Sağlam gələcək təmiz ekologiya ilə gələcək!
27.01.2022 [11:06]
Vergi məcəlləsindəki dəyişikliklərin ekologiya və ətraf mühitin qorunmasında rolu
Nicat DİLQƏMLİ
Ekoloji problemlər həm indiki, həm gələcək nəsillər üçün hər zaman aktual mövzulardan biri, bəlkə də birincisidir. Qlobal istiləşmə, dünya okeanının çirklənməsi, ozon qatının dağılması, havanın və torpağın çirklənməsi, meşələrin, yaşıllığın məhvi - bu məsələlər barədə dünya birliyi müxtəlif vaxtlarda cəmiyyətə çağırış edib, dinindən, dilindən, irqindən asılı olmayaraq hər kəsi bu məsələlərdə həmrəy olmağa çağırışlar edir. Dünyada ekologiyanın qorunması üçün davamlı olaraq tədbirlər həyata keçirilir, yeni-yeni layihələr, konsepsiyalar hazırlanır.
Ölkəmizdə də ekologiya və ətraf mühitin mühafizəsi istiqamətində görülən işlər dövlətin prioritet istiqamətlərindən biridir. Hər bir sahədə olduğu kimi, sözügedən sahədə də cənab Prezident tərəfindən imzalanan müvafiq Sərəncam və Fərmanların icrası uğurla həyata keçirilməkdədir. Prezident İlham Əliyevin 2010-cu ili ölkədə “Ekologiya ili” elan etməsi bu sahəyə diqqəti daha da artırıb. “Ekologiya ili” çərçivəsində, həmçinin növbəti illərdə ölkəmizdə milyonlarla ağacın əkilməsi, yeni parkların salınması və dövlət başçısının özünün şəxsən bu kampaniyalarda aktiv iştirakı ətraf mühitin qorunmasına xüsusi diqqətin əyani nümunəsidir.
Aparılan islahatların uğurlu nəticələrindən biri də Vergi Məcəlləsində edilən son dəyişiklikdir. Belə ki, Vergi Məcəlləsinə edilən dəyişiklikdən sonra 2022-ci il yanvarın 1-dən istehsal tarixi 3 il, mühərrikinin həcmi 2500 kubsantimetrə qədər olan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə vergidən azad olunub.
Xüsusilə xatırlatmaq yerinə düşər ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, ötən ilin 10 ayı ərzində ölkəyə 61 milyon manat dəyərində 10 033 ədəd hibrid avtomobil gətirilib. Ölkəyə daha çox Koreya və Yaponiya istehsalı olan belə avtomobillər idxal olunur. Bu avtomobillərin istismar müddəti 5-10 il aralığında dəyişir. Onlar yerli bazarda 13-20 min manat aralığında alıcılara təklif olunur.
Bu günə qədər sürücülər arasında hibrid avtomobillərə qarşı müəyyən qədər güvənsizlik var idi. Ekspertlər hesab edirlər ki, bu dəyişiklik isə avtomobilini dəyişmək arzusunda olanlar üçün sanki stimul rolunu oynayacaq.
Mövzunun əhəmiyyətilə bağlı “Yeni Azərbaycan”a danışan hüquqşünas Ərşad Hüseynov dəyişikliyin hibrid avtomobillərə marağı artıracağını bildirib: “Bu o deməkdir ki, ən yeni hibrid avtomobillərin satış qiyməti bir qədər ucuz olacaq. Həm sözügedən qərar, həm də 3 il əvvəl qəbul edilən elektromobillərə ƏDV-nin ləğvi qərarı 2018-ci ilin dekabrında qəbul olunmuş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”ndan irəli gələn bir məsələdir. Orada göstərilib ki, ekoloji cəhətdən daha az təhlükəli avtomobillərin idxalı üçün stimul yaradılmalıdır”.
Ə.Hüseynov əsas hədəfin elektromobillərə keçidi sürətləndirmək olduğu qənaətindədir. Beynəlxalq təcrübədən danışan ekspert bildirib ki, dünya ölkələrində də əsas hədəf elektromobillərə keçidi sürətləndirməkdir: “İnkişaf etmiş bəzi dövlətlərdə yaxın 10-15 ildə tam elektromobillərə keçid proqramı var. Burada əsas məqamlardan biri də utilizasiya məsələsidir. Yəni istismar müddətini başa vurmuş, texniki cəhətdən müasir tələblərə cavab verməyən avtomobillərin dövriyyədən çıxarılması. Bu, 2018-ci ildə qəbul olunmuş proqramda nəzərdə tutulub. Düşünürəm ki, ölkəyə elektromobillərin idxalı prosesinin asanlaşdırılması ilə yanaşı, proqram çərçivəsində utilizasiya məsələsi də sistemli şəkildə həyata keçirilsə, ölkəmizin avtomobil parkı daha yaxşı və daha təhlükəsiz olar”.
Dünya təcrübəsi göstərir ki, atmosferə zərərli tullantıların atılmasının qarşısının alınması üçün həm də ictimai nəqliyyatdan istifadə edilməsi üçün geniş təbliğat-təşviqat kampaniyaları aparılmalıdır. Bu isə vətəndaşların şəxsi avtomobillərdən daha az istifadəsi ilə nəticələnəcək. Beləliklə də həm nəqliyyat sıxlığının, həm də atmosferə zəhərli tullantıların atılmasının qarşısı alınacaq.
Bununla yanaşı, fərdi avtomobillərin vaxtlı-vaxtında texniki baxışdan keçirilməsi, şəxsi nəqliyyat vasitəsində baş verən hər hansısa bir nasazlığın dərhal aradan qaldırılması da sürücülərin öhdəsinə düşən diqqət yetirməli məqamlardan biri, bəlkə də ən birincisidir.
Etiraf etməliyik ki, ekologiya və ətraf mühitin qorunması çərçivəsində görülən tədbirlərinin yalnız dövlət tərəfindən həyata keçirilməsi kifayət etmir. Gələcəyimizin əmin əllərdə olması, ekoloji cəhətdən sağlam mühitdə yaşamaq üçün hər birimiz əlimizdən gələni etməliyik. Çünki sağlam gələcək təmiz ekologiya ilə gələcək...
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30

