Bəşəriyyətin gələcəyi üçün...
19.06.2025 [08:31]
Ekologiyanın qorunması hər kəs üçün prioritet məsələdir
Günümüzdə bəşəriyyəti narahat edən müxtəlif ekoloji problemlər var. Bunlara misal olaraq qlobal istiləşmə, səhralaşma prosesinin zaman ötdükcə daha geniş əraziləri əhatə etməsi, bioloji müxtəlifliyin kəskin azalması, ətraf mühitin çirklənməsi ilə əlaqədar xəstəliklərin geniş yayılmasını qeyd edə bilərik. Sürətlə artan əhali, intensiv sənayeləşmə, urbanizasiya və təbii resursların qeyri-mütənasib istifadəsi təbiətdə tarazlığın pozulmasına səbəb olur. Bu isə yalnız təbiət üçün deyil, insan sağlamlığı və gələcək nəsillərin həyatı üçün də ciddi təhlükə yaradır. Ona görə də ekologiya və ətraf mühitin mühafizəsi mövzusu həm dövlətlər, həm təşkilatlar, həm də hər bir vətəndaş üçün prioritet məsələdir.
Ekologiya canlıların bir-birilə və ətraf mühitlə qarşılıqlı əlaqəsini araşdıran elmdir. Bu elm təbiətdəki tarazlığı, ekosistemlərin funksiyalarını və enerji dövriyyəsini öyrənərək insan fəaliyyətinin təbiətə təsirini anlamağa çalışır. Son illər ekoloji problemlər, xüsusən də iqlim dəyişikliyi, su və hava çirklənməsi də narahatlıq doğurur.
Ekoloji mədəniyyətin aşılanması
Ətraf mühitin ən böyük düşmənləri sırasında sənaye tullantıları, avtomobil tüstüsü, plastik atıqlar, kimyəvi maddələr və meşələrin kütləvi qırılması yer alır. Bu amillər ekosistemlərin dağılmasına, heyvan və bitki növlərinin sayının azalmasına səbəb olur, həmçinin insanlarda xroniki xəstəliklərin yayılmasına şərait yaradır. Xüsusilə hava və suyun çirklənməsi ciddi sağlamlıq problemlərinə yol açır.
Hər bir fərd ətraf mühitin mühafizəsinə öz töhfəsini verə bilər. Plastik torbalardan imtina etmək, su və elektrik enerjisini qənaətlə istifadə etmək, tullantıları çeşidləmək, ictimai nəqliyyatdan istifadə etmək və ya velosipedlə hərəkət etmək bu sahədə atılan sadə, amma təsirli addımlardır. İnsanların ekoloji mədəniyyətinin yüksəlməsi ümumi mühitin qorunmasında əsas faktordur.
Ətraf mühitin mühafizəsi üçün dövlətlər müxtəlif proqramlar həyata keçirir. Milli parkların, təbiət qoruqlarının yaradılması, tullantıların idarə olunması sistemlərinin gücləndirilməsi və yaşıllaşdırma kampaniyalarının təşkili bunun bariz nümunələridir. Eyni zamanda, yaşıl enerji mənbələrinə - günəş, külək və s. - keçid, ekoloji təmiz texnologiyaların tətbiqi getdikcə vacib olur. Amma bütün bunlar ictimaiyyətin məlumatlandırılması və fərdi səviyyədə məsuliyyətin artması ilə tamamlanmalıdır.
İşğaldan azad olunmuş ərazilərdə Milli parklar yaradılır
İşğaldan azad olunmuş Xankəndi və Şuşa şəhərlərində, eləcə də, Ağdərə və Xocalı rayonlarının ərazisində yeni milli park yaradılır. Bu barədə Xankəndidə İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun bu yaxınlardakı iclasında çıxış edən Ekologiya məsələləri üzrə işçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, milli park 100 min hektar ərazini əhatə edəcək və artıq parkın xəritəsi də hazırlanıb. Xəritə Əmlak məsələləri üzrə Dövlət komitəsinə göndərilib. Bu ilin sonuna qədər yeni parkın yaradılması nəzərdə tutulub.
Xatırladaq ki, Xankəndidə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclasında müvafiq dövlət qurumlarının nümayəndələri, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Şuşa, Ağdam, Füzuli, Xocavənd, Ağdərə Xocalı, rayonlarında və Xankəndi şəhərində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin, eləcə də Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin nümayəndələri iştirak edir.
Son nəticədə, ekologiya və ətraf mühitin mühafizəsi sadəcə bir elm sahəsi deyil, insan həyatının əsas təminatlarından biridir. Təbiətin sağlam olması insan sağlamlığı və iqtisadi inkişaf üçün vacibdir. Əgər biz indi ətraf mühitə qayğı göstərməsək, gələcək nəsillərə sağlam və yaşanılacaq bir planet buraxmaq mümkün olmayacaq. Bu səbəbdən hər birimizin ekologiyaya və təbiətin qorunmasına öz töhfəsini verməsi zəruridir.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
16 Oktyabr 14:10
Dünya
16 Oktyabr 13:59
YAP xəbərləri
16 Oktyabr 13:26
Dünya
16 Oktyabr 13:20
YAP xəbərləri
16 Oktyabr 13:04
İqtisadiyyat
16 Oktyabr 12:53
Siyasət
16 Oktyabr 12:36
Sosial
16 Oktyabr 12:24
Xəbər lenti
16 Oktyabr 12:15
YAP xəbərləri
16 Oktyabr 12:12
Sosial
16 Oktyabr 11:58
Siyasət
16 Oktyabr 11:30
İqtisadiyyat
16 Oktyabr 11:19
Xəbər lenti
16 Oktyabr 11:04
İqtisadiyyat
16 Oktyabr 10:51
Siyasət
16 Oktyabr 10:45
Siyasət
16 Oktyabr 10:25
YAP xəbərləri
16 Oktyabr 10:09
Analitik
16 Oktyabr 09:42
Gündəm
16 Oktyabr 09:30
Analitik
16 Oktyabr 09:17
Sosial
16 Oktyabr 08:54
Sosial
16 Oktyabr 08:39
Gündəm
16 Oktyabr 08:12
Gündəm
16 Oktyabr 07:07
Siyasət
16 Oktyabr 07:07
Sosial
15 Oktyabr 20:16
Gündəm
15 Oktyabr 19:59
YAP xəbərləri
15 Oktyabr 19:38
YAP xəbərləri
15 Oktyabr 19:20
YAP xəbərləri
15 Oktyabr 18:35
YAP xəbərləri
15 Oktyabr 18:13
Gündəm
15 Oktyabr 17:53
YAP xəbərləri
15 Oktyabr 17:15
YAP xəbərləri
15 Oktyabr 17:12
YAP xəbərləri
15 Oktyabr 17:11
Siyasət
15 Oktyabr 17:09
YAP xəbərləri
15 Oktyabr 17:08
YAP xəbərləri
15 Oktyabr 17:07
YAP xəbərləri
15 Oktyabr 17:06
YAP xəbərləri
15 Oktyabr 17:04
YAP xəbərləri
15 Oktyabr 17:02
YAP xəbərləri
15 Oktyabr 16:59
YAP xəbərləri
15 Oktyabr 16:52
Gündəm
15 Oktyabr 16:47
YAP xəbərləri
15 Oktyabr 16:33
YAP xəbərləri
15 Oktyabr 16:28
Dünya
15 Oktyabr 16:26
YAP xəbərləri
15 Oktyabr 16:25
15 Oktyabr 16:18
Dünya
15 Oktyabr 16:18
YAP xəbərləri
15 Oktyabr 15:59
YAP xəbərləri
15 Oktyabr 15:53
Gündəm
15 Oktyabr 15:48
Siyasət
15 Oktyabr 14:50
Dünya
15 Oktyabr 14:14
Siyasət
15 Oktyabr 14:11
Dünya
15 Oktyabr 13:12
Siyasət
15 Oktyabr 13:11
Siyasət
15 Oktyabr 13:09
Dünya
15 Oktyabr 12:10
Siyasət
15 Oktyabr 11:21
Siyasət
15 Oktyabr 11:11
YAP xəbərləri
15 Oktyabr 11:08
Siyasət
15 Oktyabr 10:44
Sosial
15 Oktyabr 10:32
Sosial
15 Oktyabr 10:28
Sosial
15 Oktyabr 10:13
İqtisadiyyat
15 Oktyabr 10:10
Sosial
15 Oktyabr 10:03

