Zəmanə uşaqları və onların yaratdıqları zamansız problemlər
30.11.2021 [10:25]
Gənc nəsillərdə pis vərdişlərə meyillənmə halları nə ilə bağlıdır?
Siqaret, alkoqol və narkotik kimi zərərli vərdişlər adətən uşaq və gənclərdə bir özəntilik nəticəsində baş verir. Bu vərdişlər qısa müddətdə asılılıq səviyyəsinə çatır və sonrakı illərdə daha böyük problemlər yaradır. Bütün dünyada, eləcə də Azərbaycanda tütündən istifadə ciddi problem olaraq qalır. Azərbaycanda siqaret çəkənlərin 40 faizini gənclərin təşkil etdiyini bilirdinizmi? Ekspertlərin fikrincə, siqaretin, alkoqolun və narkotikin zərərləri ilə bağlı gənclərimizi nə qədər çox məlumatlandırsaq, gələcəyimizə bir o qədər inamla baxa bilərik.
Psixoanalizin banisi Freyd isə deyirdi ki, hər bir vərdiş kimi siqaretdən asılılığın da əsası uşaqlıq dövrü ilə bağlıdır. Valideyn ilə uşaq arasındakı uçurum onları bu tip addımlar atmağa sövq edir.
Valideynlərə dəymiş maddi və mənəvi zərərlər
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) 34 ölkə arasında apardığı “Bir Baxışda Sağlamlıq” adlı hesabatına görə, siqaret hər il 6 milyon insanın ölümünə səbəb olur. Avropanın 35 ölkəsində aparılan (ESPAD) araşdırmanın nəticələrinə görə isə narkotik vasitələrdən istifadə 15-16 yaşa qədər azalıb. Şagirdlərin dörddə üçü spirtli içki istifadəçisidir.
Çox uzağa getməyək, elə “Yeni Azərbaycan” qəzetinin yaxınlığında yerləşən Sahil bağında bir neçə dəqiqə gəzmək kifayət edir ki, bu cür gənclərlə qarşılşasan. Bildiyiniz kimi, bağın yaxınlığında bir neçə orta və ali məktəb yerləşir. Bu bağ əsasən yeniyetmə və gənclərin istirahət etdiyi bir guşədir. Yaşından və cisindən asılı olmayaraq, bir çox yeniyetmələrin burada siqaret çəkdiyini görmək olar. Məktəbin əhatəsində bu cür xoş olmayan mənzərini görmək ürəkağrıdıcıdır. Hadisə yerindən bir neçə görüntü çəkməyə çalışdıq.
Marketoloqların oyununa gələn gənclər və yaxud elektron siqaret bəlası
ÜST xəbərdarlıq edir ki, ciddi təhlükə mənbəyi olan ənənəvi tütün məmulatlarını elektron siqaretlər əvəz edib. Xüsusilə də gənc istifadəçilər arasında sürətli artım müşahidə edilib. Avropada gənclərin 40 faizi elektron siqaretdən istifadə edir. Gənclər bunun daha zərərsiz və siqareti tərgitmək üçün səmərəli üsul olduğunu düşünsələr də, statistika başqa bir “hava”nı çalır. Marketoloqların gəlir mənbəyi olan elektron siqaretin buxarı insanlarda ürək-damar və onkoloji xəstəliklərə səbəb olur.
Uşaqları zərərli vərdişlərdən necə qorumaq olar?
Bəs necə mübarizə aparmalı və gələcəyimizi necə qorumalıyıq? Məsələyə sosioloq nəzəri ilə yanaşıb problemin çözümünü tapmağa çalışdıq. Sosial psixoloq Naib Niftəliyevin sözlərinə görə, bunun üçün orta məktəblərdə ciddi nəzarət artırılmalı və siqaretin əks-təbliğat mexanizmi gücləndirilməlidir: “Gənc insanların müəyyən qisminin zərərli vərdişlərə meyillənməsinin və ya aludə olmasının bir sıra mühüm obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblər daha çox sosial mühitlə - dəblə, təbliğatla, iqtisadi faktorlarla (məşğulluq, işsizlik, əmək şəraiti, təhsil, həyat səviyyəsi və s.), ünsiyyət formalarının genişlənməsinin yaratdığı informasiya stressləri ilə birbaşa bağlıdır. Subyektiv səbəblər isə müəyyən maraq qrupların qloballaşan dünyada öz dəyərlərini, ziddiyyətli, asosial, fərdiyyətçi düşüncə tərzini formalaşdırmaq istəyi ilə əlaqədardır. Proses kütləvi xarakter aldığından, informasiya texnologiyaları, “şərti seçim çoxluğu” daha çox insanı, xüsusən, gəncləri özünə daha çox cəlb etdiyindən yeni nəsilin nümayəndələri bunu bir qeyri-müəyyənlik kimi qəbul edirlər. Nəyin doğru, nəyin yanlış olduğunu müəyyənləşdirməkdə çətinlik çəkirlər”.
Sosiloq bildirib ki, burada ümumi vəziyyəti daha dəqiq təsəvvür etmək üçün bəzi sosial-statistik faktlara istinad etmək yerinə düşər. Belə ki, Beynəlxalq Əmək Təşkilatının (BƏT) son hesabatlarına əsasən, hazırda dünyada yaşı 25-ə qədər olan insanların sayı 3 milyarddan artıqdır. Burada 100 milyona yaxın yeniyetmənin və ya erkən gənclik dövrünü yaşayan şəxslərin təhsil almaq, məktəbə getmək imkanlarından məhrum olmasını qeyd etmək vacibdir. Bütün bunlar gəncləri zərərli vərdişlərə meyilləndirən əsas faktorlar sırasındadır.
Həyata küsmüşlər - “Emolar”
Xatırlayırsınızsa, bir zamanlar “McDonalds”, Sahil bağı, Zorge parkında yaxınlığında saç düzümləri və geyimləri ilə fərqlənən emolarla tez-tez qarşılaşardıq. Onların arasında intihar edənlər barədə mediada xəbərlər də yayılırdı. Düzdür, hazırda həmin emosinal gənclərin sayı azlıq təşkil edir. Amma bu sualı vermədən də keçə bilməzdik. Görəsən, hansı səbəblər onları bu kimi deviant qruplara yönləndirib?
“Emolar, digər bu kimi deviant qrupların yaranması, fəallaşması, sonradan tədricən, sıradan çıxması dəblə, gənclərin fəallığa, hərəkətliliyə olan təbii meyil, psixofizioloji tələbatlarla birbaşa bağlıdır. Yəni, bu daha çox özünütəsdiq tələbatının asosial mühitin qeyri-adekvat təsiri altında yanlış ifadə olunmasıdır. Gənclərin belə deviant qrupları nümunə, dəb baxımından zərərli olsalar da, ümumi qaydaları, qanunları pozmadıqca çox da təhlükəli deyillər. Tədqiqatlar nəticəsində müəyyənləşdirilib ki, zərərli vərdişlərə aludə olan gənclərin, deviant qrupları, xüsusən, formalaşmış cinayət qrupları bir qayda olaraq, cinayətkar və cinayət sayılmayan davranışı fərqləndirə bilmirlər. Bununla cəmiyyətdə deviantlıq kimi qəbul edilən hərəkət və davranışı konkret səbəblərlə izah edərək əsaslandırmağa çalışırlar. Bu, məşğulluq səviyyəsinin məhdudluğu, bir sıra hallarda asudə vaxtın düzgün bölüşdürülməsi, şəxsiyyət natamamlığı, asan gəlir əldə etmək, sadəcə, əylənmək istəyindən də yarana bilən mənfi meyillərin təzahürü kimi özünü göstərir”,- deyə sosioloq söyləyib.
“Oğlumun içkisi yox, qumarı yox” deyimi tarixin arxivinə qovuşdu
Gənclər arasında həmçinin qumara, azart oyunlara marağın çoxalması, radikal dini qrupların təsirinə düşmək əsrin böyük bəlasıdır. Hazırda Avropa gəncləri arasında qumar adi hala çevrilib. Respondentlərin 22 faizi mərc oyununda iştirak etdiyini və aludəçisi olduğunu etiraf edib. Həmsöhbətimiz bildirib ki, bir qədər təzadlı görünsə də, bu, sosial şəbəkələrin, informasiya-kommunikasiya texnologiyalarının inkişafının mənfi təzahürləri ilə bağlıdır: “Əgər kiçik bir araşdırma aparsaq, bu zərərli vərdişləri təbliğ edib, məsələn, narkotik satıb gəlir əldə etmək istəyənlər, başqalarının həyatını bu yolla cəhənnəmə döndərənlər, zəhərləyənlər sosial şəbəkələrdən çox fəal istifadə edirlər. Bu, o deməkdir ki, bu tipli zərərli vərdişlərin və ya asılılığın güclənməsində təəssüf ki, yeni texnologiyaların mənfi rolu var. Dəb amili burada qismən öz təsirini göstərir. Fikrimizcə, məsələ əhəmiyyətli dərəcədə iradə amili, özünütəsdiqin yanlış istiqmətə yönəlməsi (çox vaxt yönləndirilməsi) ilə əlaqədardır. Yuxarıda qeyd etdiyimiz səbəblər çoxluğu, cəmiyyətlə, sağlam həyatla bağlı konkret hədəflərin itirilməsi səbəbindən yaşanan “vaxt bolluğu” və kənar təsirlər altında bu vaxtı istənilən üsulla “öldürmək istəyi” başlıca səbəblərdən biridir”.
Rus yazıçısı F.Dostoyevskinin qumar ehtirasını qələmə aldığı “Qumarbaz” əsərində də deyildiyi kimi, “İnsan təbiətcə vəhşidir və o, əzab verməyi sevir”. Zərəli vərədişlərin aludəçisi bu yolla nəinki özünə, valideynlərinə, ətrafına, sosial həyatına, hətta gələcəkdə dünyaya gələcək körpəsinə də əzab vermiş olur. Bu mənada valideynərin də üzərinə böyük vəzifə düşür. Övladlarınızın yanında siqaret çəkərək onlara yanlış örnək olmayın. Çünki sizi örnək almağa çalışan istər qız, istərsə də oğlan özünü sübut etmək üçün eyni əməli təkrarlamaqdan qaçınmayacaq.
Müşfiqə BAYRAMLI
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43

