Multikulturalizmin Azərbaycan modeli xarici ölkələrdə
23.11.2021 [10:30]
Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələri yüksək səviyyədədir. Azərbaycanda tarixən mövcud olan milli və dini tolerantlıq ənənələri bu gün dünya ölkələri və beynəlxalq qurumlar tərəfindən də böyük maraqla qarşılanır.
“Azərbaycan hələ qədim dövrlərdən müxtəlif xalqların və fərqli dini inanclara sahib insanların mehriban şəraitdə yaşadığı dövlət olub. Multikulturalizm siyasətinin məqsədi də elə müxtəlif dinləri və mədəniyyətləri bir dam altında birləşdirməkdən ibarətdir. Bu mənada, multikulturalizm termini hələ yaranmamış və populyarlaşmamış, bu anlayışı ifadə edən ənənələr rüşeym halında da olsa Azərbaycan tarixində mövcud olub. Bu gün isə artıq Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilib”.
Bu fikirləri filologiya üzrə fəlsəfə doktoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi Billurə Aslanqızı qəzetimizə açıqlamasında deyib. Onun sözlərinə görə, ölkəmiz bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir: “Azərbaycan dindarları din, məzhəb və təriqətlərindən asılı olmayaraq, qarşılıqlı hörmət və dostluq şəraitində fəaliyyət göstərir, dini ayin və mərasimlərini sərbəst yerinə yetirirlər. Elə buna görə də insan hüquqlarını qoruyan və ona hörmət edən humanist bir siyasət kimi multikulturalizmin Azərbaycanda formalaşması elə ilk dövrdən uğurla nəticələndi. Müstəqilliyin ilk illərində Ulu Öndər Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçərək, öz siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini keyfiyyətcə yeni müstəviyə, siyasət müstəvisinə keçirdi. Ulu Öndərin siyasətinin məntiqi davamı olaraq, Prezident İlham Əliyevin yeritdiyi uğurlu siyasət nəticəsində bu sahədə qısa müddət ərzində bir çox işlər görüldü”.
Heç şübhəsiz ki, Azərbaycan multikulturalizminin dünyada tanıdılmasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) rolu danılmazdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə 2014-cü ilin may ayında yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əsas məqsədi Azərbaycanın multikulturalizm modelini xarici ölkələrdə təbliğ etmək, eləcə də xarici ölkələrin birgə yaşayış modelini tədqiq edərək, müqayisələr aparmaq və daha mükəmməl cəmiyyət forması ortaya qoymaqdan ibarətdir. Ötən zaman çərçivəsində həyata keçirilən tədbirlər planı - həm ölkə daxilində, həm də onun xaricində baş tutan forumlar, konfranslar, “dəyirmi masa”lar, eləcə də regionlarda gerçəkləşən müxtəlif görüşlər və toplantılarla BBMM sadə vətəndaşdan beynəlxalq təşkilat rəhbərinə qədər hər kəsə Azərbaycan multikulturalizm siyasətinin mahiyyətini və önəmini çatdıra bildi. Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi BBMM-in məsuliyyətini daha da artıraraq, fəaliyyət dairəsini genişləndirdi.
“Bu gün BBMM Azərbaycan multikulturalizm modelini akademik dairələrdə də təbliğ edir. Dünyanın 20-dən artıq nüfuzlu universitetində, eləcə də yerli ali məktəblərdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi, bu prosesin məntiqi davamı olan və ildə iki dəfə təşkil edilən Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri layihəsi, Azərbaycan tarixinin qədim və erkən orta əsrlər dövrünə aid olan Qafqaz Albaniyasının maddi-mədəni irsi, tarixi, coğrafiyası, əhalisi ilə bağlı yerli və xarici ölkə alimlərinin araşdırmalarını diqqət mərkəzində saxlayan “Qafqaz Albaniyasını öyrənirik” layihəsi, təkcə Azərbaycanın ictimai-siyasi, elmi həyatında deyil, zorakılığa və terrora qarşı çıxış edən digər ölkələrdə də əhəmiyyətli hadisəyə çevrilmiş “Terror multikulturalizmə qarşı” layihəsi, habelə xarici ölkə gənclərinin təşkil etdiyi “Azərbaycanın gənc dostları” klubunun fəaliyyəti buna nümunə göstərilə bilər”, - deyə qurumun rəsmisi vurğulayıb.
Qeyd olunub ki, Mərkəz yaradılanda onun fəaliyyəti sadəcə Bakıyla məhdudlaşmadı: “Bu gün dünyanın 10 ölkəsində fəaliyyət göstərən filialları arasında koordinasiyanın təşkil olunması və onların birlikdə silsilə şəkildə Azərbaycanda baş verən hadisələrə reaksiya göstərməsi, Azərbaycan multikulturalizmini öz dairələrində təbliğ etməsi işində BBMM mühüm rol oynayır. Bununla yanaşı, ingilis dilində nəşr edilən “Beynəlxalq multikulturalizm” elmi araşdırmalar jurnalı, Azərbaycan Televiziyası ilə birgə layihə kimi yayımlanan “Multikulturalizm” verilişi, eləcə də müxtəlif dillərdə hazırlanan elmi və publisisik nəşrlər də Mərkəzin fəaliyyətinin əsas istiqamətlərini təşkil edir”.
Azərbaycan daim rəngarəng mədəniyyətləri özündə birləşdirən cəmiyyət olub. Zaman isə göstərdi ki, “Multikulturalizmin alternativi yoxdur” fikri sadəcə bir ifadə deyil, həqiqətdir. Bu gün multikulturalizmin Azərbaycan modeli yalnız ölkə daxilində deyil, eləcə də beynəlxalq təşkilatlarda və xarici ölkələrdə uğurla təbliğ olunmaqdadır.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 17:23
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Gündəm
31 Avqust 15:42
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22

