Ölkəmiz dünyaya davamlı inkişaf modeli təqdim edir
18.03.2025 [09:29]
Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu öz aktuallığını qorumaqdadır. Ölkəmizdə bu sahədə davamlı islahatlar aparılır. Məlumdur ki, hər bir insana, cəmiyyətə özünü realizə etmək, harmonik inkişafa imkan yaratmaq üçün əsas vasitələrdən biri demokratik amillərdir. Ona görə də demokratik cəmiyyətlərdə idarəetmə və təşkilatçılıq aktualdır. Bütün insanlar bərabər hüquq və azadlıqlara sahibdir. Eyni zamanda hər bir vətəndaşın konstitusion vəzifələrini yerinə yetirməsi tələb olunur. Belə cəmiyyətlərdə ilk olaraq hüquqi dövlət quruculuğu prosesi gedir. Hüquqi dövlətin formalaşması prosesi isə həyati tələbatdır. Bu anlayış yalnız dövlət çərçivəsində deyil, eyni zamanda, bütün cəmiyyətə aiddir.
Azərbaycanda qanunun aliliyini təmin edən hüquqi dövlət qurulması, eləcə də vətəndaş cəmiyyətinin bərqərar olması ölkə vətəndaşları üçün qürurvericidir. İlk növbədə ona görə ki, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin olması ölkədə demokratiyanın, demokratik cəmiyyətin olduğunu təsdiq edir. Ölkəmizdə hüquqi dövlətin qurulmasına və vətəndaş cəmiyyətinin bərqərar olmasına görə qürur hissi keçirməyə məhz bu baxımdan hər birimizin haqqı var. Belə bir cəmiyyətin inkişafından, yüksəlişindən danışmağa dəyər.
Demokratik inkişafın Azərbaycan modeli
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov “Yeni Azərbaycan”a bildirib ki, qanunların aliliyini təmin edən dünyəvi, hüquqi dövlət qurmaq, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq hər bir cəmiyyət üçün arzuolunandır. Deputatın sözlərinə görə, qürurverici haldır ki, Azərbaycanda qanunun aliliyini təmin edən hüquqi dövlət qurulub və vətəndaş cəmiyyəti bərqərar olunub.
Deputat qeyd edib ki, bütün bunlar ölkəmizdə demokratiyanın olduğunu, demokratik cəmiyyətin mövcudluğunu təsdiq edir: “Bir qayda olaraq dövlət cəmiyyətin, cəmiyyət isə dövlətin köməyi olmadan köklü məsələləri həll edə bilməz. Vətəndaş cəmiyyətinin inkişaf etmiş strukturu olmayan dövlətlərin demokratik olması çox çətindir.
Hazırda Prezident İlham Əliyev vətəndaş cəmiyyətinin inkişafına xüsusi diqqət ayırır. Təməli Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik təliminə uyğun olaraq milli mənafenin, dövlətçilik maraqlarının üstün tutulması ölkə başçısının yürütdüyü siyasətin qayəsini təşkil edir. Prezidentin siyasətinin mərkəzində insan amili durduğu günümüzün reallığıdır. Bir sözlə, Azərbaycanın dövlət siyasəti vətəndaşın sosial rifahının, təhlükəsiz yaşayışının təmin edilməsinə xidmət edir”.
Ölkəmiz dünyaya davamlı inkişaf modeli təqdim edib
Millət vəkili vurğulayıb ki, ölkəmizin demokratik inkişaf istiqamətində əldə etdiyi nailiyyətlər beynəlxalq miqyasda da təqdir olunur. Bu istiqamətdə davamlı islahatların həyata keçirilməsi təqdirəlayiq hal kimi qiymətləndirilir: “Cəmiyyət həyatının bütün sahələrində qanunun aliliyi və hüququn üstünlüyü təmin edilib. Ölkəmizdə reallaşdırılan çoxistiqamətli islahatlar siyasi sistemin təkmilləşməsinə mühüm töhfələr verir. Mövcud reallıqlar onu deməyə əsas verir ki, Azərbaycan siyasi, hüquqi, iqtisadi və institusional islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir.
Azərbaycanın demokratik inkişafının təqdirəlayiq olduğunu vurğulayan ekspertlər bildirirlər ki, ölkəmiz dünyaya spesifik xüsusiyyətlərə malik davamlı inkişaf modeli təqdim edib”.
Azərbaycan qısa müddətdə hədəflərinə çatıb...
B.Məhərrəmovun qənaətincə, əlamətdar haldır ki, Azərbaycanda iqtisadi və siyasi islahatlar paralel şəkildə aparılır və bir-birini tamamlayır: “Bu gün əminliklə demək mümkündür ki, müstəqilliyinin ilk illərində bir sıra ciddi çətinliklərlə üzləşən Azərbaycan qısa müddətdə həm iqtisadi, həm də siyasi sahədə qarşıya qoyduğu əsas hədəflərə çatıb. Azad, demokratik cəmiyyət quruculuğuna nail olunması ölkəmizin müstəqillik illərində əldə etdiyi ən böyük uğurlardan biri kimi dəyərləndirilir. Ölkəmizin demokratik dəyərlərə, fundamental insan hüquq və azadlıqlarına sadiqliyi Konstitusiya və digər hüquqi sənədlərlə təsbit olunub. Azərbaycan daim ölkə Konstitusiyası və digər müvafiq qanunvericilik aktları ilə təsbit olunan demokratik prinsiplərə sadiqlik nümayiş etdirir. Respublikamızda bütün sahələrdə müşahidə edilən dinamik inkişafla paralel surətdə cəmiyyətdə vətəndaş fəallığının artması da məmnunluq doğurur”.
Sahib
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

