Azərbaycanda sahibkarlığın inkişafına dövlət tərəfindən hərtərəfli dəstək göstərilir
07.07.2021 [11:52]
Biznes mühitinin ardıcıl olaraq optimallaşdırılması, ixracın və investisiyaların səmərəli təşviq mexanizmlərinin işə salınması, vergi güzəştləri və bu kimi digər tədbirlər ölkəmizdə sahibkarlığa marağı əhəmiyyətli dərəcədə artırıb
Azərbaycan özəl bölmədə istehsal və ixrac imkanlarını genişləndirməyi hədəfləyib. Bu strateji kursa uyğun olaraq respublikamızda liberal iqtisadiyyatın inkişafı güclü şəkildə təşviq olunur, sahibkarlara dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Bütövlükdə, son illərdə respublikamızda liberal iqtisadiyyatın inkişafına hesablanan tədbirlərin əhatə dairəsi kifayət qədər genişdir. Xüsusilə biznes mühitinin ardıcıl olaraq optimallaşdırılması, ixracın və investisiyaların səmərəli təşviq mexanizmlərinin işə salınması, vergi güzəştləri ölkəmizdə sahibkarlığa marağı əhəmiyyətli dərəcədə artırıb. Bu gün dövlət qayğısından, ölkə üzrə yaradılan yüksəksəviyyəli infrastrukturdan bəhrələnən çoxsaylı sahibkarlar milli iqtisadiyyatımızın inkişafına öz sanballı töhfələrini verirlər. Respublikamızda ÜDM istehsalında qeyri-neft iqtisadiyyatının, o cümlədən də özəl bölmənin xüsusi çəkisinin artması böyük məmnunluq doğurur. Biz sahibkarların fəallığının artmasını həm qeyri-neft sənayesində, həm də kənd təsərrüfatında müşahidə edirik.
Ölkədə sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublikamızda liberal iqtisadiyyatın inkişafını hədəfləyən tədbirlər çoxşaxəlidir və müxtəlif istiqamətləri əhatə edir. Ölkədə reallaşdırılan yeni nəsil islahatlar çərçivəsində “Doing Business”in biznesə başlama indikatoru üzrə hüquqi şəxslərin cəmi bir prosedurla onlayn dövlət qeydiyyatına alınması üçün əlverişli şərait yaradılıb. Hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti 3,5 gündən 0,5 günə endirilib, ilkin qeydiyyatla bağlı 90 manat təşkil edən xərclər ləğv edilərək, prosedurun tam ödənişsiz olması müəyyənləşdirilib.
Ölkəmizdə reallaşdırılan yeni nəsil islahatların bir qismi isə özəl sahədə investisiya fəallığının artırılmasına, o cümlədən sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsinə hədəflənib. Bütövlükdə, son 18 ildə ölkə üzrə investisiya layihələrinin ümumi dəyəri 5990732000 manat olan 38320 mindən çox sahibkara 2571638000 manat dövlət güzəştli krediti verilib. 2020-ci ildə respublikamızda pandemiya səbəbindən yaşanan çətinliklərə baxmayaraq, sahibkarlıq subyektlərinin güzəştli qaydada maliyyələşdirilməsi davam etdirilib. 2020-ci ildə SİF tərəfindən sahibkarlara müvəkkil kredit təşkilatları vasitəsilə layihələrin ümumi dəyəri 397 milyon manat olan 908 investisiya layihəsinin maliyyələşdirilməsinə 126,9 milyon manat güzəştli kredit verilib. 2021-ci ilin ilk dörd ayı ərzində isə Fond tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 217 sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 18,6 milyon manat güzəştli kredit təqdim olunub. Bu kreditlərin reallaşdırılması nəticəsində 600-dək yeni iş yerinin açılması imkanı yaranıb. Verilən kreditlərin 43 faizi aqrar sektorun, 57 faizi müxtəlif sənaye məhsullarının istehsalı və emalına yönəldilib. Güzəştli kreditlərin 73 faizi regionlarda, 27 faizi isə Bakı şəhərinin qəsəbələrində fəaliyyət göstərən sahibkarlara verilib.
Milli sahibkarlıq subyektlərinin beynəlxalq əlaqələri genişlənir
Davamlı dövlət qayğısı sayəsində milli iqtisadiyyatımızda yeri və rolu artan sahibkarlıq subyektlərinin beynəlxalq əlaqələrinin genişlənməsi məmnunluq doğurur. Son vaxtlarda milli şirkətlərimizin məhsulları beynəlxalq sərgilərdə uğurla təmsil olunur. Azərbaycan cari ilin iyun ayında Çinin Heyloncian vilayətinin paytaxtı Harbin şəhərində keçirilən 31-ci Beynəlxalq İqtisadiyyat və Ticarət sərgisində “Fəxri qonaq ölkə” statusunda iştirak edib. Pandemiya ilə əlaqədar Harbin şəhərində tətbiq edilən məhdudiyyətlər səbəbindən, bu il onlayn formatda keçirilən sərgidə Azərbaycan üçün 1810 kvadratmetrlik 3D formatında onlayn “Made in Azerbaijan” vahid ölkə stendi hazırlanıb. Stenddə 20-dən çox milli şirkətin xalçaçılıq, qida və içki sənayesinə aid məhsulları nümayiş etdirilib.
Bundan başqa, ABŞ və Xəzər regionu arasında enerji, dayanıqlı inkişaf və sahibkarlıq məsələlərinin müzakirə olunduğu 5-ci İllik Transxəzər Forumunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də təmsil olunub.
Cari ilin iyun ayında Ukrayna-Azərbaycan İşgüzar Şurasının yaradılması da Azərbaycan sahibkarlarının beynəlxalq əlaqələrinin genişlənməsi yolunda atılan növbəti uğurlu addmdır. Qeyd edək ki, iyunun 24-də Ukrayna-Azərbaycan İşgüzar Şurasının yaradılması haqqında KOBİA və Ukraynanın Ticarət və Sənaye Palatası arasında Saziş imzalanıb və Şuranın ilk iclası keçirilib. İşgüzar Şuranın yaradılması haqqında sazişi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Ukraynanın Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov imzalayıblar. Şurada iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 70-dən çox iş adamı və dövlət qurumlarının nümayəndələri təmsil olunurlar.
Azərbaycanın milli sahibkarlıq subyektlərinin beynəlxalq arenada təmsil olunması son dərəcə qürurverici haldır. Bu, ölkəmizdə güclü sahibkarlar ordusunun formalaşdığını əyani şəkildə təsdiqləyir. Eyni zamanda, beynəlxalq sərgilərə və xarici ölkələrdə keçirilən digər tədbirlərə qatılan sahibkarlar “Made in Azerbaijan” brendinin təbliğinə öz töhfələrini verirlər.
Mübariz ABDULLAYEV
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

