İrəvanda azərbaycanlı jurnalist xanımların maarifçilik missiyası
09.07.2025 [08:56]
Əvvəli ötən sayımızda...
“Zəngi” qəzetində qadınların ictimai-siyasi fəaliyyətini əks etdirən yazılara geniş yer verilirdi. Qəzetin səhifələrində “Azad qadın”, “Talibə”, “Azad uşaq”, “Şərqli qız”, “Qadın” kimi imzalarla çap olunan məqalələr, qadınların maariflənməsi, azad fikirli yetişməsi və cəmiyyətdə fəal mövqe tutması üçün yazılırdı. Həmin dövrdə Sovet hakimiyyəti yeni qurulmuşdu və bu səbəbdən Qərbi Azərbaycanda qadınların ictimai həyatda iştirakı xüsusi əhəmiyyət kəsb edirdi. Qadınların qəzetdə fəallığı, onların maarifçilik mübarizəsinin bir hissəsinə çevrilməsinə imkan yaradırdı. Təəssüf ki, bu qadınların çoxunun həyat və fəaliyyətləri barədə məlumatlar yalnız dövrün mətbuat materialları və xatirə yazıları vasitəsilə əldə olunur.
“Zəngi” qəzetinin ilk xanım jurnalisti Qərbi Azərbaycanın tanınmış maarif xadimi Mehdi Kazımovun həyat yoldaşı Bülbül Kazımova (Muradova) olub. Bülbül Hacı Məmmədtağı (1887-1976) - İrəvanda ilk azərbaycanlı qadın müəllimlərdən biri, İrəvanda anadan olub, 1914-cü ildə İrəvan Rus-Müsəlman Qızlar Məktəbini bitirib. Bülbül xanım bir sinif qızlar məktəbində müəllim işləmiş, İrəvanda Oğlanlar Məktəbi açmışdır. 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər zamanı onun təzəcə yandırdığı sönmüşdür. 1918-ci ildə erməni daşnaklarının qanlı repressiyaları nəticəsində Bülbül Kazımova İrəvandan qovularaq Gəncə şəhərinə köçür.
Sonra tale onu Gədəbəyə çəkib aparıb və o, orada ilk qız məktəbini təşkil edib. 1921-ci ildə Şəmkirdə, Dəllərdə müəllimlik edib. O, Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Naxçıvanda və Qərbi Azərbaycanda neçə-neçə məktəbin, klub və mədəniyyət evinin əsasını qoyub. 1923-cü ildə İrəvana qayıdan Bülbül Kazımova gərgin ictimai və pedaqoji fəaliyyətini davam etdirərək daha da genişləndirib. Görkəmli maarif işçisi, ictimai xadim Bülbül Kazımova bir çox orden və medallarla təltif edilib. O, 20 ilə yaxın İrəvan Azərbaycanlı Qadınlar Klubuna rəhbərlik edib, Qərbi Azərbaycanın ilk maarifpərvər qadınlarından biri olub. Bakıda nəşr edilən “Şərq qadını” jurnalında və digər mətbuat orqanlarında yazıları dərc edilirdi.
“Zəngi” qəzetinin digər bir xanım jurnalisti İrəvanın maarifpərvər qadınlarından biri, İrəvan Dövlət Azərbaycan Dram Teatrının ilk qadın aktisası, görkəmli dövlət xadimi Bala Əfəndiyevin həyat yoldaşı Fatma Əfəndiyeva olub. 1906-cı ildə Gəncə quberniyasının Qazax qəzasının Çəmbərək (indiki Krasnoselo) rayonunun Çaykənd kəndində anadan olmuş Fatma xanım da ilk təhsilini Çaykənddə almışdır. Bala Əfəndiyevin əmisi qızı və eyni zamanda, həyat yoldaşı olmuşdur. Qeyd edilənə görə, Sovet Ermənistanında Türk Qadınlar Klubunun təşkilatçısı və ilk müdiri olan F.Əfəndiyeva orada mədəni-maarif sahəsində xeyli işlər görüb. “Zəngi” qəzetinin ilk qadın müxbirlərindən biri olub. Əlbəttə, Türk Qadınlar Klubunun təşkilatçısı və ilk rəhbəri kimi, o bura qadınları cəlb edib, onların savadlanması uğrunda maarifçilik işi, təbliğat aparmışdır. Fatma Əfəndiyeva Ermənistanda 20-ci əsrin iyirminci illərində latın əlifbasına keçidin də öncülərindən biri olmuş və həyat yoldaşı Bala Əfəndiyevlə birlikdə İrəvanının mədəni və maarif həyatında aktiv rol almışdır. 1929-cu ilədək Ermənistan SSR ictimai təminat komissarı(1935-1937) işləmiş Bala Əfəndiyevin 1938-ci ildə represiyaya məruz qalaraq güllələnməsindən sonra Fatma xanım Əfəndiyeva da 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Hər ikisi təxminən 20 il sonra tam bəraət qazanmışlar. Fatma xanım Əfəndiyeva İrəvan Dövlət Azərbaycan Dram Teatınının fəal üzvü olmağın yanı sıra məsul vəzifələrdə çalışan yoldaşı Bala Əfəndiyevin rəhbərliyi ilə İrəvanda yeni əlifba ilə ana dilində nəşr olunan “Zəngi” və “Rəncbər” qəzetlərində də müxbir kimi fəaliyyət göstərmişdir.
Bəyim Kazımova İrəvan şəhərində anadan olub, 1926-cı ildə İrəvan Azərbaycanlı Qadınlar Klubunun nəzdində açılmış savad kurslarında dərs deyib. O, Qərbi Azərbaycanda azərbaycanlı qadınlar arasında savadsızlığın aradan qaldırılmasında fəal iştirak edib, İrəvanda çadrasını atan ilk qadınlardan olub.
İrbaba Bağırova 1901-ci ildə İrəvanda anadan olub. 1916-cı ildə İrəvanda İkinci Şəhər Qızlar Gimnaziyasında oxuyub. 1926-cı ilin oktyabrında Bakıda keçirilən Zaqafqaziya Qadınlar Klubu işçilərinin 2-ci konfransında İrəvan azərbaycanlı qadınlarını təmsil edərək İrəvan Azərbaycanlı Qadınlar Klubunun fəaliyyəti və qarşısında duran vəzifələrin həyata keçirilməsi haqqında məruzə ilə çıxış edib. İrbaba xanım həm də Azərbaycanda çıxan “Şərq qadını” jurnalının irəvan üzrə təmsilçisi olmuşdur.
“Zəngi” qəzetinin müxbirlərindən biri də Qeyis Münşiyeva idi. Ümumiyyətlə, Münşiyevlər İrəvanda Azərbaycan ədəbi-mədəni və ictimai-siyasi mühitinin formalaşmasında və dizaynında xidmətləri olan ziyalı nəsilləri arasında öz yeri və rolu olmuşdur. Qeyis Münşiyeva Qərbi Azərbaycanın tanınmış ictimai xadimi, 1937-ci il repressiyalarının qurbanı Hüseyn Münşiyevin bacısı olub, İrəvanda fəaliyyət göstərən Azərbaycan dram dərnəyinin işində fəal iştirak edən ilk qadınlardan olub. O, gənc yaşlarında - 1929-cu ildə, 27 yaşında İrəvan şəhərində vəfat edib.
Qərbi Azərbaycanda azərbaycanlı qadınların savadsızlığına qarşı mübarizə hərəkatında fəal iştirak edən qadınlardan biri də Nabat İbrahimova olub. Onun “Zəngi” qəzetində tez-tez “İbrahimova” təxəllüsü ilə məqalələri dərc olunurdu. O, İrəvan Azərbaycanlı Qadınlar Klubunun nəzdində fəaliyyət göstərən “Qadın müxbirlər” dərnəyinə rəhbərlik edib.
Ənvər Rizayeva İrəvanda İkinci Rus-Tatar Qızlar Məktəbində təhsil alıb. İrəvandakı Azərbaycan Dram və Qadın Klubunun nəzdində qadın müxbirlər birliyinin fəal üzvü olub.
Onlardan başqa, Şaman Süleymanova, Siddiqə Babayeva, Mənzərə Axundova da Qərbi Azərbaycanın ədəbi-mədəni, ictimai həyatında fəal işitirak edən qabaqcıl qadınlar olublar.
Yuxarıda adları çəkilən bu ziyalı qadınların Azərbaycan qadınlarının elmə, təhsilə cəlb olunmasında, Qərbi Azərbaycanda milli maarifimizin və mədəniyyətimizin inkişafında böyük rolu olmuşdur. Bütün bu ziyalı qadınların digər diqqətçəkən fəaliyyəti “Zəngi” qəzeti ilə əməkdaşlığı və həmin nəşrdə günün aktual problemlərinə həsr olunmuş məqalələr dərc etdirmələri olmuşdur.
“Zəngi” qəzeti təkcə bir mətbuat orqanı deyil, həm də qadın maarifçiliyinin simvoluna çevrilmişdir. Qəzetdə qadın jurnalistlərin fəallığı göstərir ki, Qərbi Azərbaycanda qadınlar ictimai və mədəni həyatda önəmli mövqeyə sahib olmuşlar. Onların maarifçilik fəaliyyəti, milli dəyərlərin qorunması, təhsil və hüquq məsələlərinə verdikləri töhfələr müasir dövr üçün də əhəmiyyətlidir.
Cəlal Allahverdiyev,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Xəbər lenti
Hamısına baxMEDİA
30 Oktyabr 08:24
Gündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Analitik
29 Oktyabr 09:13
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20

