Təhsil proqramları necə hazırlanır?
15.05.2025 [09:38]
Dünya ölkələri fərqli metodlardan istifadə edir
Cəmiyyətin bütün sahələr üzrə inkişafını təmin etmək üçün elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması olduqca vacibdir. Çünki dövlətin inkişafını şərtləndirən ən mühüm amillərdən biri də onun təhsil sektorunu inkişaf etdirməkdir. Müstəqil Azərbaycan dövlətini bugünkü inkişaf səviyyəsinə çatdırmaq üçün bir çox sahələr üzrə mühüm işlər görülür. Onlardan ən əsası təhsil sistemində edilən yeniliklərdir. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu üçün bu istiqamətdə qəbul olunan proqramlar sözügedən sektorun inkişafını əhəmiyyətli dərəcədə artırır.
Hazırda ölkəmizdə təhsil sistemində bir sıra yeniliklər tətbiq edilməkdədir. Eyni zamanda günbəgün inkişaf edən müasir texnoloji biliklər, eləcə də dünyada baş verən hadisələrə fərqli baxış təhsil proqramları və onların metodikasının da daim yenilənməsini tələb edir.
Dünya təcrübəsi nə deyir?
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən təhsil üzrə ekspert Elşən Qafarov bildirib ki, elm və təhsil sahəsində inkişafı təşviq etmək üçün elmi-kütləvi proqramların hazırlanması və geniş ictimaiyyətə çatdırılması sistemli şəkildə həyata keçirilməlidir: “Dünya təcrübəsinə nəzər saldıqda, bu sahədə ən uğurlu modellərdən biri Finlandiyada tətbiq olunur. Finlandiya təhsil sistemi yalnız məktəblərə fokuslanmır, həm də cəmiyyətdə elmi biliklərin və mədəni dəyərlərin yayılması üçün mədəni-maarif layihələr həyata keçirir. Məsələn, elmi muzeylərdə və kitabxanalarda interaktiv təhsil proqramları, açıq ictimai müzakirələr və seminarlar təşkil olunur. ABŞ-da isə mədəniyyət və təhsil proqramlarının inkişafı əsasən qeyri-kommersiya təşkilatları tərəfindən maliyyələşdirilir. Bu proqramlar əhalinin bütün təbəqələrinə yönəlib və müxtəlif mövzuları əhatə edir. Məsələn, Smithsonian İnstitutu ölkə daxilində elmi və mədəni maarifləndirmə işləri görür və milyonlarla insana təhsil resursları təqdim edir. İngiltərədə isə elmi-kütləvi proqramlar BBC kimi media qurumları vasitəsilə geniş auditoriyaya çatdırılır. Bu modellərdən Azərbaycanda da, xüsusən də mədəniyyət və elm sahələrinin inteqrasiyası baxımından istifadə edilə bilər”.
Telekanalların rolu vacibdir
E.Qafarov hesab edir ki, müasir mətbuat Azərbaycanda maarifləndirmə proqramlarının təbliğində mühüm rol oynaya bilər: “Hazırda bəzi televiziya kanalları və onlayn platformalar elm və təhsil mövzularına diqqət ayırsa da, bu sahədə sistemli fəaliyyət mövcud deyil. Mətbuatda təhsil və mədəniyyət məsələlərinin təbliği üçün daha mütəşəkkil yanaşma tələb olunur. Məsələn, müasir dövrdə sosial medianın təsiri böyükdür və maarifləndirici məzmunun sosial şəbəkələrdə yayımlanması gənclərə daha yaxşı çatdırıla bilər. Bununla yanaşı, təhsil kanallarının yaradılması və ya mövcud kanallarda maarifləndirici proqramların sayının artırılması məqsədəuyğun olardı. Dünya təcrübəsində bu yanaşmanın uğurlu nümunələri mövcuddur. Hindistanın “Doordarshan” kanalı və ABŞ-ın “PBS” kanalı maarifləndirmə və təhsili mətbuat vasitəsilə təşviq etməkdə nümunədir”.
Gənclərin innovativ proqramlarla tanışlığı vacibdir
Təhsil eksperti sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə elmi-kütləvi maarifləndirmə proqramlarının tətbiqi xüsusi əhəmiyyət kəsb edir: “Bu ərazilərdə məktəblərin bərpası, yeni təhsil mərkəzlərinin qurulması və əhalinin maarifləndirilməsi böyük önəm daşıyır. Hazırda bu sahədə müəyyən irəliləyişlər müşahidə olunur, lakin irəliləyişlərin daha təsirli və davamlı olması üçün əlavə səylərə ehtiyac var. Məsələn, Qarabağda elmi və mədəni mərkəzlərin yaradılması, bu bölgələrdə yaşayan gənclərin innovativ proqramlarla tanış edilməsi vacibdir. Ümumilikdə, elmi-kütləvi və mədəni-maarif proqramlarının ölkəmizdə uğurlu həyata keçirilməsi üçün daha geniş koordinasiya, dövlət və qeyri-dövlət sektorlarının əməkdaşlığı, həmçinin dünya təcrübəsindən istifadə edilməlidir. Bu sahədə fəaliyyətlər yalnız paytaxtla məhdudlaşmamalı, regionlara və hətta ən ucqar kəndlərə qədər çatdırılmalıdır. Maarifləndirmə fəaliyyətlərinin həm məzmunu, həm də forması yerli ehtiyaclara uyğun şəkildə planlaşdırılmalı və həyata keçirilməlidir. Beləliklə, bu proqramlar həm təhsil sisteminin keyfiyyətini artırar, həm də cəmiyyətin ümumi maarifləndirmə səviyyəsini yüksəldər”.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxSosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50

