Aparılan islahatlar milli mediamızın inkişafına xidmət edir
11.08.2021 [09:02]
Şəlalə Həsənova: Prezident İlham Əliyev tərəfindən mətbuatın inkişafına xüsusi diqqət və qayğı göstərilməsinin nəticəsidir ki, bu gün ölkəmizin kütləvi informasiya vasitələri dünya informasiya məkanına sürətlə inteqrasiya edir
Müstəqillik dövründə ölkəmizdə insan hüquq və azadlıqlarının təməl prinsiplərindən olan fikir, söz və ifadə azadlığının, plüralizmin təmin edilməsi sahəsində mühüm addımlar atılıb. Belə ki, bu zamana qədər kütləvi informasiya vasitələrinin (KİV) inkişafı üçün vacib tədbirlər görülüb. Təbii ki, ötən dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçib. Bununla belə, bütün dünyada kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların və iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac duyulur. Məhz bu səbəbdən hazırda Azərbaycan mediasında yeni islahatların reallaşdırılması prosesi gedir.
Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri, Əməkdar jurnalist Şəlalə Həsənova “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirib ki, 23 il öncə mətbuat tariximizin ən əlamətdar hadisələrindən biri baş verib: “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanla ölkəmizdə senzura ləğv olunub. Bununla da Azərbaycan mətbuatının inkişafında yeni dövrün başlanğıcı qoyulub. Çünki bu qətiyyətli addım müstəqil medianın səmərəli fəaliyyəti, jurnalistlərin öz fikrini azad, sərbəst şəkildə ifadə etməsi üçün geniş imkanlar açıb. Ötən dövr ərzində məlumat azadlığı və plüralizmin inkişafı ilə bağlı ölkəmizdə mühüm sənədlər qəbul edilib. Bütün bunlar dövlətimizin söz və mətbuat azadlığına önəm verdiyinin təsdiqidir. Eyni zamanda, milli mətbuatımızın bugünkü nailiyyətləri məhz Ulu Öndərin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində əldə olunub. Prezident İlham Əliyev tərəfindən mətbuatın inkişafına xüsusi diqqət və qayğı göstərilməsinin nəticəsidir ki, bu gün ölkəmizin kütləvi informasiya vasitələri dünya informasiya məkanına sürətlə inteqrasiya edir”.
Son dövrlərdə milli mediamızın inkişafı sahəsində yeni islahatların həyata keçirilməsinə, o cümlədən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılmasına toxunan kafedra müdirinin sözlərinə görə, XXI əsrdə möhtəşəm zəfərə nail olan ölkəmizdə media siyasətində də ciddi dəyişikliklərin edilməsi çox mühüm əhəmiyyətə malikdir: “Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən qələbə regionda yeni reallıqlar yaradıb. Yeni reallıqların işıqlandırılması və geniş təbliğ edilməsi üçün medianın üzərinə böyük məsuliyyət və ciddi öhdəliklər düşür. Bu baxımdan, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması haqqında” dövlət başçısı tərəfindən imzalanan 12 yanvar 2021-ci il tarixli Fərman xüsusi önəm kəsb edir”.
Əməkdar jurnalist yeni yaradılmış MEDİA-nın Nizamnaməsində yer alan müddəalara diqqəti yönəldərək onların bugünkü çağırışlara cavab verdiyini vurğulayıb: “Jurnalistika sahəsi üzrə mütəxəssis kimi deyə bilərəm ki, orada müasir medianın fəaliyyət istiqamətləri və tələbləri yer alıb. Eyni zamanda, medianın inkişafının dəstəklənməsinin əsas hədəf kimi seçilməsini yüksək qiymətləndirmək olar. Media sahəsində peşəkar mütəxəssislərin hazırlanması, jurnalistlər üçün əlavə təhsil və təlimlərin təşkilinin, çap, onlayn və audiovizual medianın işinin təkmilləşdirilməsinin, yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin stimullaşdırılmasının qarşıya hədəf kimi qoyulması müsbət haldır. Eyni zamanda, yeni yaradılmış qurumun Nizamnaməsində dövlətin informasiya siyasətinə dair məsələlərin nəzərdə tutulması təqdirəlayiqdir”.
Ş.Həsənova deyib ki, MEDİA-nın yaradılmasına Azərbaycan mediasının inkişafa və yeni çağırışlara hazır olmasını hədəfləyən bir proses kimi yanaşmaq olar: “Burada əsas hədəflər kimi erməni təbliğatına qarşı güclü informasiya strategiyasının hazırlanması, dövrün tələblərinə uyğun olaraq yeni kommunikasiya siyasəti konsepsiyasının gündəmə gətirilməsi, diplomatik korpuslar və diasporla işin gücləndirilməsi istiqamətində sistemli media fəaliyyətinin təşkili, müxtəlif beynəlxalq platformalarda Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi istiqamətində yeni təşəbbüslərin irəli sürülməsi və informasiya mübarizəsinin genişləndirilməsi, ölkə daxilindəki ictimai-siyasi qurumların, vətəndaş cəmiyyəti təşkilatlarının, siyasi partiyaların ümummilli məsələlərdə həmrəyliyə yönəlmiş fəaliyyətlərinin cəlbedici formalarının işıqlandırılması vacibdir”.
Kafedra müdirinin sözlərinə görə, MEDİA-nın son aylarda həyata keçirdiyi tədbirləri ölkəmizdə medianın inkişafı istiqamətində atılan mühüm addımlar kimi qiymətləndirmək olar: “Xüsusilə, media subyektlərinin və jurnalistlərin fəaliyyətinin stimullaşdırılması üçün atılan addımlar, o cümlədən çap və onlayn media subyektlərinin öz işini yenidən qurması və inkişaf etdirməsi üçün müsabiqələrin təşkili və onların nəticələrinə uyğun olaraq çox sayda media subyektinə maliyyə yardımı ayrılması mühüm önəm kəsb edir”.
“Media haqqında” qanun layihəsinin hazırlanması prosesinə də diqqət çəkən Əməkdar jurnalistin sözlərinə görə, ictimaiyyətin bu məsələyə marağı böyükdür: “Media haqqında” Qanun layihəsinin müzakirəsi çox maraqlı keçir. Medianın İnkişafı Agentliyinin xüsusi dəstəyi ilə jurnalistlərin və bu sahə üzrə mütəxəssislərin iştirakı ilə keçirilən müzakirələr çox əhəmiyyətlidir. Yeni “Media haqqında” Qanunun KİV sahəsində indiyə qədər mövcud olan qanunvericilik sənədlərindən daha mükəmməl olması üçün hamımızdan fəallıq tələb olunur. “Media haqqında” Qanunda yeni konseptual yanaşmaların öz əksini tapacağına və müasir çağırışlara cavab verəcəyinə inam böyükdür”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14

