Uşaqların ibtidai sinfə hazırlıqlı olması üçün bağça tədrisi önəmlidir
08.02.2022 [11:54]
Uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyinə verilməsi bu sahədə ciddi keyfiyyət dəyişikliyi yaradacaq
Nardar BAYRAMLI
Hər bir ölkənin tərəqqisini şərtləndirən mühüm amillərdən biri təhsilin inkişafıdır. Bir çox ölkələrin təcrübəsinə nəzər saldıqda görürük ki, təhsil sahəsində sistemli və kompleks xarakterli tədbirlərin həyata keçirilməsi ümumi inkişafa xidmət edir, qarşıya qoyulan strateji hədəflərə çatmağa imkan yaradır. Bu baxımdan, təhsil sahəsində Azərbaycanın təcrübəsi də nümunəvi xarakter daşıyır. Prezident İlham Əliyevin “neft kapitalının insan kapitalına çevrilməsi” tezisi əsasında görülən genişmiqyaslı işlər ölkədə təhsil sisteminin XXI əsrin çağırışlarına uyğun inkişafını təmin edir.
Bu gün ölkəmizdə təhsilin bütün pillələrində yeni layihələrin reallaşdırılması istiqamətində mühüm addımlar atılır. Təhsil sahəsində həyata keçirilən islahatlar - təhsildə infrastrukturun yenilənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin kadr potensialının və tədrisin keyfiyyətinin yüksəldilməsi bu baxımdan xüsusi qeyd edilməlidir. Pandemiya şəraitinə baxmayaraq, ölkəmizdə təhsil ocaqlarının tikintisi davam etdirilib, heç bir sosial layihə ixtisar olunmayıb. Ümumilikdə, ölkədə həyata keçirilən islahatlar, müasir infrastrukturun yaradılması nəticəsində təhsil sahəsində də yeni keyfiyyət dəyişiklikləri yüksək səviyyədə təmin olunub. Azərbaycanda təhsil infrastrukturunun yenilənməsi bilavasitə dövlət əsaslı vəsait qoyuluşu hesabına həyata keçirilir. Ölkəmizin iqtisadi potensialının, maliyyə imkanlarının artmasına adekvat olaraq təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilən vəsaitlərin həcmi də getdikcə artırılır. Bu istiqamətdə paytaxtda və regionlarda intensiv iş aparılır.
Uşaq bağçalarının inkişafı da diqqət mərkəzindədir. Uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyinə verilməsindən sonra bu sahədə intensiv işlər həyata keçirilir.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən “Gənclər üçün Təhsil Mərkəzi”nin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyinə verilməsi çox əhəmiyyətlidir: “Məlumdur ki, təhsilin keyfiyyətinin artırılması baxımından məktəbəqədər təhsil önəmli pillədir. Eyni zamanda, məktəbəqədər təhsildə əhatəlilik yeni nəslin nailiyyətlərinin əsas təməllərindən biridir. Hesab edirəm ki, Təhsil Nazirliyinin tabeliyinə verilməklə uşaq bağçalarının işində ciddi keyfiyyət dəyişiklikləri baş verəcək”.
Ekspert bildirib ki, uşaq bağçaları ümumi orta təhsilin ilk pilləsi hesab edilir. Onun sözlərinə görə, uşaqlar ibtidai sinfə daha hazırlıqlı olsun deyə bağça tədrisi önəmlidir: “Erkən yaşdan məktəbəqədər təhsilə ayrılan müddət, məktəblinin, şagirdin məktəbdə aldığı dərs və həmin dərsin məzmunu çox vacibdir. Araşdırmalar göstərir ki, inkişaf etmiş ölkələrin bir çoxunda 3 yaşdan başlayaraq 100 faizlik təhsil əhatəliliyi mövcuddur. Uşaq bağçaları da uşaqları məktəbəqədər təhsil prosesinə hazırladığı üçün onların icra hakimiyyətlərinin tabeliyində olması doğru deyildi. “Təhsil haqqında” qanunda da göstərilir ki, uşaqlar məktəbə bağçadan gəlməlidir. Bu baxımdan, bağçaların Təhsil Nazirliyinə verilməsi doğru addımdır. Uşaqlarımız?? məktəbə hazırlıq dövrü məhz bağçadan başlayır. Bilavasitə Təhsil Nazirliyinin nəzarəti altında bağçaların inkişafına, təlim-tərbiyə işlərinin daha da yüksəldilməsinə nail olmaq lazımdır. Bağçaların Təhsil Nazirliyinin balansında olması, uşaqların təlim-tərbiyəsi gələcəkdə orta məktəblərə hazırlıq prosesinə müsbət təsir göstərəcək. Müasir texnologiyalara uşaqların marağının təmin olunması onların gələcəkdə yaxşı oxumasına, mütəxəssis kimi yetişəcəyinə stimul yarada bilər”.
Həmsöhbətimizin fikrincə, uşaq bağçaları icra hakimiyyətlərinin tabeliyində olarkən pedaqoqların işə qəbulu, uşaqların tədris-tərbiyə-təlimi ilə bağlı müəyyən problemlər yaranırdı: “Bir halda ki, uşaq bağçalarına pedaqoji təhsil almış şəxslər işə qəbul edilir, onun Təhsil Nazirliyinin tabeliyində olması tamamilə məntiqlidir. Biz əvvəlki dövrdə bir sıra problemlərin şahidi olmuşuq. İbtidai sinfə qəbulda uşaq bağçaları güzgü rolunu oynayır. Uşaq bağçalarında məktəbəqədər qruplar var, bu qrupların fəaliyyətindən çox şey asılıdır. Uşaq bağçalarındakı məktəbəqədər qruplar uşaqları məktəbə düzgün hazırlamalıdır. Uşaqların sağlamlığı, fiziki inkişafı, eyni zamanda məktəbə hazırlıqlı olması uşaq bağçalarından asılıdır. Ümid edirik ki, Təhsil Nazirliyi bu məsələləri tənzimləyəcək”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35

