Daha qətiyyətli mövqe olmalıdır!
26.06.2025 [08:31]
Ermənistan beynəlxalq konvensiyaları pozub...
İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının və dövlətinin gücünü, iradəsini bütün dünyaya sübut etdi. Cəbhədəki hərbi əməliyyatların uğurla aparılması, eyni zamanda diplomatik səylərlə beynəlxalq aləmdə Azərbaycanın haqlı mövqeyinin müdafiə edilməsi müharibədə qalib gəlməyimizlə nəticələndi. Azərbaycan Silahlı Qüvvələri yalnız Ermənistanın işğal etdiyi əraziləri azad etmək deyil, həm də ərazi bütövlüyünü bərpa etmək üçün böyük bir iradə nümayiş etdirdi.
44 günlük müharibə təkcə ərazi bütövlüyümüzü bərpa etmək məqsədini daşımırdı. Eyni zamanda, erməni işğalçı qüvvələrinin törətdikləri sülh və insanlıq əleyhinə cinayətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm bir mərhələ idi.
Beynəlxalq konvensiyalara zidd olan addımlar
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov bildirib ki, müharibə müddətində Ermənistanın həyata keçirdiyi bir çox qanunsuz hərəkətlər, beynəlxalq hüquq və insanlıq əleyhinə cinayətləri qarşısında mübarizliyimizi bütün dünyaya sübut etdik: “Tarixən Azərbaycan ərazilərini işğal edən Ermənistan çoxlu müharibə cinayətləri - soyqırımlarını törədib, mülki əhalini xüsusi amansızlıqla qətlə yetirib, şəhər və kəndləri, tarix və mədəniyyət abidələrini, özlərinə məxsus olmayan kilsələri məhv edib. 44 günlük müharibə günlərində açıq döyüş meydanında məğlub olan işğalçı ölkə mülki əhali yaşayan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini, Füzuli rayonunun Horadiz qəsəbəsini, Goranboy, Tərtər, Ağdam rayonlarını, Mingəçevir, Beyləqan, Bərdə, Tərtər, Ağcabədi, Füzuli, Horadiz və Gəncəni, Ermənistan ərazisindən isə Şəmkir rayonunun ərazisini raket atəşinə tutdu. Nəticədə mülki obyektlərə ziyan dəydi və dinc sakinlər qətlə yetirildilər. Bununla işğalçı ölkə müharibənin aparılmasına dair imzaladığı beynəlxalq konvensiyaları kobud surətdə pozdu və hərbi cinayət törətdi. Müqayisə üçün qeyd etmək lazımdır ki, İkinci Dünya müharibəsi illərində Polşanı işğal edən nasist Almaniyası Krakov şəhərinin gözəl memarlıq abidələrini görüb şəhəri tutarkən ağır silahlardan istifadə etmədi ki, ziyan dəyməsin. Nasizmin dövlət siyasətinə çevrildiyi Ermənistan isə 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərində yaşayış yerlərinin, tarix və mədəniyyət abidələrinin altını-üstünə çevirib”.
Qadağan olunmuş silahlardan istifadə
E.Məmmədovun sözlərinə görə, ədalətli, ərazilərini işğaldan azad etmək uğrunda Vətən müharibəsi aparan Azərbaycan isə hərbi əməliyyyatların başlanğıcından elan etdi ki, əsas hədəfi işğalçı qüvvələr və hərbi obyektlərdir, mülki əhali deyildir: “Bu, Azərbaycan və Ermənistanın müharibə siyasətinin bir-birindən köklü şəkildə fərqləndiyini göstərdi.
Ermənistanın döyüş zamanı qadağan olunmuş silahları, o cümlədən ballistik raketləri və fosfor bombalarını istifadə etməsi, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Bu silahların istifadəsi yalnız fiziki zərər verməklə qalmayıb, həm də müharibə sonrası ətraf mühitə və insanların sağlamlığına uzunmüddətli zərər vurub”.
Tam şəkildə araşdırılma vacibdir!
Deputat qeyd edib ki, Azərbaycan, 44 günlük müharibə zamanı, yalnız hərbi deyil, həm də diplomatik cəbhədə Ermənistanın törətdiyi insanlıq əleyhinə cinayətləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün səy göstərib: “Haqlı mövqeyimizi təbliğ etmək, həmçinin Ermənistanın müharibə cinayətlərini dünya gündəminə gətirmək məqsədilə müxtəlif beynəlxalq təşkilatlarla əlaqələr qurulub.
Ermənistanın bu cinayətləri, bir çox beynəlxalq təşkilatlar tərəfindən ciddi şəkildə pislənib, lakin hələ də bəzi ölkələr bu məsələyə qeyri-kafi yanaşıblar. Bu da Azərbaycanın beynəlxalq müstəvidə daha çox mübarizə aparmasına səbəb olub. Hələ də bu cinayətlərin tam şəkildə araşdırılması və Ermənistanın cavabdeh tutulması üçün beynəlxalq səviyyədə daha çox tədbir görülməsi vacibdir. Beynəlxalq təşkilatlar və böyük dövlətlər Ermənistanın bu cinayətkar hərəkətlərinə qəti qiymət verməlidirlər”.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxSosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17

