Azərbaycanın radio və televiziya dalğaları Şuşada, Kəlbəcərdə, Zəngilanda...
20.11.2021 [10:08]
Bu coğrafiya tezliklə Xankəndi də daxil olmaqla digər yaşayış məntəqələrini də əhatə edəcək
Üç onilliyi əhatə edən işğal dövründə mənfur düşmən havadarlarının köməyi ilə ötən əsrin 90-cı illərinin əvvəllərində öz nəzarəti altında keçirdiyi Azərbaycan ərazilərində ağlasığmaz vandalizm əməlləri törədib. Ağdamda, Zəngilanda, Cəbrayılda, Qubadlıda, Kəlbəcərdə, Şuşada, Laçında və işğal altına düşən digər ərazilərimizdə daş-daş üstündə qalmayıb, hər şey yerlə-yeksan edilib. Bu dağıntılara baxanda elə təsəvvür yaranır ki, sanki, bu yerlərdən sivilizasiyadan kənarda qalan vəhşi qəbilələr gəlib keçiblər. Postmüharibə dövründə ölkəmizin qarşısında 10 min kvadratkilometrə qədər ərazinin bərpası kimi çox mühüm və genişmiqyaslı vəzifənin yerinə yetirilməsi dayanır. Ölkəmiz bunu bacaracaqmı? Ötən bir il ərzində görülən işlər onu deməyə əsas verir ki, güclü dövlət olan Azərbaycan işğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdışı yüksək səviyyədə təmin etməyə nail olacaq. Ölkəmizin güclü iqtisadi-maliyyə potensialı bunun üçün zəruri olan bütün şərtləri təmin etməyə imkan verir. Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə 2021-ci ilin sonunadək nəzərdə tutulan bərpa işlərinin həyata keçirilməsi üçün 2,2 milyard manat vəsait ayrılıb. Gələn ildə də bu istiqamətdə işlərin davam etdirilməsi üçün dövlət büdcəsindən eyni həcmdə maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur. İşğaldan azad olunmuş ərazilərin bərpasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ən yüksək standartlar və innovativ texnologiyalar tətbiq olunur. O cümlədən yaşayış məntəqələrinin bərpasında “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyalarına istinad edilir. Dövlət başçımız işğaldan azad olunmuş əraziləri “yaşıl enerji” zonası elan edib. Bütün bu kimi faktlar bir daha göstərir ki, respublikamız işğaldan azad edilmiş ərazilərin bərpasına qısa müddətdə və yüksək səviyyədə nail olacaq.
Hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri müxtəlif istiqamətlərdə həyata keçirilir. O cümlədən Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli Fərmanının icrası ilə əlaqədar işğaldan azad olunmuş ərazilərdə zəruri telekommunikasiya infrastrukturunun yaradılması istiqamətində işlər davam etdirilir. Bu günlərdə hər bir azərbaycanlı üçün əziz olan Şuşadan xoş xəbər almışıq. Bu xoş xəbər Azərbaycanın mədəniyyət paytaxtında qısa müddətdə telekommunikasiya infrastrukturunun qurulması ilə bağlıdır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “Yeni Azərbaycan”a verilən məlumata görə, qurumun tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC Şuşa şəhərində mövcud müəssisə və yaşayış binalarını optik telekommunikasiya xidmətləri ilə təmin edib. Artıq sözügedən şəhərdə ilk istehsalat müəssisəsi olan çörək zavodunda xidmətə qoşulma başa çatdırılıb.
Hazırda Şuşa sakinləri və şəhərin qonaqları genişzolaqlı internet xidmətlərini minimum 30 mb/s sürətlə əldə edə bilirlər. Şuşada müasir telekommunikasiya infrastrukturu GPON (Qiqabit tutumlu optik şəbəkə) texnologiyası əsasında qurulub. “Aztelekom”un müasir standartlarla inşa etdiyi 1000 nömrə tutumlu optik şəbəkə məlumatların yüksək sürətlə ötürülməsinə və sabit internetə zəmanət verir. Məlumatda vurğulanır ki, “Aztelekom” MMC Şuşa şəhərində bərpa və yenidənqurma işləri çərçivəsində dayanıqlı və fasiləsiz telekommunikasiya xidmətlərinin təminatı üçün zəruri tədbirləri davam etdirəcək.
Qədim Şuşaya Azərbaycanın radio və televiziya dalğalarının dayanıqlı şəkildə ötürüləcəyi gün də uzaqda deyil. Prezident İlham Əliyev noyabrın 7-də “Şuşa Radio-Televiziya Yayım Stansiyasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Şuşa Radio-Televiziya Yayım Stansiyasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ilkin olaraq 200 min manat ayrılıb. Artıq mədəniyyət paytaxtımızda bəhs olunan infrastruktur layihəsinin icrasına start verilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa Radio-Televiziya Yayım Stansiyasının təməlqoyma mərasimində iştirak ediblər. Təməlqoyma mərasimində də bildirildiyi kimi, Şuşa Radio-Televiziya Yayım Stansiyası 1966-cı ildə inşa edilib. Sovet dönəmində radio-televiziya proqramları bu stansiya vasitəsilə Qarabağa və Naxçıvan Muxtar Respublikasına ötürülürdü. Şuşa işğal olunana qədər teleradio proqramlarının bu bölgələrə ötürülməsinə ermənilər hər vasitə ilə mane olurdular. Belə ki, stansiya dəfələrlə ermənilər tərəfindən ağır artilleriya atəşinə məruz qaldığından buradakı avadanlıqlar zədələnmişdi, texniki binada ciddi dağıntılar baş vermişdi. İşğal dövründə stansiyanın fəaliyyəti nəzarətdən çıxmışdı.
Ötən il noyabrın 8-də Şuşanın xüsusi əməliyyatla işğaldan azad edilməsindən sonra buradakı Radio-Televiziya Yayım Stansiyasında bir sıra bərpa işləri görüldü və dekabrın 31-də - Dünya Azərbaycanlılarının Həmrəyliyi günündə stansiyadan radio-televiziya yayımlarının təşkili müvəqqəti bərpa edildi. Bununla da stansiyadan 11 televiziya proqramının Şuşa, Xankəndi şəhərlərində və Xocalı, Ağdam, Bərdə rayonlarında, eləcə də ətraf yaşayış məntəqələrində yayımı təmin olunub. Yaxın perspektivdə isə Şuşadan radio-televiziya yayımları yeni tikiləcək qüllə vasitəsilə həyata keçiriləcək. Layihəyə əsasən tikiləcək yeni qüllənin hündürlüyü 130 metr olacaq ki, bu da Azərbaycanın radio-televiziya dalğalarının Xankəndi də daxil olmaqla, bölgədə yüksək keyfiyyətlə yayımına imkan verəcək, siqnalların ötürülməsində dayanıqlılığı təmin edəcək.
Azərbaycan Prezidenti İlham Əliyevin yuxarıda xatırlatdığımız Fərmanının icrası ilə əlaqədər işğaldan azad olunmuş digər yaşayış məntəqələrində də radio-televiziya yayım stansiyalarının işinin bərpası istiqamətində zəruri tədbirlər görülür. Nazirlikdən qəzetimizə daxil olan məlumatda bildirilir ki, Kəlbəcər şəhərində 17 metrlik yeni metal qüllə istismara verilib. Bununla da Kəlbəcər şəhəri və rayonun ətraf 15 kəndində 8 TV və 1 radionun yayımı təmin olunub. Zəngilanda da radio və televiziya yayımı bərpa edilib. Bu, Zəngilan rayonunun Mincivan qəsəbəsində yerləşən Mincivan Radio-Televiziya Yayım Stansiyasının mövcud 30 metrlik qülləsindən bəhrələnməklə mümkün olub. Hazırda 8 TV və 2 radio kanalının verilişlərinin Zəngilan şəhəri və Zəngilan rayonunun 10-dan artıq kəndində yayımı həyata keçirilir.
İşğaldan azad olunmuş ərazilərdə Azərbaycanın TV və radio kanallarının yayımının həyata keçiriləcəyi coğrafiya tezliklə Xankəndi də daxil olmaqla, daha da genişlənəcək. Hazırda bəhs olunan ərazilərdə daha bir neçə yayım stansiyasının işinin bərpası istiqamətində zəruri tədbirlər görülür.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

