Gənclərlə iş müasir yanaşma tələb edir
22.09.2021 [14:16]
Üzeyir Şəfiyev: Azərbaycan gəncliyinin qarşısında duran ən mühüm vəzifələr dövlətçiliyi qorumaq, ölkənin gücünün, qüdrətinin artmasına töhfə vermək, milli ideyaların, mənəvi dəyərlərin daşıyıcısı olmaq, ölkəmizi layiqincə təmsil etməkdir
Azərbaycanda gənc nəslin fiziki və mənəvi inkişafı daim dövlətin diqqət mərkəzindədir. Məhz bu kontekstdə ötən illər ərzində müxtəlif qərarlar qəbul edilib, müvafiq Dövlət proqramları əsasında genişmiqyaslı işlər görülüb. Bu məqamda, vurğulayaq ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi Azərbaycanın çox mühüm uğurlar qazanmasını şərtləndirib. Hazırda gənclər cəmiyyətin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir, ölkəmiz üçün taleyüklü məsələlərin həllində fəal iştirak edir, böyük uğurlara imza atırlar. Bununla yanaşı, 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanılmasında vətənpərvər gənclərimizin müstəsna rolu və xidmətləri var. Belə ki, Azərbaycan gəncləri döyüş meydanında yüksək iradə, əzm, milli ruh və cəsarət nümayiş etdiriblər.
Bununla yanaşı, Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlər əsasında - vətənpərvərlik ruhunda tərbiyəsi daim diqqət mərkəzində olmalıdır. Ona görə də bu istiqamətdə qarşıda çox mühüm vəzifələr durur. Bəs, gənclərimizdə vətənpərvərlik ruhunun yaşaması və gücləndirilməsi, onların neqativ təsirlərə məruz qalmaması üçün nə etməli, hansı məqamlara və məsələlərə xüsusi diqqət yetirilməlidir?
Mövzu ilə əlaqədar fikirlərini bildirən sosioloq Üzeyir Şəfiyev deyib ki, Azərbaycanda gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün hər cür şərait var. O, xalqımızın 30 illik həsrətinə son qoyan 44 günlük Vətən müharibəsi qəhrəmanlarının gələcək nəsillər üçün örnək olduqlarını qeyd edib. Onun sözlərinə görə, Vətən müharibəsində Azərbaycan gəncliyi öz gücünü göstərdi: “Bütün xalqımız yüksək vətənpərvərlik ruhunda gənc nəslin formalaşdığının şahidi oldu. Bu, böyük milli potensialımızdan xəbər verir. Reallıqlar göstərdi ki, Azərbaycanda milli dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir gənc nəsil yetişib. Onların işğaldan azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımızı yüksəltmələri Azərbaycan gəncliyinin Vətən qarşısındakı müstəsna xidmətlərinin tarixdə əbədiləşmiş mənzərəsidir. Azərbaycan gəncləri ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda ediblər. Torpaqlarımızın azadlığı uğrunda cəsarətlə vuruşmuş kifayət qədər qazilərimiz var. Həm şəhidlərimizin, həm də qazilərimizin keçdiyi yolları təhlil edib gənclərə çatdıra bilsək, inanıram ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə mühüm töhfə vermiş olarıq”.
Sosioloqun sözlərinə görə, Azərbaycan gəncliyinin qarşısında duran ən mühüm vəzifələr dövlətçiliyi qorumaq, ölkənin gücünün, qüdrətinin artmasına töhfə vermək, milli ideyaların, mənəvi dəyərlərin daşıyıcısı olmaq, ölkəmizi layiqincə təmsil etməkdir: “Bununla yanaşı, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında həm orta, həm də ali məktəblərin, eləcə də ailələrin üzərinə böyük vəzifələr düşür. Biz çalışmalıyıq ki, uşaqlar və gənclər sağlam və sosial rifah baxımından uğurlu cəmiyyətdə yaşasın. Çünki biz hamılıqla hədəfə doğru irəliləyə bilərik”.
O, bildirib ki, Azərbaycanda gənclərlə yanaşı, xüsusi qayğıya ehtiyacı olan və sağlamlıq imkanları məhdud insanların məşğuliyyətinin təmin olunmasının diqqət mərkəzində saxlanılması da çox mühüm əhəmiyyətə malikdir: “Gənclər cəmiyyətin mühüm bir hissəsini təşkil edir. Biz çalışmalıyıq ki, gənclərin sağlam həyat tərzini təmin edək, eləcə də asudə vaxtlarının səmərəliliyinə nail olaq. Gənclər bəzi neqativ tendensiyalara meyillənməsinlər. Bunun üçün də onlarla kompleks iş aparılmalıdır. Ruh düşkünlüyü gənclərdə nədən ola bilər? Onlar məqsədlərinə çatmayanda ruh düşkünlüyü yaşayırlar. Buna görə də çalışmalıyıq ki, gənclərə istər təhsil, istər məşğulluq, istərsə də ailə-məişət mövzularında dəstək olaq. Onların gələcəyinin planlaşdırılması ilə bağlı stimulverici sosial layihələr hazırlayaq. Bu kimi layihələr bütün ölkəni əhatə etməlidir. Müasir dövrdə əsas məsələlərdən biri gənclərin regionlardan iri şəhərlərə axın etməsidir. Bu baxımdan, ölkəmizdə də bu məsələyə xüsusi diqqət yetirilməsi, yəni gənclərin regionlarda səmərəli fəaliyyət göstərməsi üçün müvafiq şəraitin yaradılması böyük önəm daşıyır”, - deyə Ü.Şəfiyev söyləyib.
Müşfiqə BAYRAMLI
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

