“Qanadlandıran”, yoxsa qanadımızı qıran?
11.12.2021 [11:03]
Enerji içkiləri - “güc artıran qida məhsulu”dur, ya blogerlərin “xaç atası?”
Müşfiqə BAYRAMLI
Enerji içkiləri yeniyetmə və gənclərin sağlamlığı fiziki, mənəvi sağlamlığı üçün əsl risk faktorudur. Dünyada olduğu kimi, Azərbaycanda da enerji içkilərinin satışı və istifadəçiləri sürətlə artır. Avropada böyük satış bazarına sahib olan enerji içkiləri artıq dünyanın hər yerində “güc artıran qida məhsulu” kimi qəbul edilir. Dünyada enerji içkilərinin satışından il ərzində 55 milyarddan çox pul qazanılır.
Süni enerji artımı orqanizmin zəifləməsinə səbəb olur
Mütəxəssislər qeyd edirlər ki, bu içkilərin istehsalında istifadə olunan kofein, şəkər, dadlandırıcı maddələr, rəng verən qida əlavələri gündəlik normadan artıq qəbul edildiyi halda, insan sağlamlığına müəyyən fəsadlar törədə bilər. ÜST-ün məlumatına görə, bu qida məhsulları daha çox fiziki və zehni gücü artıran məhsullar olaraq ictimaiyyətə təqdim edilsə də, insanların sağlamlığı üçün zərərlidir. Belə ki, tərkibi kofeinlə zəngin olan energetik içkilərin qəbulu orqanizmdə bütün enerji mənbələrini süni olaraq kəskin şəkildə gücləndirir, bu isə xüsusilə ürək-damar sisteminə çox ciddi təzyiq yaradır. Nəticədə ürək-damar sistemi normadan qat-qat artıq işləyir. Normadan artıq qəbul edilməsi qıcolmalara, maniya, insult və qəfil ölümə səbəb ola bilər. Enerji içkilərinin təsiri keçdikdən sonra isə insanda yorğunluq hissi yaranır. Belə içkilər qısamüddətli yaxşı əhval-ruhiyyə yaradır, süni enerji artımı isə orqanizmin zəifləməsinə səbəb olur. Təsiri təxminən 3-4 saat davam edən bir içki üçün sağlığımızdan olmağa dəyərmi?
ABŞ Səhiyyə Nazirliyinin hesabatına görə, 2004-2012-ci illərdə ABŞ-da 18 nəfər enerji içkiləri səbəbindən dünyasını dəyişib, 150 nəfər isə ölüm təhlükəsi ilə üzləşib. Kanadanın Ontariodakı Vaterloo Universitetinin araşdırmasına görə, 12-24 yaş arası gənclərin 55 faizi enerji içkilərini qəbul etdikdən sonra qusma, sinə ağrısı kimi şikayətlərlə xəstəxanaya müraciət edib. Kanadalı araşdırmaçılar eneji içkilərinin satışının qadağan edilməsini məsləhət görürlər.
Artıq bəzi ölkələrdə enerji içkilərinin satışı, istifadəsi və reklamına qarşı müəyyən tədbirlər də görülüb. Belə ki, Danimarka və Uruqvayda bütün enerji içki növlərinin satışı qadağan edilib. İsveçdə 18 yaşdan yuxarı şəxslərə satış mövcuddur, Macarıstan vergiləri artırıb, Norveç isə sadəcə apteklərdə satışa icazə verir. Türkiyədə də içkilərin 18 yaşından kiçik insanlara satılmasına, eyni zamanda, idman mərkəzləri, məktəblər və xəstəxanalarda satışının təşkilinə və reklam edilməsinə icazə verilmir.
Azərbaycan hansı mübarizə üsullarını seçib?
Yerli ekspertlər əlçatanlığın azaldılması üçün çıxış yolunu enerji içkiləri ilə əlaqədar aksiz vergilərinin və qiymətlərinin artırılmasında görürlər. Bundan başqa, təhsil müəssisələrinin yaxınlığında satışa icazə verilməməsinin və köşklərdə satışın yığışdırılmasının vacib olduğunu deyirlər. Xatırladaq ki, ötən ilin yanvarın 1-dən ölkəmizdə “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” qüvvəyə minib. AQTA bununla bağlı maarifləndirici işlər görür. Belə ki, 18 yaşına çatmamış yeniyetmələri, hamilə qadınları, süd verən anaları, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanları enerji içkilərindən istifadə etməməyə çağırır.
Xoşbəxtlik, yoxsa bədbəxtlik?
Hər tərəfdə eneri içkilərinin reklamını görürük. Baxdığımız verilişlərin, hətta serialların əsas sponsorları sırasında yer alır. Soyuducunu açarkən obyektiv ona tuşlanır. Övladına yemək verən ananın əlində də onu görə bilərsiniz. Şüuraltı olaraq insanların beyninə yeridilir, adiləşdirilir. Bir növ gənc blogerlərin “xaç ata”larına çevrilib, desək, yanılmarıq. Sanki, enerji içkiləri olmasa, bizim yaradıcı insanların layihələrinə sponsorluq edəcək firmalar tapılmayacaq. Aktyor Taleh Yüzbəyov mənzərəni bu cür dəyərləndirib: “Əgər həmin şirkətlər olmasaydı, bu gün bir çox videolar çəkilməyəcəkdi, mahnılar yazılmayacaqdı. Bilmirəm bunu xoşbəxtlik adlandıraq, yoxsa bədbəxtlik? Mən nə edim ki, təbii süd şirkəti mənə sponsorluq etmək istəmir. Şirkət sənə pul verirsə, qarşılığında reklamını istəyir. Demir ki, bəh-bəhlə təqdim et. Sadəcə, əlində olsun, bəsdir. Mən süjetlərimdə enerji içkilərini “gözə soxmağa” çalışmamışam. Onda gərək heç nə çəkməyək. Oturub gözləyək ki, kimsə pul verəcək biz də iş görəcəyik”.
Beləliklə, enerji içkiləri, iddia və təqdim edildiyi kimi, “qanadlandıran” deyil, qanadımızı qıran zərərli məhsuldur. “Güclənmək” arzusu ilə qəbul etdiyimiz bu məhsulun zəiflətdiyini bilməkdə fayda var. Bilmək isə yetərli deyil, əməl etmək gərəkdir. Çünki güc məhz iradə(də)dir!
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

