Bizi var edən dəyərlər...
01.02.2025 [11:52]
Tarixi irsimiz milli kimliyimizin təsdiqidir
Hər bir milləti tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərdən biri də onun adət və ənənələri, yüksək mənəvi dəyərləridir. Bu gün milli adət-ənənələrimiz yetişməkdə olan gənc nəslin tərbiyəsində, öz gələcəyini müəyyənləşdirməkdə güclü əhəmiyyətə malikdir. Məhz adət-ənənələr gənclərin Vətən, millət, xalq sevgisi ruhunda tərbiyə olunmasında mühüm rol oynayır.
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin təbliği istiqamətində mühüm addımlar atılır - vətəndaş cəmiyyətinin, kütləvi informasiya vasitələrinin, hətta sıravi vətəndaşların belə bu istiqamətdə fəaliyyəti təqdirəlayiqdir.
Mənəvi irsimiz müxtəlif sferalarda qorunub
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən folklorşünas Məhəmməd Məmmədov bildirib ki, müstəqilliyimizi əldə etdiyimiz 30 ildən bir qədər artıq dövr ərzində ölkəmiz tarixinin, adət-ənənələrinin və milli-mənəvi dəyərlərinin dünyada tanıdılmasına nail olub. Onun sözlərinə görə, Azərbaycanın qalib ölkə, regionda lider kimi tanınması və qəbul edilməsi, eləcə də dəyərlərimizə, mənsub olduqlarımıza hörmətlə yanaşılması heç də təsadüfi deyil: “Bütün bunlar məhz dövlətçilik tariximizin, milli adət-ənənələrimizin, elm və mədəniyyətimizin təbliği sayəsindədir. Qloballaşan dünyada milli adət-ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir xalqın mədəni simasını göstərir. Müxtəlif tarixi şəraitlərlə üzləşən Azərbaycan xalqı ana dilinə, adət-ənənələrinə, mədəniyyətinə, ədəbiyyatına, tarixinə, eləcə də milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində bu günədək özünəməxsusluğunu qoruyub saxlaya bilib. Bunun nəticəsidir ki, xalqımız tərəfindən əsrlər boyunca yaradılan və yaşadılan milli-mənəvi irsimizin böyük bir hissəsi bu gün müxtəlif sferalarda qorunub saxlanılıb”.
Aktuallığını itirməyən incilərimiz...
Folklorşünas qeyd edib ki, yaradıcılıqlarında bəşəri ideyaları təbliğ edən Nizami Gəncəvi, Əfzələddin Xaqani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və sözü ilə dünyanı heyrətdə saxlayan neçə-neçə söz dühamız tariximizi, mənəvi dəyərlərimizi öz poeziyalarında vəsf etməklə həm də yaşadıblar. Bu ölməz əsərlər həm də Azərbaycan xalqını və dövlətini dünyaya tanıdıb: “Əsrlər keçsə də aktuallığını itirməyən bu ədəbi nümunələr nəsildən-nəslə xalqımızı milli mənəvi, eləcə də ümumbəşəri dəyərlər əsasında tərbiyə edib. Bu zəngin bədii irsdə xalqın soykökünə bağlı olan adət-ənənələr yaşayaraq əsrimizə, yeni minilliyədək gəlib çatıb. Bütün bunların kontekstində Azərbaycan vətəndaşının varlığı göstərilir. Uzun illərin yolu və əsrlərin, qərinələrin sorağı bizi bu ənənələrə bağlayıb, dövrümüzə körpü salıb”.
Milli dəyərlərimiz sayəsində var olmuşuq
M.Məmmədov bildirib ki, Azərbaycan bu gün dünyada ən sürətlə inkişaf edən, iqtisadi sahədə dünyada ən böyük nailiyyətləri əldə edən ölkələrdən biri kimi tanınır: “Azərbaycan milli-mənəvi dəyərləri, sənəti, mədəniyyəti ilə heyrət doğura bilib. Bu dəyərlərin əsasında xalqın tarixi köklərini, mədəniyyətini, qəhrəmanlığını, məişətini, sosial həyatını əks etdirən faktorlar dayanır. Bəli, mənəvi aləmimizi zənginləşdirən, milli vəhdətimizi təmin edən dəyərlərimiz sayəsində var olmuşuq və bu gün də varıq. Dünya xalqları arasında öz qədim milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə dünya mədəni irsində bundan sonra da özünəməxsusluğu ilə seçiləcək. O cümlədən bu gün Azərbaycan elminin inkişafı, dünya elminə inteqrasiyası istiqamətində həm dövlət, həm də elmi-tədqiqat və ali təhsil müəssisələrində çalışan elm adamları, ziyalılar tərəfindən məqsədyönlü, kompleks tədbirlər həyata keçirilir”.
Dünya muzeylərində mədəniyyətimizin izlərini axtarmalıyıq
Folklorşünasın sözlərinə görə, Qarabağdakı böyük qələbədən sonra qürur duymalı və daha yüksək inkişafa doğru addım atmalıyıq: “Mədəniyyətimizin, tariximizin, televiziyamızın, təhsilimizin həmin qələbəyə layiq bir şəkildə qurulmasına çalışmalıyıq. İllərlə işğal altında olan ərazilərimizdə Azərbaycan mədəniyyəti dağıdılsa da, oğurlansa da amma izi itməyib. Biz böyük bir mədəniyyətin sahibiyik. Cənubi Azərbaycanda Həsənli mədəniyyəti var. Onun qızıl əşyaları dünyanın hər yerinə yayılıb. Azərbaycan xalçaları, əlyazmalarımız dünyanın bütün muzeylərində var. Azərbaycan öz mədəniyyətinin sərhədlərini müəyyənləşdirməli, mədəniyyətinin izlərini dünya muzeylərində axtarıb tapmalıdır. Onların ən azı kataloqunu tutub tədricən toplamaq lazımdır”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxHadisə
17 Oktyabr 16:19
Sosial
17 Oktyabr 15:10
İqtisadiyyat
17 Oktyabr 14:30
Siyasət
17 Oktyabr 13:28
Siyasət
17 Oktyabr 12:35
Gündəm
17 Oktyabr 11:59
Siyasət
17 Oktyabr 10:59
Analitik
17 Oktyabr 10:45
MEDİA
17 Oktyabr 10:19
Gündəm
17 Oktyabr 10:08
Analitik
17 Oktyabr 09:50
Sosial
17 Oktyabr 09:25
Gündəm
17 Oktyabr 09:03
Ədəbiyyat
17 Oktyabr 08:57
Ədəbiyyat
17 Oktyabr 08:35
Gündəm
17 Oktyabr 08:11
YAP xəbərləri
17 Oktyabr 00:34
Dünya
16 Oktyabr 23:52
İqtisadiyyat
16 Oktyabr 23:17
Dünya
16 Oktyabr 22:54
Siyasət
16 Oktyabr 22:44
Dünya
16 Oktyabr 22:19
Dünya
16 Oktyabr 21:36
Dünya
16 Oktyabr 21:15
YAP xəbərləri
16 Oktyabr 21:14
Dünya
16 Oktyabr 20:09
YAP xəbərləri
16 Oktyabr 19:20
Elanlar
16 Oktyabr 18:44
Dünya
16 Oktyabr 18:21
Dünya
16 Oktyabr 17:35
Xəbər lenti
16 Oktyabr 17:00
Siyasət
16 Oktyabr 16:37
Sosial
16 Oktyabr 16:28
Dünya
16 Oktyabr 16:28
Sosial
16 Oktyabr 16:18
İqtisadiyyat
16 Oktyabr 16:17
Hadisə
16 Oktyabr 16:16
Mədəniyyət
16 Oktyabr 16:15
İqtisadiyyat
16 Oktyabr 16:14
Dünya
16 Oktyabr 15:45
Dünya
16 Oktyabr 15:17
Dünya
16 Oktyabr 14:32
Dünya
16 Oktyabr 14:10
Dünya
16 Oktyabr 13:59
YAP xəbərləri
16 Oktyabr 13:26
Dünya
16 Oktyabr 13:20
YAP xəbərləri
16 Oktyabr 13:04
Gündəm
16 Oktyabr 12:56
İqtisadiyyat
16 Oktyabr 12:53
Gündəm
16 Oktyabr 12:45
Siyasət
16 Oktyabr 12:36
Sosial
16 Oktyabr 12:24
Xəbər lenti
16 Oktyabr 12:15
YAP xəbərləri
16 Oktyabr 12:12
Sosial
16 Oktyabr 11:58
Siyasət
16 Oktyabr 11:30
İqtisadiyyat
16 Oktyabr 11:19
Xəbər lenti
16 Oktyabr 11:04
İqtisadiyyat
16 Oktyabr 10:51
Siyasət
16 Oktyabr 10:45
Siyasət
16 Oktyabr 10:25
YAP xəbərləri
16 Oktyabr 10:09
Mədəniyyət
16 Oktyabr 10:04
Analitik
16 Oktyabr 09:42
Gündəm
16 Oktyabr 09:30
Analitik
16 Oktyabr 09:17
Sosial
16 Oktyabr 08:54
Sosial
16 Oktyabr 08:39
Gündəm
16 Oktyabr 08:12
Gündəm
16 Oktyabr 07:07

