Türk dünyasının səsi və sözü!
07.10.2025 [10:35]
Azərbaycan TDT missiyası ilə seçilir...
Son illər beynəlxalq münasibətlər sistemində regional təşkilatların rolu əhəmiyyətli dərəcədə artıb. Bu kontekstdə Türk dünyasını birləşdirən və ortaq dil, mədəniyyət, tarix və maraqlara əsaslanan Türk Dövlətləri Təşkilatı (TDT) böyük potensiala malikdir. Təşkilatın təkamülü, Azərbaycanın bu quruma olan sadiqliyi Türk dünyasının gələcəyinə yönəlik mühüm imkanlar açır. TDT-nin Zirvə görüşlərinin geosiyasi əhəmiyyəti, Azərbaycanın təşkilat daxilində təşəbbüskar və qurucu lider kimi rolu çoxşaxəlidir.
TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü bu gün Qəbələ şəhərində “Regional sülh və təhlükəsizlik” mövzusu çərçivəsində baş tutacaq. Zirvə görüşü TDT-nin üzv və müşahidəçi dövlətlərinin dövlət və hökumət başçılarını, eləcə də onların nümayəndə heyətlərini bir araya gətirəcək. Toplantı bölgədə, eləcə də beynəlxalq miqyasda aktual məsələləri müzakirə etməyə, əməkdaşlığı gücləndirməyə, o cümlədən Türk dünyasında birliyi, sülhü və rifahı daha da irəli aparmaq məqsədilə mühüm sənədləri qəbul etməyə imkan yaradacaq.
TDT-nin inkişaf dinamikası
TDT 2009-cu ildə Naxçıvanda imzalanmış tarixi Naxçıvan Müqaviləsi ilə rəsmi şəkildə təsis olunsa da, onun ideyası türkdilli xalqlar arasında əsrlərlə formalaşan siyasi, mədəni və hərbi həmrəyliyə söykənir. Bildiyimiz kimi, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan qurucu dövlətlər olub, sonradan Özbəkistan 2019-cu ildə üzv qəbul edilib. Macarıstan (2018), Türkmənistan (2021) və Şimali Kipr Türk Respublikası (2022) müşahidəçi üzv qəbul olunublar. 2023-cü ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatına TDT-nin müşahidəçi statusu verilib.
Son illər TDT-nin sürətli genişlənməsi onu ənənəvi regional birliklərdən fərqləndirir. Artıq gündəlikdə təkcə mədəni və humanitar məsələlər deyil, strateji təhlükəsizlik, enerji siyasəti, texnologiya, nəqliyyat-logistika, kənd təsərrüfatı, kosmik tədqiqatlar və qlobal ticarət yolları üzərində nəzarət kimi məsələlər də yer alır.
Türk birliyinin gücü - Azərbaycan
Azərbaycan TDT-nin ən fəal və strateji cəhətdən əhəmiyyətli üzvü olaraq həm təşkilatın yaradılmasında, həm də onun inkişafında aparıcı rol oynayıb. Prezident İlham Əliyevin “Bizim üçün TDT əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” fikirləri Azərbaycanın bu birliyə verdiyi mənəvi və strateji dəyərin ən bariz ifadəsidir. Prezident bu sözləri 2024-cü il fevralın 14-də andiçmə mərasimində səsləndirərək, Azərbaycanın Türk dünyası ilə bağlı mövqeyini bütün dünyaya göstərmiş oldu.
Təşkilatın digər üzvləri də təsdiq edirlər ki, Azərbaycan bu birlikdə lokomotiv funksiyasını yerinə yetirir. Ölkəmiz təşkilat çərçivəsində siyasi təşəbbüslərlə çıxış edir, yeni əməkdaşlıq sahələri yaradır və ortaq layihələrin maliyyələşdirilməsində, idarə olunmasında fəal iştirak edir. Ölkə başçımızın təşəbbüsləri TDT-nin inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirib. Məhz bu təşəbbüslər nəticəsində TDT formal birlikdən real təsir gücünə malik beynəlxalq təşkilata çevrilib.
Ötən ilin iyulunda Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və qəbul edilmiş Qarabağ Bəyannaməsi Azərbaycanın ideoloji liderlik missiyasını və TDT-nin vahid siyasət mexanizminə ehtiyac duyduğunu bir daha göstərdi. Prezident həmin Zirvə zamanı bildirmişdi ki, TDT dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməli, 21-ci əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Bu bəyanat türk dövlətlərinin qarşısında yalnız regional deyil, qlobal miqyasda tarixi hədəf qoydu.
Məlumdur ki, tarixin bütün dönəmlərində türklər zəngin dövlətçilik ənənələri, hərbi gücü, elm və incəsənətə verdiyi töhfələri ilə seçilib, bəşər sivilizasiyasının inkişafında özünəməxsus iz qoyublar. Bu sivilizasiya zəngin dövlətçilik ənənələri, elm və mədəniyyətə verdiyi nailiyyətlərlə bəşəriyyətin inkişafında mühüm rol oynayıb. Azərbaycan dövləti və xalqı da bu böyük sivilizasiyanın önəmli parçası olaraq həm ondan faydalanıb, həm də öz töhfələrini verib. TDT-nin inkişaf xətti göstərir ki, bu birlik gələcəyin siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasında da real güc mərkəzi formalaşdırır. Qlobal miqyasda söz sahibinə çevrilən Azərbaycan bu platformanın inkişafında hər zaman fəallığı və liderliyi ilə seçilib.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18

