Süni intellekt xəyalları gerçəkləşdirir
11.06.2025 [08:32]
Azərbaycan süni zəka ilə bağlı çoxsaylı layihələr icra edir
Son illər ölkəmizdə rəqəmsallaşma sahəsində mühüm addımlar atılmaqdadır. Elektron hökumətin inkişaf strategiyasına uyğun olaraq rəqəmsal xidmətlərin göstərilməsində, iqtisadiyyatın müxtəlif sahələrində süni intellekt texnologiyalarının geniş tətbiqi sahəsində müəyyən uğurlar əldə edilib. Ölkəmizin müvafiq tədqiqat mərkəzlərində süni intellektlə bağlı aparılan tədqiqatların başlanğıcı isə ötən əsrin ortalarına gedib çıxır. Bu sahədə bir sıra elmi nailiyyətlər qazanılıb. Eyni zamanda, Azərbaycanın müvafiq ali məktəblərində də uzun müddətdir ki, süni intellekt üzrə kadrlar hazırlanmaqdadır.
Son dövrlərdə süni intellektlə bağlı qlobal miqyasda kəskin rəqabət mühiti formalaşmaqdadır. Artıq süni intellekt texnologiyalarına nəzarət, onların hazırlanması və istifadəsi qlobal siyasi və iqtisadi qüvvələr nisbətini müəyyən edir. Süni intellekt sadəcə, texnoloji bir yenilik deyil. Bu, idarəetməni, təhlükəsizliyi, iqtisadiyyatı, sosial həyatı köklü şəkildə dəyişdirən bir çevriliş dalğasıdır.
Təcrübəmiz Davosda təqdim olunacaq
İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov bildirib ki, Azərbaycanın süni intellektin enerji sektorunda tətbiqi ilə bağlı təcrübəsi gələn il İsveçrənin Davos şəhərində təqdim olunacaq: “Hazırda süni intellektin enerji sektorunda tətbiqi ilə bağlı bir pilot layihə üzərində çalışırıq. Bu layihənin əsas məqsədi ondan ibarətdir ki, süni intellekti tətbiq etməklə enerji sərfiyyatını necə azaltmaq olar. Bunun üçün yerli tərəfdaşlarımız var. Bir neçə şirkət, eyni zamanda supermarket zənciri ilə birgə çalışırıq ki, dünyada olan bu müsbət təcrübəni Azərbaycana gətirək və Azərbaycanda yaranacaq bu müsbət təcrübəni də gələn ilin 2026-cı ilin yanvar ayında Davos iqtisadi forumu çərçivəsində beynəlxalq ictimaiyyətə açıqlayaq”.
F.Cəfərov deyib ki, 4SİM paralel olaraq Çağrı Mərkəzində Süni İntellektin tətbiqi layihəsi üzərində işləyir: “Süni İntellektin tətbiqi ilə vətəndaşlardan gələn zənglərin təhlili, onların suallarının nə ilə bağlı olması, qanunvericilikdə buna uyğun cavabların hazırlanması, eyni zamanda əməkdaşlarımızın performansının, danışığının və eyni zamanda, təlim ehtiyaclarının və s. süni intellekt vasitəsilə müəyyənləşdirilməsi üzərində bir layihəmiz gedir. Paralel olaraq vətəndaşlarımıza çatbot üzərindən onların verdikləri suallara uyğun sürətli cavab tapması istiqamətində bir layihəmiz də var”.
İqtisadiyyat Nazirliyinin ölkənin ilk super kompüterini əldə etdiyini xatırladan sədr onun vacibliyini vurğulayıb: “Superkompüter ona görə vacibdir ki, böyük həcmli dataların proses olunması, təhlil olunması, işlənməsi üçün böyük texnoloji baza lazımdır və belə bir baza artıq yaradılıb. Dünən biz həm dövlət qurumları, həm özəl təşkilatlar, eyni zamanda vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş keçirdik. Bu platformadan, bu infrastrukturdan onlar necə istifadə edə bilər, hansı cür imkanlar yarada bilərik və Azərbaycanda dövlət-özəl tərəfdaşlığı çərçivəsində hansı süni intellekt imkanları yaradıla bilər, bu istiqamətdə müzakirə apardıq. Çoxlu təkliflər, rəylər əldə etmişik və qarşıdan gələn günlərdə bu istiqamətdə də müəyyən açıqlamalarımız olacaq”.
“4Sİ Akademiyası”nın imkanları artır
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov “4Sİ Akademiyası” çərçivəsində keçirilən “Milli Proqram” layihəsinin açılış mərasimində bildirib ki, Azərbaycandakı bəzi lisey və məktəblər “4Sİ Akademiyası”nın verdiyi imkanlardan yararlanmaq niyyətindədir: “İki il öncə bizə müraciət edildikdə etiraf edim ki, çox az adam onun mahiyyətini, önəmini öncədən görə bilərdi. Ancaq biz fond olaraq onun perspektivinə inandıq. Bu gün artıq ikinci dalğanın açılışıdır. Bu iki il ərzində çox mühüm müşahidələrimiz olub. Lisenziyaların artırılması ona olan böyük marağın göstəricisidir. Bu mərhələdə bizim qarşımıza daha ciddi məsələlər qoyulmalıdır. Bu proqramın çatışmazlığı kimi bir məqama nəzər yetirilməlidir. Yalnız işə götürənlər üçün işçi hazırlanmamalıdır. Eyni zamanda, iş yeri yarada bilən proqramlara üstünlük verilməlidir. Gənclərə bu platformadan aldıqları bilik və bacarıqlar əsasında konsaltinq və digər xidmətlərin yaradılmasında dəstək olaq. Düşünürəm ki, növbəti mərhələlərdə qarşımızda duran mühüm bir istiqamət məhz bu olmalıdır”.
Sədrin sözlərinə görə, indiyə qədər “Coursera” kurslarının 10 minə yaxın iştirakçısı olub, 1000 lisenziya əldə olunub: “Biz növbəti mərhələdə daha böyük nəticələr gözləyirik. Fond olaraq hesab edirik ki, ali təhsil müəssisələrinin iştirak səviyyəsi çox yaxşıdır və daha da gücləndirilməsi mümkündür. Birgə şəkildə təhsil, eyni zamanda, ümumtəhsil müəssisələrində onların təqdimatları olmalıdır. Bura həm onlayn, həm də oflayn formalar daxildir”.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35

