Azərbaycanın qələbəsi dünyaya bir mesaj oldu
06.11.2021 [10:33]
“Zəngəzur dəhlizi”, Füzuli Beynəlxalq Hava Limanı, Türkiyəni-Azərbaycanla birləşdirəcək və bütün Türk dünyasını bir-birinə qovuşduracaq yollar Azərbaycanın qələbəsinin ortaya çıxardığı reallıqlardır
Sabah Azərbaycan tarixinin ən şərəfli, qürurverici günlərindən biri - Zəfər Günüdür. 2020-ci ildə baş vermiş Vətən müharibəsində qazanılan qələbə müasir Azərbaycanın bütün dünyaya mesajına çevrildi. Müstəqillik əldə etdiyi gündən ötən 30 il ərzində hər zaman sülhün, əmin-amanlığın təbliğatçısı, inkişafın və əməkdaşlığın tərəfdarı olmuş Azərbaycan bu qələbə sayəsində regiona yeni nəfəs, yeni ruh gətirdi.
Bütün bunlarla yanaşı, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının milli birliyinin daha da möhkəmlənməsində, siyasi həmrəyliyin artmasında xüsusi əhəmiyyətə malik oldu. 2020-ci il sentyabrın 27-dən başlayaraq ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiklərini, dövlət başçısının siyasətini müdafiə etdiklərini özündə əks etdirən birgə bəyanat qəbul etdi. Ötən bir il ərzində bu milli birliyin daha da güclənməsi, əldə olunan qələbənin davamlılığının təmin edilməsi, ictimai və dövlət maraqlarının qorunması yönündə səy göstərildi.
Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) sədri Əsli Kazımova bildirib ki, 44 günlük Vətən müharibəsi tariximizin ən şanlı səhifələrindəndir və zəfər günləri bizə böyük qürur yaşatmaqdadır: “Qazandığımız Qələbədən düz bir il keçir. Bir il bəlkə də qısa zaman kəsiyidir. Amma bu bir ildə Azərbaycan bir daha nəyə qadir olduğunu nümayiş etdirdi. İşğaldan azad olunmuş ərazilərimizdə görülən bərpa-quruculuq fəaliyyəti hər kəsi heyrətləndirir. Biz bir daha sübut etdik ki, ədaləti bərpa edib qələbə qazandığımız kimi düşməndən azad edilmiş regionlarımızı tikib yenidən qurmağı və dirçəltməyi də bacarırıq”.
Azərbaycan dövlətinin qazandığı qələbə həm də dünyaya bir mesaj oldu. İllərlə ölkəmizə qarşı ikili standartlardan çıxış edən, erməni terrorunun, işğalının sona yetməsi üçün qəti addımlar atmayan böyük dövlətlər, beynəlxalq təşkilatlar Azərbaycanın nəyə qadir olduğunu öz gözləri ilə gördü. Ə.Kazımova onu da vurğulayıb ki, Azərbaycan Prezidentinin qətiyyətli iradəsi, xalqına güvəni bütün problemlərin həllində əsaslı rol oynadı. “Azərbaycan Prezidenti bu qələbə sayəsində regiona sülh və əməkdaşlıq gətirdi. Bu gün bütün dünyanın diqqəti Cənubi Qafqaza yönəlib. “Zəngəzur dəhlizi”, Füzuli Beynəlxalq Hava Limanı, digər rayonlarda tikilən aeroportlar, Türkiyəni Azərbaycanla birləşdirəcək və bütün Türk dünyasını bir-birinə qovuşduracaq yollar Azərbaycanın qələbəsinin ortaya çıxardığı reallıqlardır. Təəssüflə qeyd etməliyəm ki, vaxtilə erməni terrorizmini dəstəkləyən bəzi mərkəzlər və qüvvələr bu işlərə də qısqanclıqla yanaşır. Azərbaycan tərəfindən qazanılmış zəfərə, regionda sülh və əməkdaşlığın bərqərar olmasına rəğmən hələ də bəzi qüvvələr bunu qəbul edə bilmir”, - deyən Ə.Kazımovanın fikrincə, Azərbaycan cəmiyyəti vahid orqanizm kimi birləşərək öz qələbəsini qorumağa səfərbər olmalıdır. Çünki beynəlxalq aləm heç də hər zaman ədalətin bərpasına nail ola bilmir: “Vaxtilə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən, mühüm qətnamə və qərarlar verən təşkilatlar erməni işğalının sona yetməsi üçün heç bir mexanizmdən istifadə etmədilər. Məsələn, ATƏT-in Minsk qrupu illərlə münaqişənin həllinə dair qəti addımların atılmasına, işğalçı Ermənistana təzyiq mexanizmlərinin gücləndirilməsinə səy göstərmədi. Bu isə onların vasitəçi qismində fəaliyyətnin uğursuz olduğunu söyləməyə əsas verdi. BMT TŞ-nın Azərbaycanın torpaqlarının boşaldılması, işğala son verilməsi ilə bağlı 4 qətnaməsi icra edilmədi. Azərbaycan isə öz torpaqlarını işğaldan azad etməklə həm də bu qətnamələrin icrasına nail oldu. 44 günlük müharibə Ermənistanın işğalçı, terrorçu və separatçı olduğunu bir daha sübut etdi”.
ASRP sədrinin fikrincə, Azərbaycan dövləti istər müharibə dövründə, istərsə də postmüharibə zamanında informasiya məkanında da mühüm qələbələr əldə etdi. Onun sözlərinə görə, qərəzli, ermənipərəst, bəzi hallarda açıq şantaj ritorikasına keçən “beynəlxalq mətbuat”ın nümayəndələrinə Azərbaycan Respublikasının Prezidenti şəxsən cavab verdi. Ölkə başçısı 44 gün ərzində müsahibələrindəki tutarlı, arqumentli faktları ilə dünya ictimaiyyətinin gözü önündə illərdir ermənilərin təbliğ etməyə çalışdığı “yalan maşınını” darmadağın etməyə nail oldu. Beləliklə, istər müharibə meydanında, istərsə də informasiya məkanında Azərbaycan qətiyyətli qələbə qazandı: “Təəssüfləndirici haldır ki, beynəlxalq ictimaiyyət işğalçı Ermənistanın törətdiyi cinayətlərə qarşı illərlə səssiz qaldığı kimi, bu gün də bəzi məqamlarda susmağa üstünlük verir. Azərbaycan torpaqlarını xarabalıqlara çevirmiş, milli-mədəni, dini, tarixi abidələrimizə qarşı terror siyasəti həyata keçirmiş, özününküləşdirməyə cəhd göstərmiş erməni vandalları bu gün də beynəlxalq hüququn qarşısında cavab vermirlər. Amma inanırıq ki, regionda davamlı sülhün təmininə nail olmuş dövlətimiz cinayətkarların beynəlxalq hüquq qarşısında məsuliyyət daşımasına da nail olacaq. Çünki Azərbaycanın yolu haqq yoludur”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43

