Azad edilmiş ərazilərimizə doğru...
31.01.2025 [09:15]
“Böyük Qayıdış” iqtisadiyyatımızın inkişafı üçün nə vəd edir?
İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizə “Böyük Qayıdış” proqramının icrası əsas prioritetlərindən biri kimi müəyyən edilib. Proqram çərçivəsində azad ərazilərdə yeni infrastrukturların qurulması, evlərin tikilməsi, o cümlədən yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində işlər sürətlə davam etdirilməkdədir.
İşğaldan azad edilən ərazilərin iqtisadi potensialı...
Azad edilmiş ərazilərin zəngin iqtisadi resursları, xammal ehtiyatları, münbit aqrar fondu vardır. Bu bölgənin zəngin mineral ehtiyatları vardır, Cəbrayıl və Kəlbəcər ərazisində sənaye və balıqçılıq sahəsinin inkişafı mümkündür. İpəkçilik üzrə Cəbrayıl rayonu və Şuşa şəhəri, taxılçılıq üzrə Kəlbəcər, Cəbrayıl, Tərtər, Qubadlı, Füzuli və Xocavənd rayonları böyük potensiala sahibdirlər. Kənd təsərrüfatı məhsullarının emalı sahəsində ət-süd məhsulları emalı üzrə Kəlbəcər, Tərtər və Füzuli, gön-dəri emalı üzrə Ağdam, Cəbrayıl, Laçın və Füzuli rayonlarımız geniş potensiala sahibdirlər. Dağ-mədən sənayesi üzrə Kəlbəcər və Zəngilan və Ağdərədə qızıl, mis, gümüş, civə və xromit ehtiyatları, Cəbrayıl rayonunda yerləşən “Yəşəm” və “Xalsedon” yataqları zərgərlik sahəsini inkişaf etdirməyə imkan verir.
Turizm sahəsinin inkişafına imkan verəcək gözəl guşələrimizdən olan Şuşa, Laçın, Kəlbəcər ərazilərimizdə dağ turizmi, ekoturizm, müalicəvi turizm və mədəni turizm üçün yararlıdır. Ona görə də sərmayə layihələri icra etmək istəyən iş adamlarının sayı durmadan artır. Qarabağ və Şərqi Zəngəzur bölgəsi ilk növbədə, böyük sənaye və aqrar potensialı ilə seçilir və artıq 3 ilə yaxındır ki, bu potensialın hərəkətə gətirilməsi istiqamətində davamlı səylər göstərilir. Müasir sənaye və aqrar komplekslərinin yaradılması genişlənir, Cəbrayılda fəaliyyətə başlayan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında ilk xarici investorlar qeydə alınıb. Həmçinin, Ağdam Sənaye Parkının təməli qoyulub. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının strateji-coğrafi mövqeyi, digər bölgələrin qovuşuğunda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları bu bölgənin gələcəkdə Azərbaycanın ən iri sənaye və iqtisadi güc mərkəzinə çevrilməsi imkanlarını genişləndirəcək.
Ailə təsərrüfatları yaratmaq üçün dəstək...
“Böyük Qayıdış”a dair Dövlət Proqramında işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əhalinin mərhələli şəkildə məskunlaşdırılması tədbirləri ilə paralel olaraq onların kənd təsərrüfatı ilə məşğul olması, ailə və fərdi təsərrüfatların yaradılması, kiçik biznes imkanlarının stimullaşdırılması məqsədilə torpaq ehtiyatları və digər resurslarla təmin olunması da diqqətdədir. Hazırda həmin ərazilərdə torpaqlardan səmərəli istifadənin təşkili və torpaq ehtiyatlarının idarə edilməsi, torpaq islahatlarının aparılması ilə bağlı plan hazırlanır. Bu plana uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə kəndlərdə yaşayan əhaliyə pay torpaqlarının verilməsi təmin olunacaq. Pay torpaqlarının verilməsi onların ailə təsərrüfatları yaratmasına, aqrar layihələr icra etməsi və dayanıqlı məşğulluq, eləcə də gəlir əldəetmə imkanlarının təmin edilməsinə səbəb olacaq.
İnvestorlar üçün şərait yaradılıb...
İşğaldan azad edilmiş ərazilərə həm yerli, həm də xarici investorların marağı böyükdür. İndiyə qədər həmin ərazilərdə biznes qurmaq, investisiya yatırmaq istəyən sahibkarlardan 1550-dən çox müraciət daxil olub. Müraciətlərin 500-ə yaxını xarici investorlara məxsusdur. Artıq bir ildən artıqdır ki, bu ərazilərdə müxtəlif biznes layihələri icra edilməkdədir. Dövlətin onlara verdiyi dəstək bu marağı daha da artırır. Dövlət başçısının “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamından irəli gələn tədbirlər planına əsasən, azad edilən ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması, zəruri infrastrukturların yaradılması, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə azad olunan ərazilərdə qeydiyyattda olan və fəaliyyət göstərən sahibkarlıq subyektləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad olunub ki, bu amil həmin bölgəyə biznes axınını sürətləndirməkdədir.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxİdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31

