Regionlarda infrastrukturun yenilənməsi prosesi davam etdirilir
18.05.2016 [10:05]
Regionların sosial-iqtisadi inkişafını təmin edən Dövlət proqramlarının uğurlu icrası Şəki-Zaqatala iqtisadi rayonunun da inkişafını şərtləndirib
Son illərdə Azərbaycanın mənzərəsini səciyyələndirən əsas cəhətlərdən biri ölkənin regionlarının tarazlı inkişafının təmin edilməsi ilə bağlıdır. Prezident İlham Əliyevin müvafiq fərmanları ilə qəbul edilən və 2004-cü ildən bəri böyük uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları respublikanın bütün bölgələrinin potensialından daha səmərəli istifadə olunmasında, ənənələrin dirçəlməsində, yerlərdə məşğulluq probleminin aradan qaldırılmasında, mədəni mühitin təmin olunmasında mühüm rol oynayıb. Qeyd edək ki, indiyədək ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramının icrası uğurla yekunlaşıb. Hazırda əvvəlki illərdə qazanılan zəngin təcrübə əsasında qəbul edilən və 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı da uğurla yerinə yetirilməkdədir.
Beləliklə, Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ciddi konseptual əsaslara söykənir və Dövlət proqramlarında nəzərdə tutulan konkret hədəflərə istiqamətləndirilib. Əlamətdar haldır ki, bütün ölkə boyu inkişaf ilbəil daha intensiv hal alır. Son illərdə Azərbaycanın regionlarının məqsədyönlü şəkildə inkişaf etdirilməsindən söhbət açarkən bölgələrdə yüksək səviyyədə reallaşdırılan infrastruktur layihələrini xüsusi qeyd etmək lazımdır. Bölgələrin infrastruktur təminatı öncəki illərlə müqayisədə kəskin şəkildə fərqlənir. Prezident İlham Əliyevin vurğuladığı kimi, respublikamızda bütün infrastruktur layihələri icra edilir, böyük sərmayə qoyulur. Ardıcıllıqla və yüksək səviyyədə həyata keçirilən layihələr sayəsində bu gün Azərbaycan güclü, ən müasir dünya standartları səviyyəsində qurulan infrastruktur təminatına malik ölkəyə çevrilib. Yaradılan mükəmməl infrastruktur əhalinin həyat səviyyəsinin yüksəlməsinə təsir göstərən mühüm faktor qismində çıxış etməklə yanaşı, qeyri-neft sektorunun üstün inkişafı, daxili istehsalın genişləndirilməsi baxımından da böyük əhəmiyyət daşıyır.
Ölkəmizin regionlarında müasir infrastrukturun yaradılmasının əsas xarakterik cəhəti isə ondan ibarətdir ki, dövlət yeni obyektlərinin yaradılmasının maliyyə təminatını bir qayda olaraq öz öhdəsinə götürür. Sonradan bu layihələr bölgələrin və bütövlükdə ölkənin inkişafına təkan verən vacib faktora çevrilir.
Vurğulamaq yerinə düşər ki, infrastrukturun yenilənməsi, istər enerji təminatının, eləcə də digər sektorların inkişafı istiqamətində bölgələrdə aparılan işlər yüksək səviyyədədir və bu ilin birinci rübündə də davam etdirilib. Şəki-Zaqatala iqtisadi rayonuna daxil olan rayonlarda əldə edilən nəticələr də bunu deməyə əsas verir.
Bu barədə konkret faktlara keçməzdən öncə vurğulamaq yerinə düşər ki, Şəki-Zaqatala iqtisadi rayonu Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki inzibati rayonlarının ərazisini əhatə etməklə Azərbaycanın şimal-qərbində - Böyük Qafqaz dağlarının cənub yamacında yerləşir. İqtisadi rayonun ərazisinin ümumi sahəsi 8,96 min kv.km olmaqla ölkə ərazisinin 10,3 faizini təşkil edir. Bölgənin relyefi yüksək dağlıq və dağətəyi hissələrə bölünür. İqtisadi rayon məhdud torpaq ehtiyatına malikdir. Ərazinin yüksəklik fərqinin böyük olması təbii şəraitin müxtəlifliyinə səbəb olub. Zona mülayim iqlim şəraitinə malikdir. İqtisadi rayonun əhalisi əsasən dağətəyi hissədə yaşayır. Rayon ərazisi faydalı qazıntılarla zəngindir. Azərbaycan Respublikasının mis ehtiyatlarının hamısı, kükürd kolçedanın 90 faizi, sinkin 99 faizi bu iqtisadi rayonun payına düşür. Şəki-Zaqatala iqtisadi rayonunun gözəl təbiəti, onu Azərbaycanın mühüm istirahət-turizm regionuna çevirib. Qəbələdə, Şəkidə, Zaqatalada istirahət-turizm müəssisələri fəaliyyət göstərir. Ərazidən Gürcüstana beynəlxalq turizm marşrutu keçir. İqtisadi rayonun sosial infrastrukturuna ümumtəhsil və orta ixtisas məktəbləri, ali məktəblərin filialları, mədəni-maarif və səhiyyə ocaqları, muzey və teatrlar daxildir.
Beləliklə bu ilin ilk üç ayında Şəki-Zaqatala iqtisadi rayonuna daxil olan rayonlarda bütün sahələrdə uğurlar əldə edilib ki, bundan da Şəki rayonuna da pay düşür. Sözügedən rayonda ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artıb. Tarixən Azərbaycanın ən inkişaf etmiş aqrar rayonu kimi tanınan Şəkidə kənd təsərrüfatının strateji sahələrini inkişaf etdirmək üçün zəruri infrastruktur yenilənir. Rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, bağçılıq, həmçinin tütünçülük və baramaçılığın inkişafı üçün münbit şərait yaradılır, yeni emal müəssisələrinin, qəbul məntəqələrinin formalaşdırılması planlaşdırılır. Qeyd edək ki, 2016-cı ildə rayonda 730 hektar sahədə tütün əkini nəzərdə tutulub.
Eləcə də bu ilin birinci rübündə əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Rayonun Aşağı Göynük kəndinə yenidən təbii qaz verilib. 651 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 947 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 57 min 170 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Hazırda Şəki rayonunun 33 yaşayış məntəqəsinin əhalisi təbii qazdan istifadə edir. Eyni zamanda, 9 kənddə qazlaşma işləri davam etdirilir, 5 min 600-ə yaxın abonentin qazlaşdırılması nəzərdə tutulur. Bu işlər başa çatdıqdan sonra Şəki rayonu üzrə qazlaşma 85 faiz təşkil edəcək. Bu, dağlıq ərazidə yerləşən rayonlar üçün yüksək göstərici hesab olunur.
“Azərişiq” ASC-nin “Şimal-Qərb” Regional Enerji Təchizatı və Satışı İdarəsi Şəki Elektrik Şəbəkəsinin yeni inzibati binası istifadəyə verilib.
Şəki-Zaqatala iqtisadi rayonuna daxil olan Oğuz rayonunda isə bütün maliyyə mənbələri hesabına əsas kapitala 517,5 min manat investisiya yönəldilib. Rayonun Qarabulaq və Böyük Söyüdlü kəndləri qazlaşdırılıb. Vurğulamaq yerinə düşər ki, rayonun 34 yaşayış məntəqəsindən artıq 18-i qazlaşdırılıb. Hazırda rayonun Xaçmaz, Tərkeş, Xaçmazqışlaq kəndlərində bu istiqamətdə ardıcıl işlər aparılır. Rayon mərkəzindən 50 km ucqarda yerləşən, 271 abonenti olan Böyük Söyüdlü kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 10191 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 11439 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Hər bir evə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Rayonun Qarabulaq kəndinə də ilk dəfə təbii qaz verilib. Belə ki, 164 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 12717 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
2016-cı ilin birinci rübündə Daşağıl çayı üzərində hər biri 1,5 meqavat gücündə 3 kiçik su elektrik stansiyasının tikintisi davam etdirilib. Oğuz şəhərində, Calut və Qumlaq kəndlərində 28 məhsəti türkü ailəsi üçün fərdi evlər tikilib istifadəyə verilib. Üç ayda rayonda 211 daimi iş yeri açılıb.
Qeyd edək ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, hazırda rayonun digər kəndlərinin də mavi yanacaqla təminatı yönündə addımlar atılır. Subartezian quyularının qazılması üçün Oğuz şəhərində, Şirvanlı və Tayıflı kəndlərində yerlər müəyyənləşdirilib. 2015-ci ilin sentyabrında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Padar kəndindəki 524 və Astraxanovka kəndindəki 240 şagird yerlik məktəb binalarında, həmçinin 35 yerlik Yenikənd körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri aparmaq üçün layihə-smeta sənədləri hazırlanır. Hesabat dövründə Oğuz şəhərində hər biri 100 yerlik iki uşaq bağçasının tikintisi davam etdirilib.
Eləcə də Oğuz rayonunda 5 Qarabağ müharibəsi əlili və şəhid ailəsinə yeni fərdi yaşayış evləri təqdim edilib.
Vurğulayaq ki, Şəki-Zaqatala iqtisadi rayonuna daxil olan Balakən rayonu ərazisində də cari ilin birinci rübündə abadlaşdırma, tikinti, təmir və quruculuq işləri davam etdirilib. Rayonun Heydər Əliyev prospektinin Qazbinə kəndi istiqamətində yol kənarlarına torpaq daşınıb, ağaclar əkilib, yaşıllıqlar salınıb. Yolun hər iki tərəfində bardür və tamet daşları ilə səkilər düzəldilməsinə başlanılıb. Respublika əhəmiyyətli yollarda 1470 p/m səki daşı düzülüb, yollarda və yol çiyinlərində təmir işləri aparılıb. Kənd təsərrüfatı idarəsinin tikintisi davam etdirilir. Rayon polis şöbəsinin inzibati binasında isə son tamamlama işləri aparılır.
Qeyd edilən iqtisadi rayonun daha bir bölgəsində - Zaqatala rayonunda da bu ilin ilk üç ayında regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası istiqamətində işlər uğurla davam etdirilib. 2016-cı ilin birinci rübündə rayonda ümumi məhsul buraxılışının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 20,9 faiz artaraq 45,7 milyon manat təşkil edib.
İcra hakimiyyəti və “RR” şirkətlər qrupu tərəfindən Aşağı Tala kəndinin ərazisində “Şimal-Qərb” brendi ilə fəaliyyət göstərəcək sosial ticarət mərkəzinin - sənaye məhəlləsinin tikintisi üçün torpaq sahəsinin ayrılması və layihələndirmə işlərinə başlanılıb.
Layihəyə əsasən, burada regional ticarət mərkəzinin, kənd təsərrüfatı bazarının, çörək zavodunun, dəyirman, tikiş fabriki və mebel salonunun, quru meyvələrin istehsalı və qablaşdırılması obyektlərinin, mövsümi məhsulların saxlanması üçün anbar və soyuducu kameraların, beton məmulatları zavodunun, tikinti materiallarının regional satış bazasının, həmçinin çoxmənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulur. Bu obyektlərdə ümumilikdə 600-700 yeni iş yeri yaradılacaq.
Bundan başqa, rayonda 2016-cı ilin birinci rübündə bütün maliyyə mənbələri hesabına 3,9 milyon manatlıq tikinti, təmir və abadlıq işləri görülüb. Üç ayda rayon məhkəməsi üçün yeni inzibati binanın tikintisi davam etdirilib. Məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan 135 mənzildən ibarət yeni yaşayış məhəlləsinin tikintisində hazırda son tamamlama işləri görülür. Azərbaycan Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına Zaqatala şəhərində 12 çoxmənzilli yaşayış binasında təmir işlərinə başlanılıb. Eləcə də 2016-cı ilin ilk üç ayında Zaqatalada əhalinin təbii qaz, elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində mühüm addımlar atılıb.
Şəki-Zaqatala iqtisadi rayonuna daxil olan Qax rayonunda isə bu ilin ilk üç ayında 17 milyon 229 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz çoxdur. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev tərəfindən yerli icra hakimiyyəti orqanları qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədi ilə rayonda qərargah və işçi qrupları yaradılıb, tədbirlər planı tərtib edilib. Tədbirlər planında rayonda kənd təsərrüfatı məhsulları istehsalının genişləndirilməsi, ənənəvi sahələrdən olan tütünçülüyün və baramaçılığın inkişaf etdirilməsi, faraş tərəvəz və kartof istehsalının artırılması əsas vəzifə olaraq qarşıya qoyulub.
Bundan başqa, rayonda infrastrukturun yenilənməsi istiqamətində də işlər görülüb. Belə ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, birinci rübdə Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin tikintisinə başlanılıb və hazırda işlər davam etdirilir. Qorağan kəndində gündəlik istehsal gücü 30 ton olan ixracyönümlü fındıq emalı müəssisəsinin tikintisi ilə bağlı layihələndirmə və sənədləşmə işləri aparılır.
Eləcə də hesabat dövründə rayon ərazisində ekoloji durumun yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib, 15 hektar sahədə yeni meşəlik salınıb, inzibati ərazi dairələrində 5800, magistral avtomobil yollarının kənarında isə 2500 ədəd ağac əkilib.
Bu ilin birinci rübündə əhalinin təbii qaz, elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində mühüm addımlar atılıb. Tasmalı və Zəyəm kəndlərinə təbii qazın verilməsi təmin edilib. Rayon Elektrik Şəbəkəsi tərəfindən 56 kilometr uzunluğunda hava xətti, 26 transformator yarımstansiyası əsaslı təmir olunub, qəzalı vəziyyətdə olan 110 elektrik dayağı yenisi ilə əvəzlənib. Rayon əhalisinin keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədi ilə 13 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılmasına başlanılıb.
2016-cı ilin birinci rübü Qəbələ rayonu üçün də infrastruktur layihələrinin həyata keçirilməsi, yeni istehsal, ticarət və xidmət obyektlərinin inşa edilməsi, daimi iş yerlərinin açılması istiqamətində bir sıra tədbirlərlə əlamətdar olub. Rayonda ilin ilk üç ayında iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 29.468 min manatlıq məhsul istehsal edilib, ötən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı 1867 min manat, yaxud 6,7 faiz artıb. Sənayedə artım 18,7 faiz, kənd təsərrüfatında 2,9 faiz, nəqliyyatda 7 faiz, ticarətdə 8,9 faiz təşkil edib. Əsas kapitala yönəldilən investisiyanın həcmi 6196,3 min manat, tikinti-quraşdırma işlərinin həcmi isə 5158 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə Bum qəsəbəsinin və Qəmərvan kəndinin qazlaşdırılması işləri yekunlaşıb. Rayonda YAP Qəbələ rayon təşkilatının inzibati binası, xizəkçilik mərkəzi, “Tufandağ” hoteli və Qəbələ istirahət parkında tikinti işləri başa çatdırılıb, 100 yerlik uşaq bağçasının, “ASAN xidmət”in Qəbələ regional şöbəsinin və Qəbələ kənd təsərrüfatı idarəsinin inzibati binasının inşasında son tamamlama işləri görülür.
Hazırda isə Qəbələ Futbol Akademiyasının, “Qolf klub” kompleksinin və stadionlar kompleksinin inşası davam etdirilir. Qeyd edilən infrastruktur obyektləri rayonda istər turizmin inkişafı, istərsə də idmanın gələcəyi baxımından mühüm rola malikdir. Bundan başqa, Qəbələdə bu ilin birinci rübündə Dəmiraparan çayı üzərində 10 aşırımlı dəmir-beton körpünün, “Aquapark” istirahət kompleksinin tikintisi istiqamətində tədbirlər davam etdirilməkdədir. Rayonun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsi, Gömrük Akademiyası, rayon məhkəməsi və rayon prokurorluğu üçün inzibati binaların tikintisi də artıq mühüm mərhələsini arxada qoyub. Bununla yanaşı, “Raftinq Mərkəzi”, Nohur gölü ətrafında sanatoriya kompleksinin, “Qrand Sity” hotelinin, atçılıq idman mərkəzinin, Qəbələ Peşə Liseyinin, Qəbələ-Qəmərvan yolunda dəmir-beton körpü inşası da rayonun turizm potensialının daha yüksək səviyyədə tanınmasında əsaslı rol oynayacaq.
Qeyd edək ki, bu ilin ilk üç ayında Qəbələ şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulması yönündə də işlər aparılıb. Əhalinin təmiz su təminatının daha yüksək səviyyəyə çatdırılması üçün mühüm addımlar atılıb. Rayonun kanalizasiya sistemlərinin yenidən qurulması, yeni qovşağın yaradılması yönündə planlar işlənib.
Vurğulandığı kimi, turizm potensialını inkişaf etdirmək üçün yol-nəqliyyat infrastrukturunun genişləndirilməsi və yenilənməsi istiqamətində də işlər davam etdirilir. Bu mənada Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunda əsaslı təmir işlərini xüsusi vurğulamaq lazımdır. Qeyd edək ki, yolun təmiri bu ilin ilk üç ayında da davam etdirilib.
Göründüyü kimi, regionların inkişafı ilə bağlı artıq 12 ildir ki, həyata keçirilən təsirli və kompleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər tam əsasla bir real tezisi meydana çıxarıb: ötən müddət ərzində Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə nail olan modern dövlətə çevrilib. Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları respublikamızın dinamik inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda intensiv metodlardan istifadə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə dəstək məqsədilə müxtəlif servis mərkəzlərinin, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranıb. Şübhəsiz, regionların inkişafı bütövlükdə respublikanın ümuminkişaf göstəricilərinə təsir edən mühüm faktordur.
O da vurğulanmalıdır ki, ölkəmizin ümumi iqtisadi, sosial inkişafını şərtləndirən əsas amillər arasında mütləq şəkildə regionların inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsizdir. Bunun nəticəsidir ki, ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı sayəsində bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsinə nail olunub. Hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir. İqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqramlara əlavə xarakteri daşıyan tədbirlər planları da yeni dövrün tələblərindən meydana çıxır, innovasiyaların tətbiqi zərurətindən yaranır. Bu gün bölgələrin hər bir guşəsində quruculuq işlərinin aparılması, yeni yolların çəkilməsi, su və kanalizasiya xətlərinin dəyişdirilməsi, qazlaşdırmanın aparılması, məktəb, xəstəxana və digər sosial obyektlərin istifadəyə verilməsi hazırkı müasir inkişaf mərhələsinin reallıqlarıdır. Amma qarşıdakı illərdə yeni dövrün tələbləri başqa cür olacaq. Azərbaycan inkişaf etdikcə ölkə qarşısında yeni proqressiv meyillərə uyğun sosial-iqtisadi məsələlər meydana çıxmaqdadır. Dövlət isə bütün bu tədbirləri də perspektiv inkişaf planında nəzərə alacaq, gələcəkdə daha yeni layihələr hazırlanaraq həyata keçiriləcək.
Nəticə etibarilə, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, işsizliyin aradan qaldırılması prosesinə də əhəmiyyətli zəmin yaradıb. Dövlət proqramlarının ən mühüm tədbirlərindən biri yoxsulluğun azalmasına yönəlib. Yoxsulluğa qarşı mübarizənin vacib şərtlərindən birini bölgələrdə yaşayış şəraitini yaxşılaşdırmaq və çoxlu sayda yeni iş yerləri yaratmaq təşkil edir. Bölgələrdə yeni iş yerlərinin açılması və işsizlik probleminin həlli ölkəmizdə yoxsulluğun aradan qaldırılmasına əhəmiyyətli təsir edib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
20 Yanvar 16:23
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Gündəm
20 Yanvar 11:51
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00

