/ / Azərbaycanın regionlarında infrastrukturun yenilənməsi istiqamətində əhəmiyyətli addımlar atılır
Azərbaycanın regionlarında infrastrukturun yenilənməsi istiqamətində əhəmiyyətli addımlar atılır
12.05.2017 [10:00]
İndiyədək müvafiq Dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr sayəsində bölgələrin siması əhəmiyyətli dərəcədə dəyişib, infrastruktur təminatı güclənib
Son 13 ildə Azərbaycanın hərtərəfli inkişaf mənzərəsini səciyyələndirən əsas cəhətlərdən biri ölkənin bütün regionlarında genişmiqyaslı abadlıq işlərinin aparılması, sosial və iqtisadi infrastruktur quruculuğu ilə bağlıdır. Müvafiq Dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr sayəsində bölgələrin siması əhəmiyyətli dərəcədə dəyişib, infrastruktur təminatı güclənib. Və bu istiqamətdə işlər hazırda da davam etdirilir.
Yeri gəlmişkən, mayın 10-da Masallı rayonunun Şatıroba kəndində yeni məktəb binası istifadəyə verilib. Bu münasibətlə keçirilən açılış mərasimində bildirilib ki, son illər rayonda 40-a yaxın yeni məktəb binası tikilib və əsaslı təmir olunub. Bunun 20-yə yaxını son dörd ilin payına düşür. Ümumiyyətlə, vurğulamaq lazımdır ki, infrastrukturun yenilənməsi, tikinti, abadlıq-quruculuq işləri Lənkəran iqtisadi rayonuna daxil olan digər rayonlar kimi Masallıda da davamlı xarakter daşıyır. Məsələn verilən məlumata görə, ümumi uzunluğu 1,45 km olan Digah küçəsinin yenidənqurulması işlərinə başlanılıb. Hazırda həmin ərazidə 2620 p/m bordür düzülüb və piyada səkilərinə asfalt vurulmasından ötrü hazırlıq aparılıb. Bundan əlavə, küçənin işıqlandırma sisteminin qurulmasından ötrü 65 işıq dirəyinin qurulması planlaşdırılıb. Eləcə də ankerlərin betonlanması və kabel xətlərinin çəkilişinə başlanılıb. Bu ilin birinci rübü ərzində nəqliyyat vasitələrinin hərəkətində təhlükəsizliyin təmin edilməsi məqsədilə şəhərin Heydər Əliyev prospektində iki, Həzi Aslanov küçəsində bir, Qarabağ küçəsində bir yerdə işıqfor quraşdırılıb. Bununla yanaşı, Masallı şəhərinin əksər küçələrində səki və bardürlərin, hasarların təmiri işləri həyata keçirilib. Heydər Əliyev prospektində uzunluğu 1000 metrə yaxın olan suötürücü kanalın çəkilişinə başlanılıb və hazırda betonlanma işləri davam etdirilir.
O cümlədən şəhərin mərkəzindən keçən Viləş çayının ətrafında Park-Bulvar kompleksində çay yatağının beton məcraya salınması işləri görülməkdədir. İlkin olaraq ümumi uzunluğu 750 p/m olan beton bəndin 350 p/m hissəsində işlər yekunlaşıb. Burada müxtəlif istirahət mərkəzlərinin, idman meydançalarının tikintisi və uşaq əyləncə qurğularının quraşdırılması planlaşdırılır. Hazırda çay yatağının 400 p/m-lik hissəsinin beton məcraya salınması işləri aparılır. Qeyd edək ki, 2016-cı ildə inşasına başlanılan və 2018-ci ildə təhvil verilməsi nəzərdə tutulan rayon Məhkəməsinin də yeni inzibati binasında hazırda tikinti işləri davam etdirilir. Həmçinin bu ilin birinci rübü ərzində Masallı şəhəri ərazisində sosial təşəbbüslə 100 yerlik uşaq bağçası tikilib istifadəyə verilib, şəhər ərazisində yerləşən Masallı “Cümə” məscidində isə əsaslı təmir işləri həyata keçirilir.
Bu məqamda vurğulamaq yerinə düşər ki, ötən ilin sentyabrında ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə Masallı şəhərində 27 çoxmənzilli binanın təmir edilməsindən ötrü 3 milyon manat vəsait ayrılıb. Hazırda ötən əsrin 70-80-ci illərində inşa edilmiş 27 kommunal yaşayış binasının fasad və dam örtüklərində əsaslı təmir işləri başa çatdırılıb. Ümumilikdə binalar üzrə mövcud olan 84 giriş bloklarında smeta sənədlərində nəzərdə tutulan bütün işlər yekunlaşıb. Binaların zirzəmilərinin təmiri və kanalizasiya xətlərinin yeni sistemə qoşulması işləri hazırda davam edir. Qeyd edək ki, 5,5 hektar ərazidə yerləşən yaşayış binalarının qarşısındakı yollara 950 p/m bardür düzülüb və asfalt vurulub. Eyni zamanda, binaların qarşısında müasir işıqlandırılma sistemlərinin quraşdırılmasından ötrü hazırlıq işlərinə başlanılıb. Binaların qarşısında yaşıllıq zolaqları salınacaq ərazilərə 380 maşın torpaq materialı verilib və hazırda bu işlər davam etdirilir.
Bundan əlavə, 18 binanın dam örtüyünün və 5 binanın fasadının əsaslı təmirinə başlanılıb. Artıq 10 binanın dam örtüyü və 5 binanın fasadı əsaslı təmir edilib. Son 8 binanın dam örtüyünün dəyişdirilməsi davam etdirilir ki, bununla da Masallıda mövcud olan 77 binanın təmiri başa çatdırılacaq. Bu ilin aprelində isə Masallı rayon İcra Hakimiyyətində Masallı şəhərinin 2034-cü ilə qədər dövrünü əhatə edən baş planının hazırlanması ilə bağlı işlər haqqında ictimai müzakirə keçirilib. Baş planda şəhər ərazisinin zonalaşdırılması ilə əlaqədar ictimai mərkəzlərin, yeni yaşayış ərazilərinin, çayqırağı rekreasiya və sənaye zonalarının yerləri müfəssəl qaydada işlənib hazırlanıb. Eyni zamanda, baş plan layihəsində şəhərin mərkəzindən keçən çayın üzərində yeni iki körpünün salınması nəzərdə tutulub. Bundan başqa, rayonda Turizm Peşə Məktəbi üçün ayrıca istehsalat-təcrübə bazasının tikilməsindən ötrü şəhərin Heydər Əliyev prospektində “ASAN Həyat” kompleksinin yerləşdiyi ərazidə nəzərdə tutulan torpaq sahəsinin sxematik planı Azərbaycan Turizm və Menecment Universitetinə təqdim olunub. Eyni zamanda, Heydər Əliyev prospektində Yaşıl Market Logistik Mərkəzinin yaradılması məqsədilə 10 ha torpaq sahəsi ayrılıb.
İnkişafın bütün sahələri əhatə etdiyi Astara rayonunda isə bu ilin birinci rübündə ümumi məhsul və xidmətlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 2,8 faiz artaraq 31,7 milyon manata çatıb. Rayonda inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3635,9 min manat məbləğində vəsait yönəldilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 6,7 faiz artıb.
Müvafiq Dövlət proqramlarının uğurla icrası Astarada yeni obektlərin istifadəyə verilməsində də həlledici rol oynayıb. Eyni zamanda, rayonda Xəzər dənizi sahili boyu Park-Bulvar və çimərlik ərazisində “AAAF Park Astara” lahiyəsi çərçivəsində idman sağlamlıq və uşaq əyləncə obyektləri tikilib istifadəyə verilib. Şəhərin prospekt və küçələrində tikinti-quruculuq işləri, işıqlandırma sisteminin bərpası işləri davam etdirilib. 2017-ci ildə mənzil fonduna daxil olan ictimai-yaşayış binalarında təmir-tikinti işləri görülüb və bu istiqamətdə işlər davam etdirilir. Ucqar dağlıq əraziləri əhatə edən, mürəkkəb relyef şəraitində yerləşən Taxtanakəran-Toradi, Taxtanakəran-Miki avtomobil yolunun tikintisinin isə ikinci mərhələsinə başlanılıb və hazırda bu istiqamətdə işlər davam etdirilir.
Eləcə də rayon ərazisindəki magistral və yerli əhəmiyyətli yolların təmiri işi də davam edib. Məsələn, respublika əhəmiyyətli Ələt-Astara avtomobil yolunun Astara rayonuna aid hissəsində yol çiyinləri avtoqreyderlə hamarlanıb, 9520 metr küvetlər təmizlənib, 9325 kv.metr yol çiyinləri çınqıl materialı ilə bərkidilib və 3015 kv.metr asfalt-beton qarışığından çala təmir işləri görülüb. Yerli əhəmiyyətli Siyaku-Şəmətük avtomobil yolunda çınqıl materialı ilə təmir işləri həyata keçirilib, Lovayn-Pəlikəş, Kijəbə-Burzubənd, Astara-Qamışovka və digər yollarda küvetlər və suötürücü borular təmizlənib, kəndlərarası yollar avtoqreyderlərlə hamarlanıb.
Ölkənin hər yerində olduğu kimi, Astarada da əhalinin fasiləsiz içməli su ilə təminatı diqqət mərkəzindədir. Belə ki, rayon Su Kanal İdarəsi tərəfindən şəhər ərazisində ictimai yaşayış binalarının içməli su təminatının yaxşılaşdırılması üçün tədbirlər görülüb. Qapçıməhəllə-Astara magistral su borusunda, şəhərin Aydın Məmmədov, Əhəd Muxtar və Kaverin küçələrində olan su xətti borularında, Səməd Vurğun və Nuru Paşa küçələrində olan magistral kanalizasiya xəttində olan boruda təmir-bərpa işləri aparılıb. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Xanbulançay su anbarından Astara şəhərinə çəkilən içməli su xəttinin 17424 metr hissəsində tikinti-quraşdırma işləri və kənd çıxışları üçün qurğuların icrası başa çatdırılıb.
Ölkədə əldə edilən uğurlardan Lənkəran rayonuna da pay düşüb. Belə ki, ötən illər və bu ilin geridə qalan dövründə rayonda geniş abadlıq və quruculuq işləri aparılıb. Şəhərin küçə və xiyabanlarında, qəsəbə və kəndlərdə, magistral yolların kənarlarında evlərin divarları, daş hasarlar suvanıb, bardürlər və hasarlar yenidən rənglənib. Ümumilikdə birinci rüb ərzində şəhərdə, qəsəbə və kəndlərdə 12 min kv.m hasar və bardür bərpa olunub. Bununla yanaşı, Lənkəran şəhərinin park və bağlarında 15 min ədəd dekorativ ağac və gül kolları əkilib. Rayonda turizmin daha da inkişaf etdirilməsi üçün də tədbirlərin görülməsi nəzərdə tutulub. Hazırda yeni Olimpiya İdman Kompleksinin və 11 mərtəbəli 4 ulduzlu “Qafqaz” otel kompleksinin, Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin tikintisi davam etdirilir. Eyni zamanda, Ələt-Astara yeni maqistral avtomobil yolunun Lənkəran hissəsinin tikintisi başa çatmaq üzrədir. Yaşayış məntəqələrinin qazlaşdırılması tədbirləri davam etdirilir.
Lənkəran iqtisadi rayonuna daxil Yardımlı rayonu da öz inkişafına görə fərqlənir. Verilən məlumata görə ilin birinci rübündə Yardımlı şəhərinin Heydər Əliyev küçəsində, eləcə də digər küçələrində abadlıq-quruculuq işlərinə başlanılıb. Yeni inşa olunmuş istinad divarlarına müasir üslubda ağ üzlük vurulur, parklarda və küçələrdə küçə işıqları yenilənir. Qeyd olunmalıdır ki, 2017-ci ildə Yardımlı şəhərinin təmizliyinin saxlanılması və kommunal yaşayış evlərində təmir işlərinin aparılması, yaşıllıqların və küçələrin işıqlandırılması məqsədilə 147 nəfər işçi bir il müddətinə işə cəlb olunub. Vurğulanmalıdır ki, 9 mənzil kommunal evlərində təmir işlərinin aparılması planlaşdırılır. Buna qədər isə yaşayış evlərinin həyətyanı ərazisi asfalt döşənilməsi üçün hazırlanıb, binaların blok və pilləkənlərində təmir işləri aparılıb. Eləcə də yaşayış evlərinin dam örtüyünun də dəyişdirilməsi planlaşdırılır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
20 Yanvar 16:23
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Gündəm
20 Yanvar 11:51
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00

