Azərbaycançılıq ölkəmizin inkişafının ideoloji əsaslarını təşkil edən milli məfkurədir
10.04.2021 [08:38]
Ekspertlərin qənaətinə görə, azərbaycançılıq ideologiyası yeni mərhələdə də milli maraqlara əsaslanan strateji hədəflərin gerçəkləşdirilməsində mühüm rol oynayacaq
Azərbaycançılıq milli dövlət ideologiyası kimi, Azərbaycan Respublikasının Konstitusiya əsaslarına söykənən, Azərbaycanın müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir. Bir qədər də geniş ifadə etsək, azərbaycançılıq müstəqil, suveren Azərbaycanın istiqlalını və ölkəmizdə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır.
Bəs Azərbaycançılıq ideologiyasının tarixi əsasları haqqında nə demək olar? Məsələ ilə bağlı Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, zaman-zaman azərbaycançılıq ideologiyası haqqında fikirlər irəli sürülüb, məqalələr yazılıb, araşdırmalar aparılıb. Onun sözlərinə görə, bütün bunların fonunda Azərbaycanın dövlət müstəqilliyini qazandığı, müasir dünya ilə çoxşaxəli əlaqələrini qurub inkişaf etdirdiyi dövrdə azərbaycançılıq ideologiyasının iqtisadi, sosioloji və politoloji aspektləri diqqəti daha çox cəlb edir: “Müxtəlif dövrlərdə görkəmli elm və mədəniyyət xadimlərimiz azərbaycançılıq ideyasını əsərlərində geniş şəkildə təhlil etmişlər. Ümumiyyətlə, ötən əsrin əvvəllərindən azərbaycançılıq ətrafında gedən ideya və fikirlərə nəzər saldıqda aydın olur ki, azərbaycançılıq ideyasının təkamül prosesi çoxşaxəli və ziddiyyətli olub. Milli dövlətçilik hərəkatının qabaqcıl nümayəndələrinin və Xalq Cümhuriyyətinin qurucularının konsepsiyasına görə müstəqillik ideyası ölkədə yaşayan bütün xalqların hüquq bərabərliyinin tanınmasına əsaslanırdı. Onun fəlsəfi əsası azərbaycançılıq, islamçılıq və müasirləşmə şüarından ibarət idi. Bu şüar Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi doktrinasını təşkil edirdi”.
Azərbaycançılıq ideologiyasının ayrı-ayrı şəxslərin düşüncə və duyğularına hakim kəsilən təsəvvürlərin məcmusunu, onların özlərinin, ailələrinin, xalqının, Vətəninin sabahı naminə arzularını əks etdirdiyini deyən millət vəkili əlavə edib ki, Azərbaycançılığın ilkin dövrlərdə türkçülük və islamçılıq kimi ideyalardan faydalandığını da inkar etmək olmaz: “Azərbaycan milli hərəkatının ilk tədqiqatçılarından olan Mirzə Bala Məhəmmədzadənin qeyd etdiyi kimi, hələ 1905-ci ilə qədər Azərbaycan cəmiyyətində milli birlikdən daha çox dini birlik anlayışı üstünlük təşkil edirdi. Azərbaycançılıq ideyasını ilk dəfə yaradıcılığının ana xəttinə çevirməkdən çəkinməyən Cəlil Məmmədquluzadənin özü də əsərlərində İslam və Şərq siyasi mənliyinin ideoloqu kimi çıxış edirdi”.
Məlahət İbrahımqızı qeyd edib ki, zaman-zaman Azərbaycanın böyük tarixi şəxsiyyətləri azərbaycançılığı bir ideya olaraq görürdü. Xalqımızn Ümummilli Lideri Heydər Əliyevin isə onlardan böyük fərqi ondan ibarət oldu ki, O, azərbaycançılığı dövlət ideologiyasına çevirdi. Ulu Öndər Heydər Əliyev deyirdi: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən mənəvi-ideoloji mexanizm oldu. Belə ki, azərbaycançılıq təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək, dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrildi. Görülən davamlı tədbirlər sayəsində xalqın, milli dövlətimizin məfkurəsinə çevrilən azərbaycançılıq ideologiyası, eyni zamanda, mənəvi-ideoloji müstəvidə milli inkişafın praktik modeli oldu.
“Azərbaycançılıq ideologiyası real tarixi keçmişimizlə, milli mentalitetimizlə və mövcud dəyərlərlə sıx bağlıdır”, - deyən deputat əlavə edib ki, digər tərəfdən, bu ideologiya siyasi mənsubiyyətindən və dini əqidəsindən asılı olmayaraq, bütün etnik qrupların, milli azlıqların hüquqlarını paritet əsasda təsbit etdiyindən milli həmrəylik mənbəyinə çevrildi. Başqa sözlə, ictimai şüurun spesifik səviyyəsi kimi müstəqil Azərbaycan dövlətinin ideya əsasına və dünya azərbaycanlılarını birləşdirən milli məfkurəyə çevrilən azərbaycançılıq ideologiyası ölkədəki bütün konfessiya və etnosların həmrəylik və qarşılıqlı anlaşma mühitində yaşamasını təmin edən ideoloji faktor səciyyəsi daşıdı.
Qeyd olunub ki, azərbaycançılıq ideologiyasına mənəvi sərvət kimi yanaşan Ümummilli Lider Heydər Əliyevin də bəyan etdiyi kimi, azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq, daim öz milli, mənəvi dəyərlərinə, milli köklərinə sadiq olmalıdırlar. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır: “Azərbaycan dövləti müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan bütün azərbaycanlılar üçün əsas ideya olub. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Millət vəkili onu da vurğulayıb ki, 2020-ci ilin ən əsas tarixi hadisəsinə çevrilmiş işğal altındakı torpaqlarımızın azad edilməsi xalqımızın milli birliyinin, həmrəyliyinin gücünü bir daha nümayiş etdirdi. Hələ 2020-ci ilin yayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində ermənilərin törətdikləri hərbi təxribatların qarşısının Azərbaycan Silahlı Qüvvələri tərəfindən uğurla alınması zamanı Azərbaycan diasporasının nümayəndələri də xarici ölkələrdə bir sıra kütləvi aksiyalar keçirərək ölkəmizə dəstəklərini nümayiş etdirdilər. Bununla onlar həm də yaşadıqları ölkələrin Azərbaycanın haqq işinə dəstək verməsində əsaslı rol oynamış oldular. Eləcə də diaspora üzvlərimizin nümayiş etdirdiyi milli birlik illərdir ki, təbliğ olunan “erməni lobbisinin gücü” mifini də darmadağın etdi. Təbii ki, sərhədlərimizdən kənarda həmyerlilərimizin nümayiş etdirdiyi bu birlik məhz ideoloji birliyimizdən doğan uğurumuzdur. “Həmin dövrdə ölkəmizin haqq səsini dünyaya çatdıran, erməni təcavüzünün ifşasına yönəlik dinc aksiyalar keçirən soydaşlarımız yaşadıqları ölkələrdə erməni lobbisini və terror qruplarını ifşa etdi. Bu, azərbaycançılıq ideologiyasının milli birliyimizin formalaşmasındakı, milli həmrəyliyimizin təmin edilməsindəki təntənəsidir”, - deyən M.İbrahimqızı bildirib.
Vurğulanıb ki, müharibənin başladığı ilk andan xalqımızda böyük coşqu yarandı, minlərlə könüllü torpaqlarımızı azad etmək üçün müvafiq dövlət orqanlarına müraciət edirdi. “Ən vacib məqam odur ki, bütün cəmiyyətimiz Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevin və ordumuzun ətrafında sıx birləşərək möhtəşəm dəstək nümayiş etdirdi. Ölkədə fəaliyyət göstərən 50 siyasi partiya bəyanat verərək Ali Baş Komandanın yanında oldu. Bəyanata imza atanların arasında müxalifət partiyaları da var idi. Bu o demək idi ki, ümummilli məsələlərdə, Qarabağın azadlığı uğrunda mübarizədə bütün siyasi qüvvələr eyni mövqedən çıxış edir. Cəmi iki partiya istisna olmaqla bütün partiyaların həmin bəyanatı imzalaması milli birliyin göstəricisi idi. Eləcə də ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da vahid mövqedən çıxış etdilər. Bundan başqa, Azərbaycanda yaşayan müxtəlif xalqların, dini konfessiyaların nümayəndələri də bu məsələdə həmrəy oldular. Ayrı-ayrı etnik qrupların nümayəndələrini təmsil edən oğullar ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə iştirak etdilər, onların arasında qəhrəmancasına şəhid olanlar da var. Həmçinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda başlatdığı haqq savaşına xaricdə yaşayan azərbaycanlılar da tam dəstək verdi, onların böyük əksəriyyəti aparılan əks-hücum əməliyyatlarında iştirak etmək üçün müraciətlər etdi, eləcə də sosial şəbəkələrdə həm ermənilərin, həm də onlara havadarlıq edən bir sıra xarici mərkəzlərin apardıqları çirkin yalan kampaniyalarına qarşı mübarizə apardı. Əlbəttə ki, bu möhtəşəm birlik və həmrəylik Vətən müharibəsində qələbəmizin təmin olunmasını şərtləndirdi. Bütün bunların əsasında isə azərbaycançılıq ideologiyası dayanırdı. Yəni Vətən müharibəsində qələbənin qazanılmasında azərbaycançılıq ideologiyası da mühüm rol oynayır”, - deyə deputat vurğulayıb.
Ümumiyyətlə, ekspertlərin qənaətinə əsasən, azərbaycançılıq ideologiyası yeni mərhələdə də milli maraqlara əsaslanan strateji hədəflərin gerçəkləşdirilməsində mühüm rol oynayacaq. Millət vəkili Məlahət İbrahimqızı söyləyib ki, yeni mərhələdə də azərbaycançılıq ideologiyasının birləşdirici faktor olacağı şübhəsizdir: “Bilirsiniz ki, Vətən müharibəsində qazandığımız qələbədən sonra ölkəmizdə, eləcə də regionumuzda yeni reallıqlar yaranıb. Azərbaycanın qarşısında yeni imkanlar açılıb, ölkəmiz yeni hədəflərə doğru irəliləyir. Ən başlıca vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinin aparılmasıdır. Cənab Prezidentin birbaşa nəzarəti altında bu işlər sistemli şəkildə həyata keçirilir. Eyni zamanda, 44 günlük müharibədə sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan hazırda beynəlxalq miqyasda Azərbaycana qarşı kampaniya aparır. Ermənilər saxta, yalan məlumatlar yaymaqla ölkəmizin imicinə zərbə vurmağa çalışırlar. Hesab edirəm ki, azərbaycançılıq məfkurəsinin işığından bəhrələnən hər bir vətəndaşımız, o cümlədən xaricdə yaşayan həmyerlilərimiz Qarabağın yenidən qurulmasına, eləcə də erməni yalanlarının ifşa olunmasına öz töhfələrini verməlidir. İnanıram ki, belə də olacaq”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

