Sahibkarlığın inkişafına dövlət dəstəyi
23.10.2021 [09:45]
Bu ilin 9 ayında sahibkarlara dəstək çərçivəsində 60,9 milyon manat güzəştli kredit verilib
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində həyata keçirilən iqtisadi islahatlara paralel olaraq ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib, əhalinin sosial rifahı daha da yaxşılaşıb. Eyni zamanda, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılıb. Bunlarla yanaşı, bütün sahələrdə müşahidə olunan dinamik tərəqqi Azərbaycanın bölgələrini də əhatə edib, regionların sosial-iqtisadi inkişafı davamlı xarakter alıb. Respublikamızda regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramının icrası yüksək səviyyədə təmin olunub və Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib. Hazırda müvafiq Dövlət Proqramı çərçivəsində müəyyən olunmuş işlər müvəffəqiyyətlə davam etdirilir.
Azərbaycanın inkişaf paradiqmaları çoxşaxəlidir və bu sırada sahibkarlığın inkişafı xüsusi yer tutur. Əlbəttə ki, ölkəmizin sosial-iqtisadi inkişafında özəl sektorun çox yüksək payı var və burada sahibkarların rolunun önəmi vurğulanmalıdır. Uzun illərdir ki, dövlət tərəfindən ölkə sahibkarlarına güzəştli kreditlər verilir və bu amil özəl sektorun inkişafında öz sözünü deməkdədir. Yeri gəlmişkən, iqtisadiyyat naziri Mikayıl Cabbarovun bu günlərdə verdiyi məlumata görə, 2021-ci ilin 9 ayında sahibkarlara dəstək çərçivəsində 1152 investisiya layihəsinin maliyyələşdirilməsinə 60,9 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən yararlanmaqla investisiya layihələrinın reallaşdırılması 1.800-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq. Göründüyü kimi, dövlətin sahibkarlığın inkişafına dəstəyi davamlı xarakter daşıyır.
Doğrudur, son iki ildə dünyanı cənginə alan koronavirus pandemiyası Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib və pandemiyadan əziyyət çəkən sahələrdən biri də özəl sektor oldu. Çünki xüsusi karantin rejiminin tətbiqi, müəyyən qapanmalara gedilməsi sahibkarların işinə müəyyən qədər mənfi təsir göstərdi. Amma belə çətin vaxtlarda da Azərbaycan dövləti sahibkarları tək qoymadı və sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərildi. Hazırda isə sahibkarlıq subyektləri Operativ Qərargahın qərarlarına uyğun olaraq fəaliyyətlərinə davam edirlər.
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirilən davamlı tədbirlər sayəsində Azərbaycanda əlverişli biznes mühiti formalaşıb. Respublikamızda özəl sektorda fəallığın artmasını şərtləndirən bir sıra mühüm amillər sadalamaq mümkündür ki, onların sırasında bütün ölkə boyunca yüksək səviyyəli infrastrukturun yaradılması xüsusi yer tutur. Əlbəttə, müasir infrastrukturun yaradılması respublikamızda iqtisadi aktivliyin artmasına, o cümlədən də sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına hədəflənən tədbirlərin yalnız bir istiqamətidir. Yəni milli iqtisadiyyatımızda özəl bölmənin xüsusi çəkisinin artırılması, biznes mühitinin getdikcə daha da optimallaşdırılması məqsədilə həyata keçirilən tədbirlərin əhatə dairəsi daha genişdir. Təqdirəlayiq haldır ki, yeni iqtisadi şəraitdə dövlət başçısının imzaladığı fərman və sərəncamlar əsasında reallaşdırılan islahatların böyük bir qismi məhz azad sahibkarlığın inkişafının təşviq edilməsinə, özəl sektorda istehsal və ixrac imkanlarının artırılmasına hesablanıb.
O da xüsusi vurğulanmalıdır ki, Azərbaycanda əlverişli biznes mühitinin yaradılması, sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, sahibkarlıq mühitinin davamlı şəkildə yaxşılaşdırılması, sahibkarlığın maliyyə təminatının artırılması və digər amillər qeyri-neft sektorunun və bütövlükdə ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verib. Prezident İlham Əliyev şəxsən sahibkarlarla müntəzəm görüşlər keçirir, sahibkarlıq fəaliyyəti sahəsində bir çox müəssisələrin açılışında iştirak edir. Sahibkarlar isə onların fəaliyyətinə dövlət tərəfindən dəstəyin göstərilməsini yüksək qiymətləndirirlər. Bu isə sahibkarların sosial məsuliyyətinin artırılmasına təkan verir.
Ümumiyyətlə, dövlət tərəfindən sahibkarlığın inkişafına hərtərəfli dəstək göstərilməsi milli iqtisadiyyatın inkişafına təkan verir. Bu gün Azərbaycan Biznesinin İnkişafı Fondu və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən ölkə sahibkarlarına dəstək işləri davam etdirilir.
Eyni zamanda, kiçik və orta biznesin inkişafına dövlət dəstəyi mexanizminin səmərəsinin artırılması bu cür sahibkarlıq subyektlərinin, xüsusilə qadın və gənc sahibkarların ümumi daxili məhsulda, məşğulluqda iştirak payının daha da yüksəldilməsi üçün zəruri tədbirlər görülür. Bu zamana qədər dövlət tərəfindən kiçik və orta sahibkarlığın inkişafı üçün maddi və texniki vəsaitlər qismində böyük sərmayələr yatırılıb, çoxşaxəli dəstək mexanizmlərindən istifadə üçün hər cür imkan yaradılıb.
Bütövlükdə, ölkəmizdə sahibkarlığın inkişafına dövlət tərəfindən hərtərəfli dəstək göstərilməsi bu sahədə mühüm nailiyyətlərin və müsbət göstəricilərin əldə olunmasını şərtləndirən əsas amillərdir.
Nardar BAYRAMLI
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 17:59
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42

