Regionlarda sahibkarlara güzəştli kreditlərin verilməsi davam edir
23.06.2018 [09:11]
Bunun nəticəsində bölgələrdə xeyli sayda yeni müəssisələr yaradılır
Bu gün öz inkişafına görə regionun lider dövləti olan Azərbaycanda həyata keçirilən siyasət istər regional layihələrin, istərsə də müvafiq Dövlət proqramlarının uğurla icrasına imkan yaradır. Bu isə spesifik milli inkişaf modelinə malik olan ölkəmizin tərəqqisinin konseptual əsaslara söykəndiyini bir daha təsdiqləyir. Bu məqamda xüsusi olaraq vurğulamaq yerinə düşər ki, 2004-cü ildən etibarən böyük uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları Azərbaycanın bütün bölgələrinin inkişafına təkan verib. Ümumiyyətlə, son 15 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrdə böyük layihələr reallaşdırılıb.
Regionların sosial-iqtisadi inkişafından söz açarkən onu da qeyd etmək yerinə düşər ki, bu prosesdə dövlətlə yanaşı, özəl sektor da yaxından iştirak edir. Bu baxımdan, ötən müddət ərzində ölkəmizdə sahibkarlara göstərilən dövlət dəstəyi, öz növbəsində, regionların inkişafında da mühüm rol oynayıb. Belə ki, göstərilən dövlət dəstəyi nəticəsində sahibkarlar həm ümumilikdə ölkəmizin, həm də ayrı-ayrı regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən işlərdə yaxından iştirak edirlər. Məlumat üçün bildirək ki, son 15 ildə layihələrinin ümumi dəyəri 4 milyard manatdan çox olan 34 mindən çox sahibkara dövlət tərəfindən 2 milyard manatdan artıq güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması ölkəmizdə 154 mindən çox yeni iş yerinin açılması imkanı yaradıb. Öz növbəsində bu ilin birinci rübündə də sahibkarlara güzəştli kreditlərin verilməsi uğurla davam edib və hazırda da bu istiqamətdə işlər davam etməkdədir.
Bu barədə konkret faktlara keçməzdən öncə bildirək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya ölkələrinin qabaqcıl təcrübəsinin ölkəmizə gətirilməsi, müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal, emal, infrastruktur sahələrinin yaradılması istiqamətində verdiyi tapşırıqların icrasını təmin etmək məqsədilə sahibkarlığın təşviqi, sahibkarların iqtisadi fəallığının daha da artırılması və maliyyə təminatının yaxşılaşdırılması, idxalı əvəz edəcək məhsulların istehsalı və qeyri-neft ixracının artırılması istiqamətində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sistemli və ardıcıl tədbirləri davam etdirir. Onu da xatırladaq ki, bu ilin birinci rübü ərzində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 357 milyon manat olan investisiya layihələrinin maliyyəşdirilməsi üçün 135 sahibkarlıq subyektinə 50 milyon manat dövlətin güzəştli kreditləri verilib.
Qeyd edək ki, özəl bölmədə investisiya layihələrinin maliyyələşdirmə mexanizmlərindən olan İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun əsas məqsədi sahibkarların uzunmüddətli və əlverişli şərtlərlə maliyyə resurslarına çıxışının təmin olunması və rəqabət mühitinin yaradılmasıdır.
Beləliklə, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun iyunun 21-də Ağstafa rayonunda keçirdiyi işgüzar forumda müvəkkil kredit təşkilatları vasitəsilə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 34 sahibkara 423 min manat güzəştli kredit verilib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, kreditlər heyvandarlıq, quşçuluq, kartofçuluq, üzümçülük və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması hesabına 40-dan çox yeni iş yerinin açılması imkanı yaranacaq. İndiyədək Ağstafa rayonundan olan 596 sahibkara 8,4 milyon manat güzəştli kredit ayrılıb.
İşgüzar forum çərçivəsində sahibkarlarla müzakirələr aparılıb, Ağstafa rayonunun iqtisadi potensialına uyğun olaraq, startap layihələrinin maliyyələşdirilməsi, iri taxılçılıq, kartofçuluq, üzümçülük, arıçılıq və cins heyvandarlıq təsərrüfatlarının, çörək istehsalı və süd emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunub.
Tədbirdə Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru vəzifəsinin icraçısı Arif Vəliməmmədov fondun özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Ümumilikdə, bu tədbirdə verilən kreditlər də daxil olmaqla, Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 6800-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 258,5 milyon manat güzəştli kredit verilib. Tədbir çərçivəsində Ağstafada dövlətin güzəştli krediti ayrılan tikinti materialları istehsalı müəssisəsində aparılan işlərə baxış keçirilib. Müəssisə ildə 142 min kvadratmetr dam örtükləri və 44 min kvadratmetr fasad kərpici istehsal gücünə malik olacaq.
Qeyd edək ki, son illər müasir texnologiyaların tətbiqinə əsaslanan 28 tikinti materiallarının istehsalı müəssisəsinə 90,2 milyon manat dövlətin güzəştli krediti verilib.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun Ağcabədi rayonunda keçirdiyi işgüzar forumda isə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 36 sahibkara 776,6 min manat güzəştli kredit verilib. Kreditlər əsasən heyvandarlıq, pambıqçılıq, süd emalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 60-dan çox yeni iş yerinin açılması imkanı yaradacaq. Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumda Ağcabədi rayonunun iqtisadi potensialına uyğun olaraq prioritet hesab edilən tərəvəzçilik, cins heyvandarlıq, intensiv bağçılıq və iri fermer təsərrüfatlarının, “ixtisaslaşdırılmış yaşıl market”in, meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru vəzifəsini icra edən Arif Vəliməmmədov fondun fəaliyyəti, Ağcabədidə verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, indiyədək Ağcabədidən olan 1412 sahibkara 72,6 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, istixana, quşçuluq təsərrüfatlarının, heyvandarlıq kompleksinin, yem dəyirmanının yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib.
Ümumilikdə, bu tədbirdə verilən kreditlər də daxil olmaqla, Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 13800-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 570,3 milyon manat güzəştli kredit verilib.
Tədbir çərçivəsində Ağcabədidə güzəştli kredit ayrılan və 5000 hektar sahədə yaradılan aqroparkda aparılan işlərə baxış keçirilib. Aqroparkda 1215 hektar sahədə müasir suvarma sistemi qurulub, 1000 hektardan çox sahədə soya əkilib. Burada bitki yağlarının istehsalı zavodunun yaradılması da nəzərdə tutulur. Aqroparkın bu ilin sonunda istifadəyə verilməsi planlaşdırılır.
Onu da bildirək ki, Abşeron iqtisadi rayonunda da fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 7,1 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər istixana kompleksinin yaradılması, heyvandarlıq və başqa sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 150-dək yeni iş yeri açılacaq. Güzəştli kreditlər sahibkarlara İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Xızıda keçirilən işgüzar forum çərçivəsində təqdim olunub.
Forumda Xızı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan arıçılıq, istixana, intensiv bağçılıq və iri fermer təsərrüfatlarının, şirniyyat, plastik qapı-pəncərə istehsalı müəssisələrinin, kənd turizmi və hotelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib. Tədbirdə sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
Bildirilib ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi və investisiya layihələrinin maliyyələşdirilməsi tədbirlərini davam etdirir. Fondun icraçı direktoru vəzifəsini icra edən Arif Vəliməmmədov qeyd edib ki, indiyədək Xızı rayonundan olan 197 sahibkara 39,2 milyon manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan istixana, quşçuluq təsərrüfatlarının, heyvandarlıq kompleksinin, yem emalı müəssisəsinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib. Ümumilikdə, bu tədbirdə təqdim olunan kreditlər də daxil olmaqla, Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1245 investisiya layihəsinin maliyyələşdirilməsinə 389,7 milyon manat güzəştli kredit verilib.
Tədbir çərçivəsində Xızıda dövlətin güzəştli krediti ayrılan 20 hektar ərazidə müasir istixana kompleksində aparılan son tamamlama işlərinə baxış keçirilib. Son illər ümumi dəyəri 476,7 milyon manat, ildə 100 min ton tərəvəz məhsulları istehsal etmək gücündə olan 62 müasir istixana kompleksinin yaradılmasına 203,6 milyon manat güzəştli kredit verilib. Bundan başqa, ümumi dəyəri 620 milyon manat olan istixana komplekslərinin yaradılması üzrə 51 layihəyə investisiya təşviqi sənədi verilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 Yanvar 22:26
Xəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43

