“Startap” şəhadətnaməli biznes subyektlərinin sayı artır
30.07.2025 [12:11]
215 mikro və kiçik sahibkar şəhadətnamə ilə təmin edilib
Azərbaycanda rəqəmsal iqtisadiyyatın müasir atributlarından biri olan startap ekosistemi biznes ideyalarının mükəmməl aləti kimi öz imkanlarını artırmaqdadır. “Startap Azərbaycan” platforması startaplar, investorlar, maliyyə fondları və gənc biznes komandasının təşviqinə səbəb olmaqdadır. Bunun nəticəsidir ki, uğurlu biznes layihəsi kimi startaplar kiçik və orta biznesin (KOB) marağında ön plana çıxır. 2025-ci ilin birinci yarısında 54 mikro və kiçik sahibkar “Startap” şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edib ki, Ekspertlər Şurası 27 biznes təmsilçisinin “Startap” şəhadətnaməsi ilə təmin edilməsinə razılıq verib. Şəhadətnamə almış sahibkarların 23-ü hüquqi, 4-ü fiziki şəxsdir. Onlardan 23-ü mikro, 4-ü isə kiçik sahibkarlıq subyektidir. “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin 20-si Bakı şəhərində, 7-si isə regionlarda fəaliyyət göstərir. Şəhadətnamə almış sahibkarların 4-ü qadındır.
“Startap” şəhadətnaməsi almış layihələr fintek, təhsil, ictimai iaşə, İKT, sənaye, turizm, biznesin rəqəmsallaşması, elektron ticarət sahələri üzrə innovativ həlləri özündə ehtiva edən mobil tətbiq və onlayn xidmətlərdir. Ümumilikdə isə indiyədək 215 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib.
Güzəşt və motivasiyalar yerli və xarici investorların marağını artırır
Qeyd edək ki, biznesə “Startap” şəhadətnaməsinin verilməsinə 2021-ci ildən başlanılıb. “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edib. Vergi Məcəlləsinin 102.1.31.-ci maddəsinə əsasən, “Startap” şəhadətnaməsi olan fiziki şəxs şəhadətnaməni aldığı tarixdən 3 il müddətinə və həmin startap şəhadətnaməsi üzrə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirləri vergidən azaddır. Həmçinin, startaplar üzrə texnoloji avadanlıqlar və maddi-texniki güzəştlər və təşviqlər də bu sahədə motivasiyaedici mühit yaradıb.
Startapların nüfuz etdiyi yüksək texnologiyalar parklarında da xüsusi aktivlik nəzərə çarpmaqdadır. Texnopark rezidentlərinin sayının 96-ya yüksəlməsinə səbəb olub. Qeyd edək ki, Vergi Məcəlləsində edilmiş dəyişikliklərə və 2023-cü il yanvarın 1-dən qüvvəyə minən yeni qaydalara əsasən, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə mənfəət, gəlir əmlak vergiləri, dividendlər, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına münasibətdə ƏDV-dən azad edilib. Vergi güzəştləri onların həm texnopark, həm də texnoparkdan kənar fəaliyyətinə şamil edilir.
Nəticədə bu güzəşt və motivasiyalar yüksək texnologiyalar və innovasiyalar sektorunda çalışan gənc biznes icmasının sistem inteqrasiyası, proqram təminatı, süni intelket məhsulları üzrə inkişafında əlverişli münbit mühit yaradır. Eyni zamanda, “Startap” şəhadətnaməsi layihəyə yerli və xarici investorların marağını artırır, xarici bazarlara çıxışını asanlaşdırır.
Yeni startap nəsli formalaşır
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin yeni rəqəmsal texnologiyaların tətbiqində verdiyi dəstək, o cümlədən startap platformasına motivasiyaları da yeni biznes nəslinin formalaşmasında mühüm rol oynayır. Startap ailəsi yaxın xarici tərəfdaşları ilə süni intellekt və maşınların öyrənilməsi, əşyaların interneti və şəhər transformasiyası, rəqəmsal ticarət və iqtisadiyyat platformaları ilə sıx əməkdaşlıq edərək iqtisadiyyatın rəqəmsallaşmasına da töhfə verirlər.
Azərbaycanlı startapçılar biznes ideyaları, kəşf və bacarıqları ilə artıq qlobal bazarlarda uğurlu investorlar kimi qəbul edilir. Bu motivasiyalar sayəsində son illərdə Azərbaycanın İT və rəqəmsal sektorlarında startap, süni intellekt və biznes idey?ları dünya ölkələrinin startapları ilə rəqabət aparmağa çalışır. Onların KOBİA, Xəzər-Vençur, Elmin İnkişafı Fondu, Prezident yanında Gənclər Fondu, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasında təmsil olunan bacarıqlı gənc ideya müəllifləri kifayət qədər uğur qa??nmağa nail olub. Ölkəmizi təmsil edən “SkyBee” komandası Ümumdünya Startap Yarışmasının (World Startup Competition) Asiya və Afrika üzrə Regional Final Müsabiqəsində 30-dan artıq texnologiya şirkəti arasında “Aqrar sektorda ən yaxşı startap” nominasiyasının qalibi olub. Azərbaycanlı startapçılar artıq oke?nın o tayında da rəqabət üçün imkanlarını sınamağa çalışır. Yaxın vaxtlarda ABŞ-da keçiriləcək Ümumdünya Startap Yarışmasına iştirak hüququ qazanmaq bu imkanları nümayiş etdirmək baxımından yaxşı fürsət hesab edilə bilər.
“StartupGenome” beynəlxalq hesabatında əlverişli mövqe
Dünya ölkələrinin innovasiya ekosisteminin təhlilini aparan “StartupGenome” şirkətinin bir müddət əvvəl açıqladığı 2025-ci il üzrə hesabat??da Azərbaycan “Asiya ekosistemində istedadların əlçatanlığı” reytinqində ilk 25 ölkə arasında yer alır. “Startup Genome” hesabatında göstərilir ki, Azərbaycandakı ekosistem dövlətin rəqəmsal transformasiya yanaşması, kibertəhlükəsizlik və insan kapitalının inkişaf təşəbbüsləri ilə hərtərəfli dəstəklənir. 2024-2025-ci illərdə startaplar üçün “Microsoft”, “Viveka” və “Startup Wise Guys” kimi qlobal səviyyədə tanınan şirkətlərin cəlb edilməsi ilə bir sıra layihələr reallaşdırılıb, rəqəmsal dövlət xidmətlərinin spektri və miqyası genişləndirilib. Ölkədə, həmçinin oyun sənayesinin inkişafı strategiyasının bir hissəsi olaraq nüfuzlu “Xsolla” şirkəti ilə oyun studiyaları üçün inkubasiya proqramı keçirilir. Bütün bu səmərəli layihə və əməkdaşlıq proqramları startapların müasir biznes modeli kimi ön plana çıxması ölkəmizdə yüksək rəqabətli insan kapitalının formalaşmasında da mühüm rol oynayacaq.
E.CƏFƏRLİ
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə
“Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

