Bizi birləşdirən dəyər...
04.03.2025 [10:13]
Azərbaycançılığın təbliği üçün hansı işlər görülməlidir?
Tarix boyu yaranan və insanların şüurunda formalaşan ictimai dəyərlər hər bir dövlətin inkişafına və güclənməsinə böyük təsir göstərir. Ölkəmizdə bu dəyərlərin məcmusu azərbaycançılıq ideyasıdır. Məhz azərbaycançılıq bizi birləşdirən dəyərdir. Bu ideya özündə vətənpərvərlik, loyallıq, habelə cəmiyyət və dövlət qarşısında vətəndaşın məsuliyyətini birləşdirir.
1993-cü ildə Ulu Öndər cəmiyyətimizin inkişafında ideya təməli olan azərbaycançılıq konsepsiyasını irəli sürdü. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi istiqamətində tarixin bütün dövlərində işlər görüldü. 44 günlük Vətən müharibəsi və bu müharibədən əvvəlki və sonrakı illərdə baş verən ümummilli hadisələr fonunda azərbaycançılıq ideologiyasının nə dərəcədə önəmli və birləşdirici rol oynadığı bir daha göründü.
Prezident İlham Əliyev də dəfələrlə azərbaycançılıq ideologiyasının vacibliyini vurğulayıb. “Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır”.
Milli inkişafımızın ideya təməli...
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov azərbaycançılıq ideyasının təbliği ilə bağlı fikirlərini “Yeni Azərbaycan”la bölüşüb. Deputatın sözlərinə görə, milli ideologiyamız kimliyindən, siyasi mövqeyindən və baxışından asılı olmayaraq, hər birimizi birləşdirən əsas dəyər olmalıdır: “Məhz xalqın bütün kəsimlərinin həmrəyliyinə nail olmaqla milli inkişaf yolumuzu təmin edə bilərik. Bu gün Azərbaycanda qədim dövrlərdən başlayaraq bu günümüzə qədər Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini, polietnik zənginliyini özündə yaşadan və birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası təşəkkül tapıb. Azərbaycan tarixən çoxmillətli ölkə, milli və dini tolerantlığın bərqərar olduğu məkan kimi tanınıb. Bu üstün cəhətlər azərbaycançılıq məfkurəsinin əsasını təşkil edib. Xalqımızın böyük mütəfəkkirlərinin, dövlət adamlarının, ictimai xadimlərinin fəaliyyətində bu ideya zaman-zaman özünü göstərib. Lakin birmənalı şəkildə qeyd edə bilərik ki, azərbaycançılığın ümummilli ideya halına gəlməsi, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi məhz Heydər Əliyevin tarixi xidmətidir. O, güclü dövlətçilik xəttini, ölkəmizin siyasi-iqtisadi əsaslarını yaratmaqla yanaşı, xalqımızın milli inkişafının ideya təməli ola biləcək konsepsiyanın - azərbaycançılığın banisi olub”.
Azərbaycançılıq ideoloji və siyasi sipər oldu!
B.Məhərrəmov qeyd edub ki, məhz azərbaycançılıq Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər oldu: “Çünki azərbaycançılıq bizim keçmişimizdən gələn dəyər olaraq vahid Azərbaycanın ideya əsası, ölkədə bütün konfessiya və etnosların həmrəylik və anlaşma içində birgəyaşayışının tarixi təcrübəsidir. Bundan sonra da dünyada yaşayan hər bir azərbaycanlı Azərbaycan dövlətinin qüdrətlənməsi, xalqımızın gələcək rifah halında yaşaması naminə azərbaycançılıq ideologiyasının bizi birləşdirən meyar olmasını əsas tutaraq, buna uyğun əməli fəaliyyət göstərməlidir.
Ancaq milli birliyi, həmrəyliyi təmin etməklə üzləşdiyimiz bütün çətinlikləri dəf edə bilərik. Bu yolla qloballaşma prosesinin mənfi xüsusiyyətlərini dəf edib, dünyanın böyük tarixə malik xalqı olmağa davam edə bilərik”.
İşimizi bu istiqamətdə qurmalıyıq
Deputat vurğulayıb ki, hər birimiz bir vətəndaş kimi azərbaycançılıq ideologiyasının inkişafında iştirak etməliyik: “Əsas vəzifəmiz, işimiz azərbaycançılıq ideologiyasına xidmət etməkdən ibarət olmalıdır. Bütün sahələrdə bu istiqamətdə fəaliyyət göstərməliyik. Bu mədəniyyət, ədəbiyyat, musiqi, kino, elm və digər sahələrdə gördüyümüz bütün işlərdə özünü göstəməlidir.
Azərbaycançılıq ideologiyasının təməllərini nə qədər dərindən öyrənsək, uğurlarımız bir o qədər çox olar. Təbii ki, şüarlarla deyil, işimizlə, əməlimizlə, davranışımızla, millətimizə, dövlətimizə xidmətimizlə bunu etməliyik. Mədəniyyətimizlə, dilimizlə, tariximizlə, əxlaqımızla, milli-mənəvi dəyərlərimizlə böyük dünya mədəniyyətinin bir hissəsinə çevirilməyi bacarmalıyıq və işimizi bu istiqamətdə qurmalıyıq”.
Sahib
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21

