Regionlarda müasir təhsil infrastrukturunun yaradılması işləri uğurla davam etdirilir
30.01.2019 [10:02]
2019-cu ildə respublikamızda 100-dən çox məktəbin tikintisi nəzərdə tutulur
(əvvəli ötən sayımızda)
Məktəb binasının su, qaz, elektrik xətləri, dam örtüyü, qapı-pəncərələri və döşəməsi yenilənib, isitmə sistemi qurulub, sinif otaqları, fənn kabinetləri, kitabxana, idman və akt zalları, dəhliz və digər yardımçı otaqlar, demək olar ki, yenidən tikilib. Hazırda təhsil ocağında son tamamlanma işləri görülür, ərazi abadlaşdırılır, futbol və voleybol meydançaları tikilir. Yaxın günlərdə məktəbdə inventar və avadanlıqların quraşdırılmasına başlanılacaq. Bu işlər başa çatdıqdan sonra məktəb binası tam yeniləşmiş vəziyyətdə müəllim və şagirdlərin istifadəsinə veriləcək.
Xaçmaz şəhərində isə 432 şagird yerlik ikimərtəbəli məktəb binasının inşasına başlanılıb. Bəybala Rəsulov adına Xaçmaz şəhər 5 nömrəli tam orta məktəb üçün inşa olunan yeni bina növbəti tədris ilindən istifadəyə veriləcək. Otuz sinif otağından ibarət olacaq tədris ocağında bütün fənn kabinetləri, kitabxana, kompüter otağı, akt və idman zalları fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunacaq.
Təhsil Nazirliyinin 2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəis müavini Fərhad Əmrahov bildirib ki, regionda təhsil müəssisələrinin tikintisi və yenidən qurulması işləri davam etdirilir. 2018-ci ildə şimal bölgəsinin altı rayonunda 20 yeni modul tipli məktəb binasının tikintisinə başlanılıb. Bu məktəblərdən 3-ü istifadəyə verilib.
Qax rayonunun Əlibəyli kəndində də tam orta məktəb üçün 216 şagird yerlik yeni binanın tikintisinə başlanılıb. Prezident İlham Əliyevin ötən il oktyabrın 29-da imzaladığı Sərəncama əsasən inşa edilən yeni məktəb binasının tikintisi üçün Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb. Rayon Təhsil şöbəsindən bildiriblər ki, Təhsil Nazirliyinin sifarişi ilə Tasmalı kəndində tam orta məktəb üçün inşa edilən 240 şagird yerlik yeni binanın tikintisi də sürətlə davam etdirilir. Binanın ikinci mərtəbəsində hörgü işləri artıq yekunlaşıb. Bundan əlavə, hazırda rayonun Fısdıqlı, Aşağı Malax və Çinarlı kəndlərində ümumi orta məktəblər üçün hər biri 80 şagird yerlik modul tipli binalar da quraşdırılır. Eyni zamanda, rayonun daha 4 kəndində qəzalı vəziyyətdə olan ümumi orta məktəblər üçün inşa edilən modul tipli binalarda tikinti-quraşdırma işləri artıq başa çatıb. İnşa edilən yeni məktəb binalarının 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Şəki şəhərindəki 11 saylı tam orta məktəb üçün də 960 şagird yerlik yeni binanın tikintisinə başlanılıb. Prezident İlham Əliyevin ötən il oktyabrın 29-da imzaladığı Sərəncama əsasən inşa edilən yeni məktəb binasının tikintisi üçün Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb. Şəki şəhər Təhsil şöbəsindən verilən məlumata görə, minə yaxın şagirdin təhsil aldığı məktəb indiyədək uyğunlaşdırılmış binada fəaliyyət göstərib. Yeni məktəb binasının bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.
Bundan başqa, Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına İmişlinin Qızılkənd kənd tam orta məktəbi üçün yeni üçmərtəbəli bina inşa olunur. Artıq binanın bünövrəsi tökülüb, hörgü işləri aparılır. İnşa olunan 620 yerlik təhsil ocağında 24 sinif otağı olacaq. Məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq. Təhsil ocağı müasir istilik sistemi ilə təchiz ediləcək və burada fənn kabinetləri, laboratoriyalar, yeməkxana, idman və akt zalları, kompüter otaqları fəaliyyət göstərəcək.
Binanın tikintisi yeni dərs ilinədək başa çatdırılacaq. Qeyd edək ki, hazırda rayonun Aranlı kənd 1 nömrəli tam orta məktəb binasının tikintisi və Muradxanlı kənd ümumi orta məktəbi üçün modul tipli binanın quraşdırılması da davam etdirilir.
Biləsuvar rayonunda isə bir əsrlik tarixi olan Nizami Gəncəvi adına 1 nömrəli şəhər tam orta məktəbi üçün yeni binanın tikintisinə başlanılıb. Bina ölkə başçısının müvafiq Sərəncamı ilə ayrılmış vəsait hesabına inşa olunur. İnşa edilən 1176 yerlik təhsil ocağında 54 sinif otağı olacaq. Təhsil ocağı müasir istilik sistemi ilə təchiz ediləcək və burada fənn kabinetləri, laboratoriyalar, 218 yerlik yeməkxana, idman və akt zalı, kompüter otaqları fəaliyyət göstərəcək. Bir sözlə, məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq.
Qeyd edək ki, məktəb binasının tikintisi yeni dərs ilinədək başa çatdırılacaq.
Məlum olduğu kimi, son illərdə respubikamızda ənənəvi məktəb binalarının inşası ilə yanaşı, modul tipli məktəb binalarının quraşdırılması da həyata keçirilir. Modul tipli məktəb binalarının üstünlüyü onların azməsrəfli olması, qısa müddətdə istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun rahatlıqla azaldılıb-artırılmasıdır. Binaların tikintisində əsasən yerli istehsal olan məhsullardan istifadə edilir.
Hazırda laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində modul tipli üç məktəb binası quraşdırılır. Binaların tikinti-quraşdırma işləri Prezident İlham Əliyevin “Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” 2018-ci il 16 fevral tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına həyata keçirilir.
Ağbulaq kənd tam orta məktəb üçün quraşdırılan bina 56, Sonasar və Katos ümumi məktəbləri üçün qurulan binalar isə 40 şagird yerlikdir. Tikinti-quraşdırma işlərinin bu ayın sonunadək başa çatdırılması nəzərdə tutulur. Məktəblər müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin ediləcək, həyətlərində abadlıq işləri aparılacaq, yaşıllıqlar salınacaq.
Modul tipli məktəb binalarından ikisi isə hazırda Tərtər rayonunda quraşdırılır. Tikinti-quraşdırma işləri Prezident İlham Əliyevin “Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” 2018-ci il 16 fevral tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına həyata keçirilir. Kovdadıq kənd tam ibtidai məktəbi üçün quraşdırılan bina 20, Zolgörən ümumi orta məktəbi üçün qurulan bina isə 56 şagird yerlikdir. Tikinti-quraşdırma işləri Təhsil Nazirliyinin sifarişi ilə aparılır. Artıq binaların bünövrəsi tökülüb və quraşdırma işləri görülür. Binalar müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin ediləcək, həyətlərində abadlıq işləri aparılacaq, yaşıllıqlar salınacaq. Qeyd edək ki, ötən il Tərtər rayonunun Bayandur və Poladlı kəndlərində də modul tipli məktəb binaları quraşdırılıb.
Neftçala rayonunda da bu istiqamətdə xeyli iş görülüb. Son illər rayonda 15 yeni məktəb binası tikilib istifadəyə verilib, 3 bina isə əsaslı təmir olunub. Təkcə 2016-cı ildə rayonun ayrı-ayrı kəndlərində 5 modul tipli məktəb binası quraşdırılaraq şagirdlərin ixtiyarına verilib. Dövlətimizin başçısının Sərəncamı ilə ötən ildən başlayaraq rayonda modul tipli daha 7 məktəb binası quraşdırılır. Rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov bildirib ki, məktəb binaları rayonun Mirzəqurbanlı, Pirəppə, Qaraqaşlı, Aşağı Sura, Xoltəzəkənd, Xolqaraqaşlı və Qazaxbərə kəndlərində inşa olunur. Ümumi orta məktəblər üçün nəzərdə tutulan binaların beşi 56, ikisi isə 80 şagird yerlikdir. Artıq Pirəppə və Qaraqaşlı kəndlərində 56 şagird yerlik ümumi orta məktəb üçün quraşdırılan tikililərdə inşaat işləri yekunlaşıb. Qalan 5 binanın tikintisində işlər sürətlə davam etdirilir. Məktəb binalarının inşası yeni dərs ilinə kimi başa çatdırılacaq.
Qəzalı vəziyyətdə olan ümumtəhsil müəssisələrinin modul tipli məktəblərlə əvəzlənməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi, Lerik rayonunda da yeni məktəb binaları inşa edilir. Ötən tədris ilində Lerikdə modul tipli 5 məktəb binası quraşdırılaraq müəllim və şagirdlərin ixtiyarına verilib. Bu il isə rayonda bu tipli 10 məktəb binasının quraşdırılması nəzərdə tutulub.
Artıq yeni məktəblərin ikisi istifadəyə verilib. Hazırda rayonun Monidigah kəndində 1937-ci ildə tikilmiş məktəbin həyətində 96 şagird yerlik modul tipli məktəb binasının quraşdırılması davam etdirilir. Yeni məktəb binası fevral ayında istifadəyə veriləcək.
Təhsil Nazirliyinin sifarişi ilə Ağsu rayonunda isə üç kənd məktəbi üçün modul tipli bina quraşdırılır. Yeni binalar Ə.Eldarov adına Abasxanlı kənd tam orta və Sarvan kənd ümumi orta məktəblərinin hər biri üçün 96, Sanqalan kənd ümumi orta məktəbi üçün isə 40 şagird yerlik olacaq. Hər üç tədris ocağının gələn dərs ilinədək istifadəyə verilməsi nəzərdə tutulub. Binalar müasir inventar və avadanlıqla, habelə internet şəbəkəsi və kompüterlə təmin ediləcək, idman meydançaları salınacaq.
Onu da qeyd edək ki, Oğuz rayonunun Mollalı, Baş Daşağıl və Xaçmazqışlaq kəndlərində tam orta məktəblər üçün quraşdırılan hər biri 96 şagird yerlik modul tipli binalarda tikinti işləri artıq yekunlaşmaq üzrədir. Yeni məktəb binalarının yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur. Oğuz rayon Təhsil şöbəsindən bildiriblər ki, bu təhsil ocaqları indiyədək uyğunlaşdırılmış və ya qəzalı vəziyyətdə olan binalarda fəaliyyət göstərib. Bundan əlavə, 2017-ci ildə rayonun Yemişənli və Qarabaldır kəndlərində ümumi orta məktəblər üçün hər biri 96, Xalxalqışlaq kəndində isə ibtidai məktəb üçün 20 yerlik modul tipli binalar quraşdırılaraq şagirdlərin istifadəsinə verilib. Ümumiyyətlə, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə son 10 ildə Oğuz rayonunda 17 yeni məktəb binası tikilib istifadəyə verilib, 3 modul tipli bina quraşdırılıb, 4 məktəb binası isə əsaslı təmir olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

