Fikirdə, əməldə birlik!
11.03.2025 [09:29]
Diaspor fəaliyyətimiz uğurla davam edir...
Hər bir ölkənin tarixinin, milli adət-ənənələrinin, mədəniyyətinin xaricdə tanıdılmasında diaspor fəaliyyətinin böyük rolu var. Hazırda lobbiçilik və diaspor dünyada beynəlxalq münasibətlərin vacib elementi sayılır. Hələ ötən əsrdən etibarən, ciddi təşkilatlanma mərhələsindən keçən Azərbaycan diasporu ölkəmizi xaricdə layiqincə təmsil edir. Bu çərçivədə xaricdəki soydaşlarımızın Azərbaycanın milli dövlət maraqlarının müdafiəsində bir çox lobbi qrupları ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyini xüsusi vurğulaya bilərik. Lakin qlobal miqyasda ciddi proseslərin cərəyan etdiyini nəzərə alsaq, Azərbaycan diasporunun da öz işini günün tələblərinə uyğun qurmağının vacibliyi ön plana çıxır.
İqtisadi inkişaf, güclü dövlət quruculuğu, maddi imkanlar, hərbi və milli birlik ölkəmizə tarixi qələbə qazandırdı. Bütün bu amillər ermənilərə layiqli cavab verməyimiz üçün əsaslı rol oynadı, amma həmin qələbəmizin əldə edilməsində həmrəyliyimizin, birliyimizin, diasporlarımızın fəaliyyətinin də rolu danılmazdır.
Məhz diasporlarımızın fəaliyyəti sayəsində...
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən “Diaspor Press” informasiya mərkəzinin rəhbəri Toğrul Allahverdi bildirib ki, 44 günlük müharibə dövründə bütün dünya ictimaiyyəti xalqımızın həmrəyliyinin, birliyinin şahidi oldu: “Bütün dünya gördü ki, Azərbaycan xalqı öz milli dəyərlərinin, özünəməxsus olanın müdafiəsi uğrunda necə birləşdi və ən qısa zamanda qələbə qazandı. Milli birliyimiz, həmrəyliyimiz bizə Zəfər qazandırdı. Həmin dövrdə hətta ölkə hüdudlarından kənarda, xarici ölkələrdə yaşayan həmvətənlərimiz də həmrəylik, birlik nümayiş etdirdi. Diasporlarımız xarici ölkədə yaşayan ermənilərin ölkəmizin haqq işinə qarşı bir sıra həmlələrinin, bəd niyyətlərinin və əməllərinin qarşısını aldı. Dəfələrlə bir neçə xarici ölkə səfirlikləri qarşısında ölkəmizin haqq işinə kölgə salmaq, müxtəlif don geyindirmək istəyən ermənilər diasporlarımızın ciddi müqaviməti ilə qarşılaşmalı oldular və öz çirkin niyyətlərini həyata keçirə bilmədilər. Məhz diasporlarımızın fəaliyyəti sayəsində ölkəmiz əleyhinə yalan, təhrif olunmuş məlumatları yayan ermənilərin təbliğat maşınının fəaliyyəti məhdudlaşdırıldı, hətta ifşa edildi və onlar istədiklərinə nail ola bilmədilər. Azərbaycan həqiqətlərinin, bizim doğru işimizin bütün dünyaya çatdırılmasında, ərazilərimizin erməni separatçıları tərəfindən işğal edilməsi barədə məlumatlandırılmasında diasporlarımızın və lobbilərimizin xüsusi rolu oldu. Ölkəmizin haqlı mövqeyi, milli maraqları dünya miqyasında müdafiə edildi. Bir sözlə, diasporlarımız da qələbəmizə öz töhfəsini vermiş oldu. Bütün bunlar onu göstərir ki, diaspor və lobbiçilik nə qədər vacib məqamdır. Xatırladaq ki, Ulu öndər Heydər Əliyev hakimiyyətə yenicə qayıtdığı dövrdə məhz xarici ölkələrə səfərləri zamanı həmvətənlərimizlə görüşlər təşkil edərək, onların birləşməsini, birliyini tövsiyyə edirdi. Dahi rəhbərin tövsiyələrindən doğru, düzgün nəticələr hasil edən həmvətənlərimizin birliyi ilə diasporlarımız formalaşdı. Bu isə o deməkdir ki, diaspor quruculuğumuz da məhz Ümummilli Liderin adı ilə bağlıdır. Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev də diaspor quruculuğuna, lobbiçiliyin inkişafına xüsusi diqqətlə yanaşır. Diqqətə çatdıraq ki, Ermənistanın hər hansı maddi problemləri ortaya çıxdığı zaman erməni diasporu həmin ölkəyə maddi yardımlar etdiyi halda, Azərbaycan dövləti xarici ölkələrdə mövcud olan diasporlarımızı özü maliyyələşdirir. Hansı ki bu məqam özü də ölkə rəhbərimizin diasporlarımıza diqqətinin, qayğısının bariz nümunəsidir”.
Birliyimiz və həmrəyliyimiz əvəzsizdir
T.Allahverdili bildirib ki, İkinci Qarabağ müharibəsində Zəfər qazandıq, amma ermənilər hələ də öz çirkin niyyətlərindən əl çəkən kimi görünmürlər: “Savaş meydanında müharibə başa çatsa da, informasiya müharibəsi hələ davam edir. Bu baxımdan da həmrəyliyimiz, birliyimiz, diasporlarımızın fəaliyyətinin genişləndirilməsi öz aktuallığını qorumaqdadır, çünki düşmənə təkcə hərb meydanında deyil, istənilən müstəvidə qalib qəlmək üçün buna indi daha çox ehtiyac duyulur. Təsadüfi deyil ki, ölkə rəhbərimiz birliyimizə, həmrəyliyimizə xüsusi önəm verir, diasporlarımızın fəaliyyətini də yüksək qiymətləndirir. Qloballaşan dünyada birliyimiz, həmrəyliyimiz əvəzsizdir və xalqlar arasında sürətli inteqrasiya prosesi getdiyi bir zamanda diaspor təşkilatlarının beynəlxalq siyasətdə rolunun da artması həqiqətə çevrilib. Bu gün dünyanın reallıqları diaspor quruculuğu istiqamətində qarşıya yeni vəzifələr qoymaqdadır. Diaspor təşkilatlarının fəaliyyəti tarixi zərurətə çevrilib”.
Səlim
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10

