Vətəndaşlarımız işğaldan azad olunan ərazilərdə rahat, təhlükəsiz yaşayacaqlar
21.08.2021 [11:37]
Müşfiq Məmmədli: Güclü dövlət olan Azərbaycan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir
Azərbaycanın qəti qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışın təmin olunması hazırda ölkəmizin əsas prioritetlərindəndir. Belə ki, tarixi qələbəmizin ardından işğaldan azad edilmiş regionlarımızda yeni infrasrukturun qurulması, evlərin tikilməsi, o cümlədən yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində aparılan sürətli işlər onu deməyə əsas verir ki, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarımız yaxın zamanlarda öz doğma yurd-yuvalarına qovuşacaqlar. Bu məqamda xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” yuxarıda bəhs edilən məqamlar baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə dərin struktur-institusional islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycan dövlətinin qüdrətinin daha da artırılması “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” də öz əksini tapmaqdadır. Bundan başqa, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşmanın təmin edilməsi də sözügedən sənəddə özünü ehtiva etməkdədir. Bu mənada, qısa zaman kəsiyində Zəngilan rayonunda “Ağıllı kənd” layihələrinin icrası ilə bağlı görülən işlər, Füzuli, Zəngilan Laçın rayonlarında hava limanlarının tikilməsi istiqamətində atılan addımlar, o cümlədən Kəlbəcər rayonunda infrastrukturun qurulması yönündə aparılan fəaliyyət bir daha onu təsdiqləyir ki, regionun lider dövləti olan Azərbaycan işğaldan azad etdiyi torpaqlarda qısa zaman kəsiyində həyatı canlandıracaq.
İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışla bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, 44 günlük Vətən müharibəsində şanlı Qələbə qazanaraq işğalçı Ermənistanı kapitulyasiyaya məruz qoyan və özünün ərazi bütövlüyünü təmin edən Azərbaycanın qarşısında post-müharibə dövründə yeni çağırışlar, yeni vəzifələr dayanır. Millət vəkilinin fikrincə, yeni çağırışlar Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin bərpasının həyata keçirilməsi, həmin regionlarda yaşayışın mümkünlüyü üçün zəruri addımların atılması və Böyük Qayıdışın təmin edilməsi ilə bağlıdır. M.Məmmədli onu da vurğulayıb ki, müharibənin başa çatmasından dərhal sonra işğaldan azad edilmiş regionlara yeni yolların çəkilməsi bir daha onu təsdiqləyir ki, dövlətimiz bərpa-abadlıq işlərini mümkün qədər sürətli və tez həyata keçirmək niyyətindədir: “Bu ilin fevralında Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncam onu göstərir ki, Azərbaycan dövləti yaxın gələcəkdə nəinki həmin əraziləri bərpa edəcək, hətta oranı yenidən və innovativ əsaslarla qurmağa nail olacaqdır. Artıq bu istiqmətdə addımlar atılmaqdadır”.
Millət vəkili Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfərinə diqqət çəkərək vurğulayıb ki, artıq bu regionlarımızda da yeni enerji, yol və digər zəruri infrastrukturun qurulması yönündə işlər görülür ki, bu da Böyük Qayıdışın təmin edilməsi üçün vacib şərtdir: “Cənab Prezitdentimiz Kəlbəcər və Laçın rayonlarında bir sıra yeni obyektlərin açılışını etdi. Məsələn, Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murov dağında inşa olunacaq 11,6 kilometrlik tunelin təməlinin qoyulması, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin təməlinin qoyulması, eləcə də ölkə başçısının Kəlbəcər Kiçik Su Elektrik Stansiyasında görülən işlərlə tanış olması, 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak etməsi, Laçın Beynəlxalq Hava Limanının təməlini qoyması bir daha onu göstərir ki, Azərbaycan dövləti işğaldan azad olunmuş torpaqlarda həyatın yenidən canlanması, oraya qayıdacaq vətəndaşların rifahının yüksəldilməsi və işlə təmini istiqamətində tədbirlər görməkdədir. Bu gün Kəlbəcər yaylaqlarında kənd təsərrüfatının daha yüksək inkişafı üçün olduqca geniş potensial mövcuddur və bundan istifadə olunur. Kəlbəcər dağları kənd təssərrüfatının ən gəlirli sahələrinin inkişafı üçün münbitdir”.
M.Məmmədli onu da qeyd edib ki, Azərbaycan dövləti işğaldan azad edilən ərazilərdə bərpa işlərini ardıcıllıqla və planlı şəkildə həyata keçirmək niyyətindədir: “Xüsusi olaraq vurğulanmalıdır ki, cənab Prezidentimizin müvafiq Fərmanına əsasən yeni iqtisadi zonaların formalaşdırılması, eləcə də işğaldan azad olunmuş bölgələrin yenidən şəkilləndirilməsi də “Böyük Qayıdış” planının mühüm komponentlərindəndir. Avqustun 16-da Kəlbəcər şəhərində Dövlət bayrağının ucaldılması ilə bağlı mərasimdəki çıxışında da bu məqama toxunan dövlətimizin başçısı bildirdi ki, “Mənim Sərəncamımla 14 iqtisadi rayon yaradıldı. Onların arasında iki iqtisadi rayonun yaradılması diqqət çəkdi - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Hesab edirəm ki, bu da çox düzgün addımdır. Bu, həm tarixə əsaslanır, eyni zamanda, gələcəyə əsaslanır”. Bununla yanaşı, dövlətimizin başçısı işğaldan azad edilmiş bölgələrimizlə bağlı dedi ki, yenidənqurma, bərpa işlərinə artıq start verilib, bu da əsas vəzifələrdən biridir. Keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran məsələdir. Prezident bildirdi ki, “Mən artıq bildirmişəm, Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək. Eyni zamanda, Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında da pilot kəndlər seçildi. Artıq işlər gedir ki, o kəndlərin bərpasına start verək və vətəndaşları oraya qaytaraq. Ağdam şəhərinin Baş planı təsdiqləndi, digər şəhərlərin Baş planının təsdiqlənməsi yaxın aylarda nəzərdə tutulur”. Bu isə onu deməyə əsas verir ki, çox yaxın gələcəkdə vaxtilə öz doğma yurd-yuvalarından qovulmuş, qaçqın və məcburi köçkün halına salınmış Azərbaycan vətəndaşları öz torpaqlarına qayıdacaqlar”, - deyən M.Məmmədli əlavə edib ki, şübhəsiz, güclü dövlət olan Azərbaycan işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir.
Pərviz SADAYOĞLU
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

