələbə qazanmaqla tarixi ədalətin və ərazi bütövlüyümüzün bərpasına nail olduq. Şübhəsiz ki, bu tarixi qələbə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun məntiqi nəticəsidir.
Təbii ki, Azərbaycan bütün cəbhələrdə - istər döyüş meydanında, istər siyasi-diplomatik müstəvidə, istərsə də informasiya cəbhəsində mütləq qalibiyyət əldə etməklə tarix yazıb. Ali Baş Komandan 21-ci əsrin müharibəsini aparmaqla mütərəqqi nümunə ortaya qoydu. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı hərbi məktəblərində Azərbaycanın təcrübəsi geniş tədqiq olunur, öyrənilir. Bu, Cənubi Qafqazın lider dövlətinin hərbi-siyasi qüdrətinin ifadəsidir.
Ermənistan məcburdur ki...
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən politolq Zaur Məmmədov 44 günlük müharibənin bütün hallarda yeni bir dönəmin başlanğıcı olduğunu söyləyib: “Dövlətlər üzrə hesablasaq, münasibətlər kontekstində baxsaq, daha çox regional münasibətlərə böyük təsir göstərdi və Qafqazda indiyə qədər mövcud olmuş siyasi mənzərəni dəyişdirdi. Məsələn, “bundan sonra Qafqazın gələcəyi nə cür olacaq?” sualına cavab vermək üçün müharibədən sonra Cənubi Qafqazda aktorların dəyişməsinə baxmaq lazımdır. Çünki Azərbaycan müttəfiqləri ilə birgə müharibənin qalibi olduğuna görə yeni formalaşan vizionda Azərbaycanın əsas söz sahibinə çevrilməsi təbiidir. Bununla yanaşı, Ermənistan məcburdur ki, yeni siyasi vizionun tələblərinə uyğun bir şəkildə davransın. Ən azından sülhə təhdid yarada biləcək proseslərdən kənar qalsın, qalıcı sülh müqaviləsinin imzalanmasına gətirib çıxaran prosesi uğurla icra etsin, kommunikasiyanın açılmasına ciddi dəstək olsun. Ən əsası özünün daxili hüquqi mənzərəsini dəyişdirsin. Gələcəkdə Ermənistan özünün ideoloji problemlərini qonşu dövlətlərin ərazisinə iddia ilə təşkilatlandırmasın. Şübhə yoxdur ki, bu bir kontekstdir. Bundan başqa, ermənilərin müharibədən sonra kütləvi şəkildə azərbaycanlıları qətlə yetirməsinin nümunələri ortaya çıxdı. Müharibə dönəmində sərhəddən kənar bölgələrə-Gəncə, Bərdə, Tərtərə bombaların atılması və yüzlərlə mülki insanın ölməsi, bu prosesin indi də mina cinayəti ilə davam etməsi kimi faktları bütün dünya görmüş oldu”.
Bu, ən böyük cinayətlərdən biridir!
Politoloqun sözlərinə görə, bütün yaşayış məntəqələri, sosial-iqtisadi infrastruktur, tarixi, dini, mədəni abidələr, dövlət obyektlərimiz tamamilə məhv edili: “Həmin ərazilərin flora və faunasına, ekologiyasına ciddi ziyan vurulub. Yəni ermənilər işğal altında saxladığı ərazilərdə, demək olar ki, bütün həyatı məhv edib. Dağıntılara baxdıqda elə təsəvvür yaranır ki, sanki bu yerlərdən sivilizasiyadan kənarda qalan vəhşi tayfalar gəlib keçiblər. Yüzlərlə yaşayış məntəqələri tamamilə yerlə-yeksan edilib. Hansı ki, bu, ən böyük cinayətlərdən biridir”.
İşğalçı Ermənistanın zəifliyi
Z.Məmmədov Ermənistanın sülhə daha çox ehtiyac duyduğunu və bunun onlar üçün önəmini qeyd edib: “Münasibətlərin yaxşılaşmasına gəlincə, Ermənistanın bütövlükdə kommunikasiyalara ehtiyacı var. Azərbaycan ərazisini işğal etmək Ermənistanı gücləndirmədi, əksinə daha da zəiflətdi. Bu məntiqlə baxdıqda, bu Ermənistanın Qarabağ kimi ağır bir yükdən xilas olması demək oldu. Güclü Türkiyə və Azərbaycan ilə qonşuluqda dinc yaşamaq və gələcəyini normal qurmaq şansı əldə etdi”.
Hər bir media nümayəndəsi ayıq-sayıq olmalıdır
Politoloq vurğulayıb ki, Vətən müharibəsini qələbə ilə başa vurmağımız informasiya müharibəsinin bitməsi demək deyil: “Hər bir media nümayəndəsi ayıq-sayıq olmalı, bu istiqamətdə işlər aparmalı, beynəlxalq əlaqələr qurulmalıdır. Xarici media, xarici KİV-lə münasibətlər yaranmalıdır. Biz heç vaxt xarici mətbuatın birtərəfli yazılarını istəmirik. Sadəcə, hadisələri olduğu kimi, obyektiv, dəqiq, qərəzsiz şəkildə yayımlamasını istəyirik. Müharibə cinayətlərinin yayımlanmasına xarici medianın özünün də marağı olmalıdır. Çünki Vətən müharibəsi günlərində nə qədər günahsız körpələr, qadınlar qətlə yetirildilər. Gəncənin, Bərdənin, Tərtərin və digər şəhərlərimizin bombalanması, raket atəşinə tutulması - bunlar Ermənistanın əslində cinayətkar bir dövlət olduğunu bütün dünyaya nümayiş etdirmişdi. Amma bununla bağlı daha geniş işlər aparmalıyıq. Xüsusən Azərbaycan jurnalistləri, mətbuatı xarici ölkələrlə əlaqələrini sıx qurmalıdır ki, dünya ictimaiyyəti ermənilərin əsl simasını tanısın”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

